• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Tibb Universitetinin yeni rektoru kollektivə təqdim olundu

Azərbaycan Tibb Universitetinin yeni rektorunun adı məlum olub. Modern.az saytının məlumatına görə, təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir.Ölkə başçısı İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Gəray Gəraybəylini Tibb Universitetinin kollektivinə təqdim edib.
Qeyd edək ki, Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışırdı.

Modern.az-ın məlumatına görə, Gəray Çingiz oğlu Gəraybəyli 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayından indiyə kimi Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində işləyib.
1995-ci ildə namizədlik dissertasiyasını, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə - dosent, 2012-ci ildə isə professor elmi adına layiq görülüb.
60 çox elmi əsərin, 1 tədris vəsaitin, 2 tədris-metodik tövsiyələrin, 3 metodik tövsiyələrin, 4 tətbiq edilmə aktların və 1 səmərələşdirmə təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda və konqresslərdə iştirak edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru idi.
moderntibb.blogspot.com
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi