• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Dondurulmuş spermadan 22 il sonra qız uşağı doğuldu

Leykemiya xəstəliyindən əzziyyət çəkən İngiltərə vətəndaşı Chris Biblis 16 yaşında olarkən həkimlər ona radioterapiya məsləhət görürlər lakin bunun sonunun sonsuzluqla nəticələnə biləcəyini nəzərə alan həkimlər onun spermasindan müəyyən qədər götürərək donduraraq saxlamışlar. Qeyd edek ki, bu hadisə 1987-ci ilin aprelində baş vermişdir.

Bu il isə Chirs Biblisin 38 yaşı var və o, artıq qız atası olmağın sevincini yaşayır. Belə ki,spermanın donunun açılmasına qərar verən həkimlər donu açılmış spermanı iynə vasitəsi ilə Chirsin həyat yoldaşı Melodienin uşaqlığına yeritmişlər və nəticədə onlar bir qız övladına sahib olmuşlar. Uşağı Stella adlandıran valideynləri körpənin sağlamlığının normal olduğunu bildirirlər.

Mütəxəsislər həmçinin bildirmişlər ki, Stella dünyaya gəlişi ilə həmdə bir dünya rekordu qırmışdır belə ki, bü günədək ən uzun müddətli dondurulmuş sperma 21 il idi lakin Stella 22 illə bu rekordu qırmışdır.

Modern Tibb
Share:

Vasvası adamlar depressiv olur

Alimlər belə qənaətə gəliblər ki, ifrat vasvasılıq depressiyaya gətirib çıxara bilər.
Həm evdə, həm də ofisdə daim təmizlik işləri aparan insan zərərli bakteriyalarla yanaşı, orqanizmin fəaliyyəti üçün faydalı olan virusları da məhv edir.
Daha əvvəl sübuta yetirilibdir ki, bəzi bakteriyalar insanın immun sisteminin möhkəmlənməsi, orqanizmin müxtəlif iltihab proseslərinə və allergik reaksiyalara müqavimətinin artması üçün zəruridir. Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, lazımi bakteriyaların çatışmazlığı insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Beyin əhvalı yüksəldən, “xoşbəxtlik hormonu” deyilən bioloji aktiv maddə – serotonin hasil etmir.
Tədqiqatın müəllifi Endryu Millerin fikrincə, ruh düşkünlüyü immun sisteminin fəaliyyətindən asılıdır. Yaşa dolduqca insanın immun sistemi inkişaf edir və möhkəmlənir. Külli miqdarda bakteriyaların və parazitlərin müqavimətinə məruz qalan immun sisteminin onların təsirini məhdudlaşdırmaq imkanları artır. Hazırda ətraf mühit çox təmiz olduğu üçün immunitetimiz infeksiyalarla səmərəli mübarizə apara bilmir.
Alimlərin fikrincə, Qərbdə insanlar depressiyadan inkişafda olan ölkələrə nisbətən daha çox əziyyət çəkirlər, çünki onların immun sistemi zərərli bakteriyalara qarşı mübarizəyə uyğunlaşmamışdır. Məsələn, Böyük Britaniyanın hər on saki
 nindən biri depressiyadan əziyyət çəkir, halbuki Nigeriyada bu xəstəliyin əlamətlərinə hər yüz adamdan birində təsadüf edilir.
Share:

Ürək bu beş şeyi sevir

Ürəyin “sevdiyi” qida məhsulları hansılardır?

İnsan ürəyi cəmi 300 qram olub, kişilərdə qadınlardan bir qədər ağır olur. Öz sahibinin yaşaması üçün bu kiçik, lakin dahi orqan sutka ərzində 170 l qan qovur. Əlbəttə işləyən orqana möhkəmlənmək də lazımdır. Ürəyin “sevdiyi” qida məhsulları hansılardır?

Qaragilə (“çernika”)

Qaragilə “ürək ərzaq məhsulları” siyahısına başçılıq edir. O ürək xəstəlikləri ilə mübarizədə ən faydalı meyvə hesab olunur. Bu meyvə çoxlu miqdarda antosianinlər-antioksidantlar saxlayır, hansılar ki, qaragiləyə tünd-göy rəng verir. Bu qiymətli giləmeyvə eyni zamanda liflə (selluloza), vitamin C ilə də zəngindir. Həm təzə, həm də dondurulmuş vəziyyətdə faydalı xassələrini itirmir. Qaragilə ürək üçün əvəzedilməz produktdur.

Qızılbalıq

Bu soyuq su balığı əla zülal mənbəyi olmaqla bərabər, həmçinin ürək üçün əvəzedilməz olan omega-3 yağ turşuları ilə də zəngindir. Dietoloqlar qızılbalığı həftədə 2 dəfə yeməyi məsləhət görürlər. Bu balıq təkcə ürək üçün deyil, bütün orqanizm üçün çox faydalı qida məhsuludur. Bunlarla yanaşı onun əla dadı da var.

Soya (paxlalılar fəsiləsinin bir nümayəndəsi)

Soyanı bitki zülalının xəzinəsi hesab edirlər. Bundan başqa o, kalsium, dəmir, maqnezium, sink, liflər və vitaminlərlə də zəngindir. Bütün bunlar sağlamlıq üçün, xüsusən ürək üçün çox faydalıdır. Soya zülalı ilə zəngin dieta qanda triqliseridlərin, xolesterinin miqdarını azaltmaqla stenokardiya, ürək infarktı, insult kimi xəstəliklərinin qarşısını alır.

Yulaf (“ovsyanka”,”qerkules”)

Yulaf kaşası uşaqların sağlam inkişaf etməsi üçün çox vacib ərzaqdır. Yulaf- minerallar, vitaminlər və liflə zəngindir. Yulaf kaşası ilə saxlanılan dieta ürək xəstəliklərinin profilaktikasında əvəzedilməz rola malikdir. Bu bir qrup alimlər tərəfindən aparılan tədqiqatlarla da təsdiqlənib. Yulaf həmçinin həzm sisteminin işini yaxşılaşdırmaqla, bir neçə növ xərçəngin əmələgəlməsinin qarşısını da almağa qadirdir.

İspanaq (“şpinat”)

İlk dəfə ispanağın orqanizmə faydası haqqında məlumat Moryak Popaya məxsusdur. O ispanağı tərəvəzlər “krallığında” “elektrostansitya” adlandırmışdır. O minerallar, vitaminlər( xüsusilə fol turşusu və dəmir) və ürək üçün faydalı fitokimyəvi birləşmələrlə zəngin olub, ürəklə yanaşı göz üçün də çox qiymətlidir.

Ürəyinizi qoruyun, içində sevdikləriniz var.


 Aytən Rza
Share:

Qrip və soyuqdəymə müalicəsi.

Qrip və soyuqdəymə müalicə olunmalıdırmı? Əlbəttə ki, olunmalıdır. Xüsusən də bu qripə aiddir ki, bu xəstəlik yüksək hərarətlə müşahidə olunur və ağır fəsadlar verə bilər.
Deyirlər ki, soyuqdəymə müalicə etdiyi halda 7 günə, etmədiyi halda - 1 həftəyə keçir. Bu, təbii ki, bir zarafatdır. "Adi" soyuqdəyməyə məsuliyyətsiz yanaşdıqda soyuqdəymə sinusit, otit və s. xəstəliklərlə fəsadlaşa bilər.
Soyuqdəymə və qrip olan xəstənin rejimi
Xəstəliyə fikir verməyərək işə çıxmaq çox təhlükəlidir. Bundan əlavə siz bu halda yalnız özünüzü yox, digər insanları da təhlükə altına salmış olursunuz. Xəstəliyin birinci günlərdən başlayaraq xəstəlik vərəqəsi almaq və evdə qalmaq lazımdır. Bu halda siz özünüzü xəstəliyin fəsadlarından qoruyacaqsınız, ətrafdakılar üçün isə infeksiya mənbəyi olmayacaqsınız.
Yataq rejimi
Hərarət yüksək olduqda xəstə mütləq yataq rejiminə əməl etməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha isə adi rejimə keçmək olar.
Bol maye qəbulu
Şirə, çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 l-dən az olmayaraq maye qəbul etməlidir.
Qida
Xəstənin iştahası kəskin azalmış olur. Heç bir halda xəstə insanı zorla yedizdirməyin! Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə xəstəyə təzə toyuq bulyonu verin. Toyuğun dərisində çoxlu miqdarda "sistein" maddəsi vardır ki, o bəlhəmçıxaran təsirə malikdir.
Simptomatik müalicə
Bu müalicə xəstəliyi törədən viruslara təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngünləşdirir. Qrip və soyuqdəymənin simptomları müxtəlif olduğuna görə xəstələr bir neçə dərman preparatlarından istifadə etməyə məcbur olurlar - hərarət salan prepartlar, öskürək, boğaz ağrısı, zökəm əleyhinə dərmanlar və s.
Hərarət salan dərmanlar
Bu qrup dərmanlar xəstənin vəziyyətini yaxşılaşdırır. Xüsusən bu uşaqlar, xroniki ürək və ağciyər xəstəlikləri olan və yaşlı insanlar üçün vacibdir. Hərarəti tam normaya salmağa cəhd etməyin, onun 1-1,5 C düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir.
Hərarət salan dərmanların arasında - parasetamolu, ibuprofeni, aspirini, analgini qeyd etmək olar. Diqqət! Parasetamol tərkibli preparatlar heç bir halda alkoqol içkilərlə eyni zaman qəbul etmək olmaz! 
Aspirin yalnız böyüklərdə istifadə oluna bilər. Onun uşaqlarda qrip və soyuqdəymə zamanı istifadə edilməsi çox ağır xəstəlik olan Rey sindromunun (qaraciyər və sinir sisteminin zədələnməsi) inkişaf etməsinə səbəb ola bilər.
Analgin yalnız digər hərarət salan preparatların istifadəsi nəticə vermədiyi halda əzələdaxili inyeksiya şəklində istifadə oluna bilər.
Hərarət salan dərmanlar yalnız hərarət 38,5 C yuxarı qalxdıqda qəbul etmək lazımdır. Əgər xəstə körpə uşaq, yaşlı və ya xroniki ürək, sinir, endokrin və ağciyər xəstəliyi olan insandırsa, hərarəti 38 C çatdıqda salmaq lazımdır.
Yüksək hərarət zamanı xardal kağızlardan, tibbi bankalardan və s. qan dövranı sürətləndirən vasitələrdən istifadə etmək olmaz! Hərarəti olan insanı isti bürüməyin! Bu hərarətin daha da qalxmasına gətirib çıxarır.
Boğaz ağrısı
Boğaz ağrısı zamanı mürəbbəli və ya ballı çay, soda qatılmış isti süd istifadə etmək olar. Boğazı kalendula, çobanyastığı, sürvə dəmləmələri ilə, duzlu (1/2 su + duz bıcağın ucunda) soda qatılmış su ilə qarqara edin. Apteklərdə boğaz ağrısı üçün çoxlu sayda spreylər, sorulma dərmanlar və s. satılır.   
Zökəmin müalicəsi
Xəstələrin əksəriyyəti onların fikirincə tam "təhlükəsiz" olan damardaraldan damcılardan istifadəyə üstünlük verirlər. Lakin bu damcılar heç də tam təhlükəsiz deyirlər. Təbii vasitələrindən burunu təmizləmək üçün duzlu sudan (1/2 stəkan su + bıcağın ucunda duz) və ya apteklərdə satılan tərkibində dəniz suyu olan damcılardan istifadə etmək lazımdır.
Öskürəyin müalicəsi
Soyuqdəymə zamanı öskürəyin müalicəsi üçün bal və limon əlavə olunmuş çaydan, soda əlavə olunmuş süddən istifadə etməyi çox yaxşı nəticə verir.
Soyuqdəymə, qrip və antibiotiklər
Soyuqdəymə və qrip xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə etmirlər. Məsələ ondadır ki, bu xəstəlikləri viruslar törədir. Antibiotiklər isə viruslara yox, yalnız bakteriyalara təsir edir. Bəzən soyuqdəymə və qrip zamanı ağırlaşmalar (ağ ciyərin, orta qulağın və s. iltihabı) inkişaf edir. Bu zaman antibiotiklər təyin olunur.
Virus əleyhinə preparatlar
Bu preparatlar həkim tərəfindən təyin olunur. Bu preparatların xəstəliyin ilk 24-36 saat ərzində istifadəsi yaxşı effekt verir - xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır. Bundal əlavə virus əleyhinə praparatları sağlam ailə üzvləri ekstremal profilaktik tədbir kimi istifadə edə bilərlər.

Share:

3 gündə damarlarınız təmizlənəcək, ürək tutmalarından uzaq olacaqsınız!

Bu şirədən cəmi 1 stəkan içsəniz, 3 gündə damarlarınız təmizlənəcək, ürək tutmalarından, uzaq olacaqsınız!  Xolesterinin toplanması, artması orqanizmdə ürək tutmalarına, infarkta və ifliclərə gətirib çıxarır.   Ürək çatışmamazlığı xəstəliyi nəticəsində hər gün 2500 nəfər ölür.    Xolesterinin toplanması, arteriyaların tıxanması, ürək tutmalarının əsas səbəbləri aşağıdakılardır.   Qan damarlarında piyin toplanması, həmçinin yağlı qida, qeyri-sağlam həyat tərzi və yüksək kalorili məhsulları istehlakı, emal olunmaması səbəb olur.    SaqlamHeyat.az xarici mətbuata istinadən, qan damarları və orqanizmi təmizləyən möhtəşəm resept təqdim edir.    Bu vasitə qan damarlarını təmizləyəçək, kirəcləşməni aradan qaldıracaq, gələcəkdə ürək tutmalarının qarşısını almağa kömək edəcək.    Beləliklə, sizə lazım olacaq:    1 stəkan təzə sıxılmış pomidor şirəsi  Döyülmüş zəncəfil 1 xörək qaşığı.  İstiot 1/2 çay qaşığı   Limon şirəsi 1/4 fincan Kərəviz saplağı - 2 ədəd.   Hazırlanma qaydası:   Bütün ərzaqları qarışdırın, çox dadlı və vitamınli bir içki alınır. Hər gün səhər yeməkdəm 20 dəqiqə əvvəl için.    Bu dadı içki olan qan damarlarından  piy təbəqələrini əridəcək , arterial təzyiqin azalmasına kömək edir.   Ürək tutmalarından qorunmaq üçün müntəzəm olaraq bu içkidən istifadə edin. 
Share:

Nənə nəvə doğdu!!!

46 yaşlı Tereza Hosenhaus adlı qadın leykoz (qan xərçəngi) diaqnozu qoyulan qızının körpəsini dünyaya gətirib.
"Modern Tibb" modern.az-a istinadən bildirir ki, 23 yaşlı Alisiya Hosenhausa 4 yaşında leykoz (qan xərçəngi) diaqnozu qoyulub.

Alisiyanın xəstəliyi müəyyən müddət sağalsa da, 9 yaşında onun vəziyyəti  yenidən daha da pisləşib. Uzun şüa müalicələrindən sonra  həkimlər uşaq sahibi ola bilməyəcəyini deyiblər.

Buna baxmayaraq, Alisiya 23 yaşında hamilə qalıb, ancaq körpəsi 15 həftəyə qədər yaşayıb. Həkimlər ona körpənin uşaqlıqda çox qala bilməyəcəyini deyiblər. Çıxış yolu kimi onlar qadına daşıyıcı ana tapmağı təklif ediblər. Bu zaman Alisiyanın 46 yaşlı anası surroqat ana olmağa razı olub.

46 yaşlı qadın qızının belə bir təklifi qəbul etməyəcəyini və hamilə qalmaq üçün yaşlı olduğunu düşünüb.  Daha əvvəl 2 dəfə qızını itirmək həddinə gəlib.

Lakin sonda qızının razılığı ilə onun xoşbəxtliyi naminə bu addımı atıb. Nənə Tereza verdiyi müsahibə zamanı "onu xoşbəxt görmək hər şeyə dəyər" sözlərini deyib


Share:

Gülhanə Hərbi Tibb Akademiyasının adı dəyişdirildi

Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) adı Gülhanə Tədris və Araşdırma  (Gülhane Eğitim və Araştırma ) Xəstəxanası olaraq dəyişdirilib.
Türkiyə KİV xəbər veri r ki, Ankaranın Keçiörən bölgəsində yerləşən və Türk Silahlı Qüvvətlərinə tibb sahəsində hərbi personal yetişdirən GATA-nın adı Türkiyə Səhiyyə Nazirliyi tərəfindən dəyişdirilib. (modern.az)
Share:

HƏKIMLƏRIN GIZLƏTDIYI SIRRI SIZƏ AÇIRIQ: BU IKI INQERIDEYNT ZOBU TAM SAĞALDIR!

                                               Modern Tibb blogu xarici mətbuata istinadən xəbər verir ki, kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.
Xalq təbabətində yaşıl qozun balla qarışığı "min bir dərdin dərmanı" sayılır və bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla istifadə olunur.
Beləliklə, bu qarışıq:
- qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir,
- qanı təmizləyir,
- qurdqovucu təsir edir,
- qara ciyəri və bağırsaqları təmizləyir,
- artıq çəkidən azad olmağa kömək edir,
- orqanizmi cavanlaşdırır,
- immun sistemini möhkəmləndirir,
- orqanizmə xərçəng əleyhinə təsir edir.



Qarışığın hazırlanması:
1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür.
2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir.
3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.
4. Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın).
5. Hazır qarışıq soyuducuda saxlanılır.
Qarışığın istifadəsi:
Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.
Gunay Axundova
Share:

IYNƏ ILƏ DAMAR AXTARMAĞA SON


Alimlərin yeni kəşfi damar axtarmaq prosesini aradan qaldırır. Alimlər xərçəng xəstələri, artıq çəkili insanlar və uşaqlar üçün xüsusi sprey icad edib. Kəşfi Türkiyə universitetinin müəllimləri edib. Bundan sonra damara iynə vurmaq daha ağrısız və asan olacaq. Alimlərin araşdırmasına görə, dünyada həkimlər iynə vurmaq üçün orta hesabla hər dəfə damarı 2.5 dəfə yaralayırlar. Hətta bəzi xəstələrdə 10 cəhddən sonra belə, damarı tapmaq mümkün olmur. Damarın bir neçə dəfə zədələnməsi həmin yerdə infeksiyalaşmaya və bir sıra xəstəliklərə səbəb ola bilər. Yeni kəşf edilən sprey hər yerdə istifadə edilə bilər. Sprey dəriyə çəkildikdən qısa bir müddət sonra gelə çevrilir və damarlar aydın görünür. Bu da lazımı damarın tapılmasını asanlaşdırır. Sprey su ilə yuyularaq təmizlənə bilir. Alimlər spreyin içərisindəki maddənin heç bir kanserogen təsirinin olmadığını bildiriblər. Onların sözlərinə görə, bu yenilik yalnız Türkiyə deyil, bütün dünya üçün önəmli tibbi yenilikdir.
Share:

Bişməcə

Bişməcə - tər ifrazının artması və tərin dəri səthindən buxarlanmasının zəifləməsi nəticəsində yaranan dəri qıcıqlanmasıdır. Bişməcə istənilən yaşlı insanlarda yarana bilir, lakin daha çox körpələrdə və yaşlı insanlarda rast gəlinir. Həddən artıq tərləmə, əksərən isti və rütubətli hava ilə əlaqədar olur. Xəstəliyin histoloji şəkli tər vəzilərinin axacaqlarının keratin tıxaclarla tutulması, axacaqların genişlənməsi və ətrafında iltihabi infiltratın yaranması ilə xarakterizə olunur. Bişməcə özünü dərinin bağlı hissələrində yaranan xırda, qruplaşmış, içi şəffaf maye ilə dolu qovuqcuqların yaranması ilə biruzə verir. Uşaqlarda sağrı və kürək nahiyəsində, boyunda, qoltuq və sağrıarası büküşlərdə, böyüklərdə isə süd vəzilərin altında, qasıq və qoltuq büküşlərində lokalizasiya olunur.
 
Kristallik bişməcə zamanı zahirən dəyişilməmiş dəri üzərində qəflətən çoxlu miqdarda diametri 1-2 mm olan qovuqcuqlar əmələ gəlir. Bir neçə gündən sonra qovuqcuqlar partlayır, quruyur və azca qabıqlanmaya səbəb olur. Qırmızı bişməcəzamanı isə dəridə sıx yerləşən, qaşınan, bir-biri ilə birləşməyən və ətrafında iltihabi halqa olan qovuqlu düyüncüklər əmələ gəlir. İkincili infeksiya qoşulduqda qovuqcuqların içərisinə irin toplanır və onlar ağımtıl-sarı rəngli pustulalara çevrilir. Bişməcənin bu növü ağ və ya sarı bişməcə adlanır.
 
Fitoterapiya
Yatıqqanqal dəmləməsi
- 2 xörək qaşığı yatıqqanqal otu 500 ml qaynar suda dəmlənir, bir qədər soyudulur və süzülür. İlıq dəmləmə ilə dərinin zədəli nahiyələri yuyulur.
- 2 xörək qaşığı aptek çobanyastığı çiçəkləri 500 ml qaynar suda dəmlənir, bir qədər soyudulur və süzülür. İlıq dəmləmə ilə dərinin zədəli nahiyələri yuyulur.
- 3 xörək qaşığı dazı otu, 1 xörək qaşığı bənövşə çiçəkləri və 2 xörək qaşığı göyçiçək çiçəkləri qarışdırılır. Yığıntıdan 1 xörək qaşığı 200 ml qaynar suda 1 sutka ərzində dəmlənir. Süzüldükdən sonra dərinin zədəli nahiyələri dəmləmə ilə silinir
Profilaktika

Körpələrdə bişməcələrin yaranmasının qarşısını almaq üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır:
- Uşağın otağında hərarət 20-220C-dən çox olmamalıdır.
- Körpəni çox qalın geyindirməyin. Bir qalın köynəkdənsə, iki nazik köynək geyindirmək, lazım olduqda isə birini çıxarmaq məsləhətdir.
- Uşağın paltarları təbii parçalardan hazırlanmalıdır ki, havanı normal keçirsin və dəridə qazlar mübadiləsini pozmasın.
- Dərinin təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. İlk yarım ildə körpələri hər gün, sonrakı vaxtlarda isə bir gündən bir çimizdirmək olar. İsti aylarda bu proseduru hətta gündə 2-3 dəfə aparmaq olar.
Qeyd edim ki, körpəni hər dəfə sabunlamağa ehtiyac yoxdur. Çimizdirdikdən sonra dəri mütləq tam qurulanmalıdır. Yalnız bundan sonra dəri hər hansı vasitə ilə silinə bilər. İstənilən vasitə dəriyə nazik qatla çəkilməlidir.
fitoterapevt.az 
Share:

Qanazlığı zamanı nə yemək lazımdır? - Həkimin tövsiyələri



Qanazlığı (anemiya) çox yayılmış pozulmadır.
 Əksər hallarda qanazlığının səbəbi orqanizmdə dəmirin çatışmamazlığıdır.Modern Tibb blogu 
xəbər verir ki, anemiyanın müalicəsində
 həb və ya inyeksiya şəklində olan dəmir
 preparatları və müalicəvi qidalanma
 istifadə olunur. Anemiya zamanı düzgün
 qidalanma çox vacibdir.

Həkimlər anemiyadan əziyyət çəkən 

insanlara hər gün ət və qaraciyər yeməyi
 tövsiyə edirlər. Ət məhsulları dəmirin əsas mənbələridir. Bundan əlavə ətdə olan dəmir orqanizm tərəfindən daha asan və tez 
mənimsənilir.
Həmçinin anemiyadan əziyyət çəkən 

insanların qidalanmasında bu kimi məhsullar olmalıdır:
- göbələk
- qarabaşaq, yulaf yarması ("gerkules")
- albalı, nar, alma, qara qarağat, itburnu
- ispanaq, turşəng, cəfəri
- bal
- yumurta
- qoz, badam
- xurma
- kakao
- mərci, lobya
Çay, qəhvə, cola kimi içkilər dəmirin 

qidalardan mənimsənilməsinə mane olur ki, 
bu səbəbdən müalicə zamanı bu içkilərin 
qəbulunu minimuma çatdırmaq lazımdır.
Həmçinin kalsiumla zəngin olan qidaların

 (əsasən süd məhsulları) dəmirlə zəngin olan qidalarla birlikdə qəbulu dəmirin
 mənimsənilməsini çətinləşdirir. Bu
 səbəbdən ət xörəkləri ilə qatıq, pendir, 
xama və s. bu kimi məhsulların birlikdə
 qəbulu tövsiyə edilmir.
Gunay Axundova
Share:

Dərs il nə zaman başlayacaq? - AÇIQLAMA

Son günlər sosial şəbəkədə dərs ilinin başlama gününün dəyişdirilməsi ilə bağlı məlumat yayılıb. İddialara görə, dərs ili sentyabrın 15-i deyil, 1-i başlayacaq. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov musavat.com-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 

“İnsanlar sosial şəbəkədə yayılan hər məlumata inanmasın. Ora nazirliyin rəsmi saytı deyil. Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib. Fərman olduğu kimi qalıb, dəyişiklik yoxdur. Dərs ili sentyabrın 15-i başlayacaq” .
Share:

Zobunuzun olub olmadıgını özünüz yoxlayın!e



 Modern Tibb blogu
xarici mətbuata istinadın bildirir ki, Doktor Barns ev şəraitində. yatağınızdan belə qalxmadan  istifadə edə biləcəyiniz  testi yaratdı. Siz asanlıqla və tez bir zamanda. adi termometrin köməyi ilə bunu öyrənə biləcəksiniz.

 Testdən keçmək üçün nə etmək lazımdır?

 Yatmazdan əvvəl  termometri hazırlayın onu yaxşıca silkələyin. Temperatur orada təxminən 35 ° C olmalıdır. Ayılandan dərhal sonra termometri qoltuqaltına qoyun və orada on dəqiqə ərzində saxlayın. Sonra nəticəyə baxın və onu yazın. Bu nəticə "səhər bazal temperaturu" kimi tanınır. Normal bazal temperaturu  36,5 ° və 36,8 ° C aralığında olmalıdır. 

 Nəticə:

 Əgər sizin bazal temperaturanuz 36,5 C ° və 36,8 ° C arasında yerləşirsə, onda sizin qalxanabənzər vəz normal işləyir.
 Əgər səhər  temperatur 36,5 C° aşağıdırsa, onda bu qalxanabənzər vəzinin (hipotireoz) funksiyası pis işləyir. Belə olan halda, digər simptomlara diqqət yetirmək lazımdır. Məsələn: Enerji çatışmazlığı, xroniki yorğunluq, depressiya, xroniki baş ağrıları, tez-tez soyuqdəymə, saç tökülmə əhvalın pisləşməsi, konsentrasiya və diqqət.
 Əgər bazal temperaturanız 36,8 ° C-dən yüksəkdirsə , bu o deməkdir ki, sizin qalxanabənzər vəzdə problemlər yaranıb (hipertireoz) və ya orqanizminizdə hansısa  iltihab prosesi gedir.

Maksimum dəqiq nəticə almaq üçün bu testin ardıcıl,  üç gün keçirilməsi tövsiyə olunur. Əgər bütün bu müddət ərzində sizin bazal temperatur normal diapazondan yuxarı və ya aşağı olarsa, mütləq həkimlə məsləhətləşin.

Share:

Kişiler niye xeyanet edirler?

Müasir dövrümüzde çox tez-tez ifade edilen bir söz var – xeyanet. Bu kelmenin ardında ise neçe-neçe mübahiseler, tehqirler, hetta fiziki tezyiqe qeder gedib çıxan münaqişeler ve nehayet, ailenin süqutu – yeni günümüzün xoşagelmez debi adını alan boşanmalar durur. Geride qalan xeyanete uğrayanın sarsıntısı, aşağılanmaq hissi, insanlara, xüsusile qarşı cinse inamsızlıq ve zaman keçdikce nifret hissinin yaranması, stress, depresiyyadır. Nadir hallarda ise xeyanet edenin müveqqeti ve ya bir anlıq çılğınlıqla ailesinde yaratdığı narahatlıq ve ekser hallarda boşanma peşmanlığı. Samire Quliyevanın 29 yaşı var. 7 ildir ki, aile heyatı quran Samire heyat yoldaşının ona xeyanet etdiyini deyir. “Cemi 3 il xoşbext yaşadıq. Yeni bu müddetde onun xeyanetini hiss etmemişdim. Belke de o qeder inanırdım ki, ağlıma getirmediyim üçün başa da düşmürdüm. Amma ikinci övladımız dünyaya gelenden sonra yoldaşım mene qarşı emelli-başlı soyudu. Aylarla mene yaxın durmur. Ne olsun her gece evdedir. Bütün geceni elinde telefon, ne yazır, ne edir - bilmirem. Danışanda da deyir ki, “senin başın xarab olub, oyun oynayıram”. Artıq rahatlıq mene haram olub. Sanki her an terk edileceyem hissini yaşayıram. Geceleri ağlamaqdan bezmişem. Ne etmeliyem bilmirem. Axı men ne etdim ki, o, menden bu qeder soyudu?” Maraqlıdır, sedaqet, vefa olduğu halda kişilerin xeyanet etmelerinin sebebleri nedir? Ümumiyyetle, kişi xeyaneti neden yaranır? Psixoloq Revane Quluzadenin sözlerine göre, xeyanet ilk önce ailede sevginin azalması ve itmesinden ireli gelir. Bu sebeb aileni kişi üçün maraqsızlaşdırır ve kişi kenarda ehtiyacı olan sevginin axtarışına çıxır. İkinci sebeb ise qadının yoldaşına olan diqqetsizliyinden ireli gelir. Bu diqqetsizlik neticesinde ailede psixoloji soyuqluğun baş qaldırması ve kişinin aileye bağlı olan tellerinin yavaş-yavaş donması prosesi yaranır. Psixoloqun fikrince, kişi xeyanetinin üçüncü sebebi qadının çox danışmasıdır. Tebii ki, bu danışıqda mehribanlıq, nevaziş ve minnetdarlıq dolu sözlerden istifade edilmir. Her birimizin bildiyi ve qebul etdiyi, el arasında işlenen tam menalı bir fikir var: “Subaylıq sultanlıqdır”. Bu, kişilerin az qala secde etdiyi fikirdir. Bu sade fikrin arxasında eks cinsin belke de facie kimi qebul etdiyi problemler tüğyan edir. Meişet qayğıları, günlük problemler, ailenin maddi teminatında olan natamamlıqlar, övlad terbiyesinin çetinlikleri, her dövrde öz aktuallığını itirmeyen gelin-qayınana çekişmeleri ve s. Nehayet, qadın günün sonunadek çarpışdığı bu böyük ve kiçik problemlerin neticesi kimi menfi emosiyalarla yüklenir. Axşam işden yorğun gelen heyat yoldaşınn qarşılaşdığı üz mimikasını ise tesvir etmeye ehtiyac yoxdur. Kişi bu mimikanın ardınca neler olacağını texmin edir ve zehninde birce reaksiya - “yene?” şikayet dolu bir sual yaranır. Qadın imkan tapan kimi erine, gün erzinde yaşadığı sıxıntıları bir-bir şikayet ve qınaq formasında dile getirmeye başlayır. Kişilerin deyingenlik kimi qebul etdiyi bu qınaq forması onu qadındandan bir qeder de uzaqlaşdırır. Ve kişi bu qarışıqlıqdan uzaqlaşmaq üçün qurtuluşu başqa qadında, daha deqiq desek, onun üzerine heç bir mesuliyyet qoymayan, sevimli, qayğıkeş, gülerüz, derd-serden uzaq bir xilaskarda axtarır ve ekser hallarda tapır. R. Quluzade deyir ki, kişi xeyanetinin dördüncü sebebi kişinin eqosundan ireli gelen bir haldır. Bildiyiniz kimi, kişiler qadınlar terefinden arzu olunmağı sevirler. Her hansı bir qadın ona onu arzu etdiyini ifadeler, mimika ve ya jestlerlerle ifade etse, o kişinin hemin qaıdnla xeyaneti qaçılmazdır: “Diger bir sebeb ise qadın ve kişi arasında intim münasibetin monotonlaşması ve ya bu münasibetin tamamile pozulmasıdır. Bu ise kişini sıxar ve yeni münasibetler axtarışına çıxarar. Kişi xeyaneti xarakterik sebeblerden de meydana gele bilir. Macera, adrenalin ehtiyacı duyan eks cins, böyük ehtimalla gizli münasibetler arxasınca düşecek ve bu hissleri aileden gizli, yasaq münasibet kimi yaşamaq ona heyat eşqi getirecek. Nece deyerler, bir növ özünü cavan saxlayacaq”. Xeyanetin diger bir sebebi ise kişinin ne vaxtsa etdiyi xeyanetin qadın terefinden bağışlanmasıdır. Bağışlanmaq kişide yeniden xeyanet etmek cesareti yaradır. Qadını inandıra bileceyine inan kişilerde de xeyanet etmek üçün cesaret yaranır. Kişilerin fikrince, gözün görmediyini qelb de hiss etmez. Bu anlayış ise daha sonra öz tesdiqini tapmır ve edilen xeyanet qadın terefinden aşkarlanır. Bezi hallarda xeyanet eden insanın valideynlerini, hansı şeraitde böyüdüyü araşdırıldıqda çox vacib ve esas bir nüans ortaya çıxır. Uşaq ailede valideynlerinden birinin digerine xeyanetini bilerek böyüyürse, bir müddet sonra sedaqetsizliyi, xeyaneti normal bir exlaq forması olaraq qebul edir. Müeyyen bir zamandan sonra ise o da doğru, normal bildiyi yanlışı tekrarlayır. Psixoloq qeyd edir ki, bütün bu sebebler xeyanetden uzaq, seqadet içinde yaşaya bilmeyin açarıdır. Xeyanet ne sebeble olursa olsun haqq qazandırılması mümkün olmayan, dinimize, insanlığımıza ve exlaq çerçivemize heç cüre sığmayan böyük bir yanlışdır. Bu yanlışa yol vermemek ve görmemek üçün ise edeceyimiz çox şey öz elimizdedir. Xeyanet şirin görünen zeherli bir team kimidir. Yeyerik ağzımız şirinlener. Bir de baxarıq ki, zeheri qanımıza işleyib, artıq mehvimize yaxındır. Maraqla, heyacanla , xoş hisslerle başlayan xeyanetin sonu yalnız peşmanlıqdır.
Share:

Cazibədarlığın cinsi həyatda rolu

Günümüzdə vacib və aktual məsələlərdən biri sevgi və məhəbbətdirsə, digər bir mövzu isə nəslin davamlılığını təmin edən aktiv cinsi həyatdır.
Belə ki, bəzi şəxslərdə cinsi istəksizlik və s. problemlər sonradan insan həyatında müxtəlif çətinliklər yaradır. Misal olaraq, əgər qadın cazibədar olmağa diqqət göstərmirsə bu hal kişilərdə olan cinsəl istəyin azalmasına səbəb olur. Məhz bu baxımdan meydana gələn problemləri dəf etmək üçün kişilər və qadınlar həmin məsələlərə bir qədər həsas yanaşmalıdırlar. Çünki, bu insan həyatının maraqlı və bir o qədər də çətin bir sahəsidir. Lakin buna baxmayaraq müasir dövrdə lazımi proseduralara düzgün əməl etməklə cütlər arasında yaşanan cinsi istəksizlik və s. problemləri tez bir zamanda həll etmək olur. Həmin məsələdə müxtəlif idman salonlarında məşq proqramlarının tətbiqi də vacib sayılır. Çünki, kök qadın və kişilərin cinsi həyatı o qədər uğurlu olmur. Bu prosesə müxtəlif xəstəliklər və dərman müalicəsi, cazibədarlığın olmaması ucbatından cinsi aktivliyin aşağı olması və s. səbəblər daxildir. Ona görə də həmişə üzgüçülük və digər faydalı idman növləri ilə məşğul olaraq daim formada olmaq vacibdir. Bu həm də qadınların cazibədar olmasına gətirib çıxarır. Həmin əlaqədə daha çox kişilər cinsi əlaqənin məsuliyyətini anlamalı və həmin prosesi düzgün idarə etməyi bacarmalıdır. Başqa sözlə qadınlarda olan doyma ehtiyacını təmin etməlidirlər. Bu məsələdə vacib cəhətlərdən biri kişilərin qadına necə zövq verəcəyini qabaqcadan bilməsidir.

Share:

Rezidentura imtahanında yüksək nəticə göstərən tələbələrimiz

Yüksək nəticə göstərən tələbələrimiz və onlar qəbul olduğu ixtisaslar. 
1. Nigar Qasımov - 140 bal, Mamalıq-ginekologiya, Neftçilər Xəstəxanası
2. Milayim Abasova - 136 bal, Mamalıq-ginekologiya, Bakı Sağlamlıq Mərkəzi
3. Dürdanə Kazımlı - 134 bal, Mamalıq-Ginekologiya, ATU
4. Günel Tağıyeva - 133 bal, Mamalıq-ginekologiya, Respublika Klinik Xəstəxanası
5. Tamerlan Əzizov - 133 bal, Urologiya, Həkimləri Təkmilləşdirmə İnstitutu
6. Pəri Dilbazi - 133 bal, Şüa diaqnostikası, ATU
7. Nurlan Bəylərov - 130 bal, Otorinolarinqologiya, Respublika Klinik Xəstəxanası
Qəbul olan hər kəsi təbrik edirik!
Modern Tibb
Share:

Öd kisəsi polipləri

Əgər sizdə və ya yaxınınzda polip müəyyən olunmuşdursa, buyurun, bu xəbəri oxuyun. Xəbərdə öd kisəsi poliplərinin tipləri, xərçəngə çevrilib çevrilməməsi və mualicəsi haqqında, xüsusən hansı poliplərə əməliyyata ehtiyac var, hansı poliplərə əməliyyata ehtiyac yoxdur suallarına cavab verilmişdir.
Öd kisəsi polipləri öd kisəsi selikli qışasından başlanğıc götürən şişlərdir. Böyük əksəriyyəti xoş xassəli və zərərsizdir. Öd kisəsi polipiləri adətən digər problemlər ilə əlaqədar aparılan qarın boşluğunun ultrasəs muayinəsi zamanı müəyyən olunur. İnsanların 1-4%-də müəyyən olunur.
Öd kisəsi polipinin 5 növü mövcuddur:
1. Xolesterol tipli öd kisəsi polipləri -  bu tip poliplər öd kisəsi poliplərinin 60 %-ni təşkil edir. Adətən saplı qurluşda və ölçüsü 2-20 mm arasındadır. Qanda xolesterol səviyyəsi ilə bu poliplər arasında əlaqə elmı tədqiqatlar ilə müəyyən olunmamışdır. Bu poliplər daha çox 40-50 yaş arasında qadınlarda müəyyən olunur və çox hallarda klinik əlamətləri olmur. Bu tip poliplərin öd kisəsi xərçənginə çevrilmə ehtimalı yoxdur. Bu poliplər olan öd kisəsində xarakterik çiyələk görünüşü mövcud olur.

2. Adenomiyomalar  -  Öd kisəsi poliplərinin 25%-ni təşkil edirlər. Ölçüləri 10-20 mm arasında dəyişir. Bu tip poliplər xərçəngə çevrilmir. Onlar öd kisəsində baş vermiş iltihabi prosesə cavab olaraq yaranır.
3. İltihabi öd kisəsi polipləri - Bu tip poliplər adətən öd daşı xəstəliyində əziyyət çəkən xəstələrdə olur. Ölçüləri  5-10 mm olur. Bütün öd kisəsi poliplərinin 10 %-ni təşkil edir. Bu tip poliplər də xərçəngə çevrilmir.
4. Adenomalar - bu tip öd kisəsi polipləri 4 % hallarda rast gəlinir və xərçəngönü proses hesab olunur. Adenomaların 25 % xərçəngə çevrilir. Ölçüsü 12 mm olan adenomalar xərçəng hüceyrəsinin daşıyıcısıdır. Ölçüsü 10 mm-dən böyük olan adenoma tip öd kisəsi poliplərinin 25-75 % öd kisəsi xərçənginin yaranmasına səbəb olur.
5. Qarışıq tip poliplər - Qarışıq tip poliplər müxtəlif qaynaqlı və qurluşludur. Nadir təsadüf olunurlar.
Öd kisəsi poliplərinin muayinəsi, cərrahi əməliyyatın ehtiyac olub-olmamasının müəyyən olunması və müşahidəsində ultrasəs muayinəsi (USM) və komputer tomoqrafiya (KT)  muayinəsi faydalıdır.

Müalicə 
 Təsdiq olunmuş müalicə - öd kisəsi polipləri üçün laporoskopik xolesistektamiayadır. Lakin bütün öd kisəsi polipləri zamanı cərrahi mualicəyə ehtiyac yoxdur.
Aşağıdakı hallarda cərrahi əməliyyatın icrası vacibdır:
1. Əgər xəstədə öd kisəsi polipi klinik əlamətlər ilə özünü büruzə verirsə laproskopik xolesistektamiya icra olunur.
2. Əgər xəstənin yaşı 50-dən yuxarı və xəstədə öd kisəsində poliplə yanaşı öd daşıda müəyyən olunmuşdursa, laproskopik xolesistektamiya icra olunur.
3. Əgər xəstədə öd kisəsi polipi 10 mm-dən kiçikdirsə, 6 ay ara ilə müşahidə məqsədi ilə USM icra olunur, dəyişiklik qeyd olunmursa, əməliyyat icra olunmur. Əgər surətli artım qeyd olunarsa, laporoskopik xolesistektamiya icra olunur.
4. Əgər öd kisəsində polip sayi 3 və daha çoxdursa, bu zaman polipin ölçüsündən aslı olmayaraq laproskopik xolesistektamiya icra olunur.
5. Əgər xəstədə öd kisəsi polipi 10 mm-dən böyük, ölçüsü sürətlə artırsa, klinik əlamətlər varsa, öd kisəsində poliplə bərabər öd daşı varsa, xəstədə laproskopik xolesistektamiya icra olunur.
6. Əgər xəstədə öd kisəsində 1-2 ədəd 10 mm-dən kiçik, klinik əlamətlər verməyən, polip ölçüləri 6 ay müşahidə zamanı böyümürsə, poliplə bərabər öd kisəsində digər patoloji proses qeyd olunmursa, xəstədə xolesistektamiya əməliyyatına ehtiyac yoxdur.
7. Əgər xəstədə öd kisəsinin bəd xassəli şişinə şübhə varsa, zamanı uzatmadan açıq xolesistektamiya icrası məsləhətdir.
Share:

Qızıl medal alan məzunların siyahısı - Nazir əmr verdi

Təhsil naziri Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr verib.
"Modern Tibb blogu" xəbər verir ki, əmrdə qeyd olunur:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Dövlət İmtahan Mərkəzi tərəfindən 2015-2016-cı dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq və “Azərbaycan Respublikası Təhsil Nazirliyihaqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Aşağıda adları qeyd edilən XI sinif məzunları qızıl medalla təltif olunsunlar:

Əliyev Toğrul Mahmud oğlu – Naxçıvan MR, Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb
Zeynalova Qəndab Mikayıl qızı – Naxçıvan MR, Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb
Ağayeva Nərmin Raiq qızı – Naxçıvan MR, Şərur şəhəri 2 nömrəli tam orta məktəb
Qurbanova Səma Yusif qızı – Naxçıvan MR, Şərur rayonu Oğlanqala kənd tam orta məktəbi
Bədəlov İsa İlham oğlu – Naxçıvan MR, Şərur rayonu Kosacan kənd tam orta məktəbi
Qurbanova Nurşən Etibar qızı – Naxçıvan MR, Babək rayonu Güznüt kənd tam orta məktəbi
Qulubəyli Əmrah Pərviz oğlu – Naxçıvan MR, Ordubad rayonu Üstüpü kənd tam orta məktəbi
Hüseynquliyev Əli Məhəmmədəli oğlu – Naxçıvan MR, Culfa rayonu Yaycı kənd 2 nömrəli tam orta məktəb
Kazımov Hüseyn Azər oğlu – Naxçıvan MR, Culfa rayonu Saltaq kənd tam orta məktəbi
Rzayeva Səfa Vüsal qızı – Naxçıvan MR, Şahbuz rayonu Kükü kənd tam orta məktəbi
Quliyev Sadiq Elnur oğlu – Naxçıvan MR, Kəngərli rayonu Təzəkənd kənd tam orta məktəbi
Məmmədli Ramiz Mübariz oğlu – Naxçıvan MR,Heydər Əliyev adına tam orta məktəb
Əliyeva Tünzalə Səfər qızı – Naxçıvan MR, Naxçıvan Qızlar liseyi
İsmayılzadə Məhəmməd Nəsimi oğlu – Naxçıvan MR,Heydər Əliyev adına Hərbi Lisey
Ağayev Aslan Fəxri oğlu – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Əsədova Nigar Araz qızı – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Əliyeva Nərmin Xanlar qızı – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Hüseynov Ceyhun Tofiq oğlu – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Hüseynova Nigar Azər qızı – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Hüseynova Ləman Niyazi qızı – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
İsmayılzadə Nilufər Namiq qızı – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Jeleznyak Anna Aleksandrovna – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Qurbanlı Həcər Hatəm qızı – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Səlimov Heydər Seymur oğlu – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Tağıyev Tuncay Aqil oğlu – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Muradov Nicat Ədalət oğlu – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Şirinov Məhəmməd Mehman oğlu – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Qələndərova Aysunə Vaqif qızı – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Naibov Vasif Əmiraslan oğlu – Nazirliyin birbaşa tabeliyindəki “Ankara məktəbi” məktəb-liseyi
Məmmədli Fərəh Şahmurad qızı – Nazirliyin birbaşa tabeliyindəki “Ankara məktəbi” məktəb-liseyi
Məmmədova Arzu Eldar qızı – Nazirliyin birbaşa tabeliyindəki Bakı Avropa Liseyi
Hacıbəyli Ayan Siyavuş qızı – Nazirliyin birbaşa tabeliyindəki Bakı Avropa Liseyi
Kərimova Nigar Kərim qızı – Nazirliyin birbaşa tabeliyindəki Bakı Avropa Liseyi
Tağıyeva Tahirə Samir qızı – Nazirliyin birbaşa tabeliyindəki Bakı Avropa Liseyi
Bayramov Rüfət Rahib oğlu – Nazirliyin birbaşa tabeliyindəki Bakı Avropa Liseyi
Musayeva Nəzrin Yaşar qızı – Nazirliyin birbaşa tabeliyindəki Bakı Avropa Liseyi
Axundova Bilqeyis Zaur qızı – Nazirliyin birbaşa tabeliyindəki “Tərəqqi” texniki-humanitar liseyi
Qurbanova Aytac Cəlal qızı – Nazirliyin birbaşa tabeliyindəki “Tərəqqi” texniki-humanitar liseyi
Məmmədli Nilufər İsmət qızı – Nazirliyin birbaşa tabeliyindəki “Zəngi” liseyi
Cəbiyeva Nərgiz Arzuman qızı – Nazirliyin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü lisey
Abdullayeva Töhfə Etibar qızı – Nazirliyin birbaşa tabeliyindəki S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya
Qədimalıyeva Həbibə Nizami qızı – Nazirliyin birbaşa tabeliyindəki 6 nömrəli məktəb-lisey
Xankişiyeva Lətafət Kamran qızı – Nazirliyin birbaşa tabeliyindəki 6 nömrəli məktəb-lisey
Qədirova Səbinə Cavanşir qızı – Nazirliyin birbaşa tabeliyindəki 132-134 nömrəli təhsil komplek­si
Aslanlı Ülvi Babək oğlu – Bakı şəhəri 64 nömrəli tam orta məktəb
Abbaszadə Gülnar Yusif qızı – Bakı şəhəri 70 nömrəli məktəb-lisey
Allahverənov Rəşid Samir oğlu – Bakı şəhəri 112 nömrəli tam orta məktəb
Qaralova Nərgiz Bəhrəm qızı – Bakı şəhəri 112 nömrəli tam orta məktəb
Şükürlü Ləman Hidayət qızı – Bakı şəhəri 149 nömrəli tam orta məktəb
İsayeva Səbinə Samit qızı – Bakı şəhəri 182 nömrəli tam orta məktəb
Quluzadə Yusifmilad Safa oğlu – Bakı şəhəri 160 nömrəli "Klassik" gimnaziya
Məmmədov Ruslan Xanlaroviç – Bakı şəhəri 160 nömrəli "Klassik" gimnaziya
Məlikova Həcərxanım Muxtar qızı – Bakı şəhəri 160 nömrəli "Klassik" gimnaziya
Mehdiyeva Məryam Mehti qızı – Bakı şəhəri 160 nömrəli "Klassik" gimnaziya
İsmayılova Aygül Elşən qızı – Bakı şəhəri 204 nömrəli tam orta məktəb
Ağayeva Leyla Namiq qızı – Bakı şəhəri 257 nömrəli tam orta məktəb
Əlizadə İbrahim Orucəli oğlu – Bakı şəhəri 267 nömrəli məktəb-lisey
Hacıyeva Aytən Rafiq qızı – Sumqa­yıt şəhəri 1 nömrəli tam orta məktəb
Süleymanlı Elfan Sərviz oğlu – Sumqa­yıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
Ələkbərli Nərmin Nəsib qızı – Sumqa­yıt şəhəri Texniki və təbiət elmləri liseyi
Səfərli Ləman Tahir qızı – Sumqa­yıt şəhəri Texniki və təbiət elmləri liseyi
Hüseynli Ayşən Babək qızı – Sumqa­yıt şəhəri Texniki və təbiət elmləri liseyi
Cəlilova Nəzrin Zaur qızı – Şirvan şəhəri 10 nömrəli tam orta məktəb
İrzayev Hüseyn Valeh oğlu – Gəncə şəhəri 5 nömrəl tam orta məktəb
İbrahimov Rafiq Həmzə oğlu – Gəncə şəhəri 6 nömrəli tam orta məktəb
Əliyev Məmməd Məhəmməd oğlu – Gəncə şəhəri 26 nömrəli məktəb-lisey kompleksi
Sadıqov Rəhim Rauf oğlu – Gəncə şəhəri 26 nömrəli məktəb-lisey kompleksi
Rəhimli Nicat Polad oğlu – Gəncə şəhəri 26 nömrəli məktəb-lisey kompleksi
Əlirzayev İlqar Ceyhun oğlu – Gəncə şəhəri 26 nömrəli məktəb-lisey kompleksi
Cəbrayılova Aytac Arif qızı – Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey
Həsənova Xavər İlqar qızı – Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey
Süleymanlı Samir Azər oğlu – Mingəçevir şəhəri Texniki-humanitar lisey
Məmmədov Abdulrəbbin Hüseyn oğlu – Mingə­çevir şəhəri Texniki humanitar lisey
Mürsəlov Elcan Rizvan oğlu – Mingə­çevir şəhəri Texniki humanitar lisey
Sadıqov Elşən Avtandil oğlu – Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəb
Hüseynova Sevinc Şükran qızı – Ağdam rayonu Alıbəyli kənd tam orta məktəbi
Nuriyev Vaqif Hacı oğlu – Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbi
Əmirli Fazil Abbas oğlu – Ağdaş şəhəri Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya
Səfərli Məhəmməd Elburus oğlu – Ağdaş şəhəri Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya
Məmmədova Fidan Rövşən qızı – Ağdaş şəhəri 1 nömrəli tam orta məktəb
Əşrəfli Gültac Nəsimi qızı – Ağdaş rayonu Kotavan kənd tam orta məktəbi
Məmmədov İmran İlham oğlu – Ağstafa rayonu Dağkəsəmən kənd 1 nömrəli tam orta məktəb
Nəbiyev Rəsul Heybullah oğlu – Balakən şəhəri Humanitar və texniki təmayüllü lisey
Hüseynov Pərvin Adil oğlu – Balakən şəhəri Humanitar və texniki təmayüllü lisey
Əliyev Rəvan Əyyub oğlu – Balakən şəhəri Humanitar və texniki təmayüllü lisey
Məmmədli İbrahim Tofiq oğlu – Beylə­qan şəhəri Təbiət və humanitar fənlər təmayülllü lisey
Əhədli Tərlan Natiq oğlu – Göygöl şəhəri 4 nömrəli tam orta məktəb
Bayramlı Aytac Əli qızı – Göygöl şəhəri 6 nömrəli tam orta məktəb
Dəmirli Şəhla Firudin qızı – İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəb
Lətifov Ağalətif İsaq oğlu – İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəb
Ağayev Taleh Xatir oğlu – İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbi
Mehnətli Güntəkin Nizami qızı – Neftçala rayonu Həsənabad qəsəbə tam orta məktəbi
Cavadov Zəbulla Davud oğlu – Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəb
Əmrahov Elçin Allahverdi oğlu – Kəlbə­cər rayonu 2 nömrəli tam orta məktəb
Məmmədzadə Mahir Azər oğlu – Oğuz rayonu Xaçmazqışlaq kənd tam orta məktəbi
Hacızadə Ayşən Namiq qızı – Qax şəhəri 4 nömrəli tam orta məktəb
Məmmədova Leyla Şirzad qızı – Qazax şəhəri Humanitar və təbiət fənlər təmayüllü məktəb-lisey
Mirzəyev İlham Rövşən oğlu – Qazax şəhəri 2 nömrəli tam orta məktəb
Səfərəliyeva Gültəkin Sadiq qızı – Qəbələ şəhəri 2 nömrəli tam orta məktəb
Qurbanova Nigar Arif qızı – Qəbələ şəhəri 2 nömrəli tam orta məktəb
Zəkəriyyəli Zəkəriyyə Pərviz oğlu – Qəbələ rayonu Zarağan kənd 1 nömrəli tam orta məktəb
Cəbrayılov Məhəmməd Tofiq oğlu – Quba rayonu I Nügədi kənd 1 nömrəli tam orta məktəb
Xəlilli Səmral Vasif oğlu – Sabir­abad şəhəri 5 nömrəli tam orta məktəb
Şabanzadə Elvin Nazim oğlu – Salyan şəhəri 4 nömrəli tam orta məktəb
Əlizadə Fuad İqbal oğlu – Şəmkir şəhəri M.Füzuli adına tam orta məktəb-lisey
Kazımova Bənövşə Mübariz qızı – Şəmkir şəhəri Ə.Cavad adına tam orta məktəb
Novruzzadə Gülcan Elnur qızı – Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəb
Abdullayev Taleh Alim oğlu – Şəmkir rayonu Çaparlı kənd 2 nömrəli tam orta məktəb
Əsgərli Fatimə Azər qızı – Tovuz rayonu Hacılar kənd tam orta məktəbi
Məmmədli İlhamə İlham qızı – Tovuz rayonu Aşağı Quşçu kənd tam orta məktəbi
İsmayılova Mənsurə Malik qızı – Xaçmaz rayonu Köhnə Xaçmaz kənd tam orta məktəbi
Əliyev Cavid Rəhim oğlu – Yevlax şəhəri 8 nömrəli tam orta məktəb
Cabbarov Firidun Gündüz oğlu – Yevlax rayonu Qaraoğlan kənd tam orta məktəbi
Həmidov Fərid Rahim oğlu – Şəki şəhəri 20 nömrəli tam orta məktəb
Əhmədova Qönçə Vidadi qızı – Şəki rayonu I Biləcik kənd tam orta məktəbi
Hüseyn Cavid Ceyhun oğlu – Zaqata­la şəhəri Humanitar fənlər gimnaziyası
Məmmədova Ayşən Kənan qızı – Zaqata­la şəhəri Humanitar fənlər gimnaziyası
Əhmədova Aişə Məmmədalı qızı – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbi
Həsənzadə Rəna Yusif qızı – BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi
Namazov Fərhan Sübhan oğlu – BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi
Abbasova Arzu Vəkil qızı – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Çıraqzadə Selin Rufiz qızı – Baku Oksford Skul tam orta ümumtəhsil məktəbi
Əsgərova Lalə Elçin qızı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
Rüstəmova Aysel Müslüm qızı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
Əsgərli Şəlalə Əzizağa qızı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
Məmmədova Arzu Şahin qızı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
İsmayılov Mirxəzər Ağazər oğlu – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
İbrahimova Qumral Zəfər qızı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
Əlizadə Fatimə Fəzail qızı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi

Aşağıda adları qeyd edilən XI sinif məzunları gümüş medalla təltif olunsunlar:

Məmmədli Təbriz Azad oğlu – Naxçıvan MR, Naxçıvan şəhəri 11 nömrəli tam orta məktəb
Süleymanov Nəriman Sameh oğlu – Naxçıvan MR, Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəb
Novruzlu Elnarə Şükür qızı – Naxçıvan MR, Şərur şəhəri 2 nömrəli tam orta məktəb
Rüstəmova Şəhla Səyavuş qızı – Naxçıvan MR, Şərur rayonu Yengicə kənd tam orta məktəbi
Mustafayeva Səmra Yaşar qızı – Naxçıvan MR, Ordubad şəhəri 3 nömrəli tam orta məktəb
Həsənov Sunay Cəlal oğlu – Naxçıvan MR, Ordubad rayonu Dəstə kənd 1 nömrəli tam orta məktəb
İbrahimova Səkinə Səbuhi qızı – Naxçıvan MR, Culfa rayonu Ərəzin kənd tam orta məktəbi
Şahgəldiyeva Dilarə Mehman qızı – Naxçıvan MR, Şahbuz şəhəri 1 nömrəli tam orta məktəb
Adullayeva İnci İlqar qızı – Naxçıvan MR, Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəb
Tağıyev Rəfael Əli oğlu – Naxçıvan MR, Kəngərli rayonu Qarabağlar kənd 1 nömrəli tam orta məktəb
İbrahimbəyli Nərmin Güloğlan qızı – Naxçıvan MR,Heydər Əliyev adına tam orta məktəb
Bayramova Yasəmən Həmzə qızı – Naxçıvan MR, Naxçıvan Qızlar liseyi
Kərimli Mahir Nəcəf oğlu – Naxçıvan MR, Heydər Əliyev adına Hərbi Lisey
Qurbanova Aygül Vüqar qızı – Nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey
Məmmədli Heydər Bəxtiyar oğlu – Nazirliyin birbaşa tabeliyindəki “Zəngi” liseyi
Xudiyeva Qıztamam Nizami qızı – Nazirliyin birbaşa tabeliyindəki “Zəngi” liseyi
Cəbrayılzadə Elgün Ayaz oğlu – Nazirliyin birbaşa tabeliyindəki 6 nömrəli məktəb-lisey
Babayev Hüseyn İlqar oğlu – Şirvan şəhəri 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-lisey
Hüseynov Anar Polad oğlu – Gəncə şəhəri 26 nömrəli məktəb-lisey kompleksi
Mustafayeva Səbinə Nemət qızı – Mingə­çevir şəhəri 7 nömrəli tam orta məktəb
Çələbi Nəsib Zaur oğlu – Ağdaş şəhəri 1 nömrəli tam orta məktəb
Şirinov Rüzigar Asəf oğlu – İmişli rayonu Xubyarlı kənd tam orta məktəbi
Qədirli Əmrah Azər oğlu – Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəb
Sakifzadə Aqşin Natiq oğlu – Lənkə­ran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-lisey
Poladov David Adam oğlu – Zaqata­la şəhəri 1 nömrəli tam orta məktəb
Süleymanlı Aysu Türkel qızı – BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi
Behbudov Rəşid Rəsuloviç – BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi
Qurbanova Ləman Zaur qızı – BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi
Qarayev Aqşin Fəxri oğlu – BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi

3. Qızıl və gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılsın.
4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi