• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Azərbaycan Tibb Universitetinin m zunu Çeçenistanin naziri oldu!!!

Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu olan Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.
moderntibb  report a istinadən bildirir ki, bu barədə o, öz "İnstagram" səhifəsində yazıb.

"Bu gün mən yeni səhiyyə naziri təyin etdim. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etdim. Mən bir neçə ilə əvvəl onu Moskvadan Qroznıya gəlməyə və Onkoloji Dispanserə rəhbərlik etməyə razı salmışdım", - deyə o bildirib.
Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib.
Bundan əvvəl Çeçenistanın səhiyyə naziri Musa Əhmədov olub.
Share:

Mahmudov Rəşid kimdir?


Mahmudov Rəşid Mahmud oğlu 1938-ci il noyabr ayının 28-də Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1945-ci ildə Qaraməmmədli kənd 7-illik kənd məktəbinədaxil olmuş, həmin məktəbin VII sinfini əla qiymətlərlə bitirmişdir. 1952-ci ildə Fizuli adına Böyük Qaramurad kənd orta məktəbinin VIII sinfinə daxil olmuş və 1955-ci ildə həmin məktəbin Х sinfini əla qiymətlərlə qurtarmışdır. Həmin ildə (1955) Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tələbəlik illərində elmə böyük maraq göstərmiş və 2 elmi məqaləsi çap olunmuşdur. Tələbə elmi cəmiyyəti xətti ilə elmi konfranslarda çıxışlar etmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirərək, Səhiyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilmişdir.
R.M.Mahmudovun səyi nəticəsində buradakı 15 çarpayılıq xəstəxana genişləndirilmiş, çarpayıların sayı artırılaraq 25-ə çatdarılmışdır. 1961-1963-cü illərdə Rəsullu kənd xəstəxanasında baş həkim işlədikdən sonra, elmə olan marağı onu elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna çəkib gətirdi (indiki Azərbaycan Tibb Universiteti). Burada normal fiziologiya kafedrasının aspirantı olmuş və 1966-cı ildə aspiranturanı bitirmişdir. 1966-cı ildən 1971-ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında müəllim (assistent) kimi çalışmışdır. 1971-ci ildə normal fiziologiya kafedrasında baş müəllim seçilmişdir. Hələ aspirant dövründə institutda fiziologiya fənnindən tələbələrə mühazirələr oxumuşdur. 1983-cü ildə elmi araşdırmalarını Moskva şəhərində kardioloji mərkəzdə aparmış və həmin ildə «Aterosklerozun yarananmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu» mğvzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1991 -ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda dosent seçilmişdir.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır. 50-dən çox elmi əsərin müəllifidir.
1985-ci ildə dünyanın ən aparıcı jurnalı olan «Cor et Vaza» (Ürək və damar) jurnalında 9 səhifədən ibarət elmi məqaləsi çap olunmuşdur.
R.M.Mahmudov Azərbaycan dilində nəşr olunan «Normal fiziologiya» adlə dərsliyin müəllfidir. Əsərləri Çexoslovakiyada, Moskvada, İsveçdə, Türkiyədə çap olunmuş və bir çox elmi konfranslarda çıxışlar etmişdir.
Mahmudov Rəşid in ozuylə musahibəmiz olacaq. ardı var.......
Share:

Barmağınızı ovun-nəticəsinə təəccüblənəcəksiniz!!!

Hamımızın ortaq şikayəti baş ağrısı,ya da bədənimizin müxtəlif bölgələrinin səbəbsiz olaraq birdən ağrımasıdır.Belə vəziyyətlərdə dərhal ağrı kəsici dərman qəbul edir, ya da həkimə müraciət edirik. Lakin bu ağrılardan refleksoloji üsul ilə 60 saniyədə xilas olmaq mümkün. Refleksoloji sadəcə olaraq bədənin hər orqan və bölgəsinin digər orqanlarımızla əlaqəli olması üzərinə qurulmuş bir sistemdir. Yəni barmağınıza basdığınız zaman o bölgə ilə əlaqəli digər organınızda olan ağrı kəsiləcək. Tək etməniz lazım olan hansı barmağın hansı orqan ilə əlaqəli olduğunu və buna görə nə etməli olduğunuzu öyrənməkdir.



Baş barmaq
Ürək və ağciyərlər ilə əlaqəlidir. Ürək ritminiz sürətləndiyi zamanlarda baş barmağınızı ovsanınız, ürək döyüntünüzün yavaşlamasına köməkçi olacaq.

İşarət barmağı
Bu barmaq bağırsaq və mədə ilə əlaqəlidir. Əgər qəbizlik və ya qarın ağrısı şikayətiniz varsa, işarə barmağınızı 60 saniyə ərzində ovalayın. Qarın ağrınızın azaldığını hiss edəcəksiniz.

Orta barmaq
Bu barmaq ürək, incə bağırsaq, qan dövranı və tənəffüs sistemi ilə əlaqəlidir. Əgər davamlı baş gicəllənməsi və yuxu halı yaşayırsınızsa, şikayətlərinizi keçməsi üçün orta barmağınızı ovalamaq kafi olacaq.

Üzük barmağı
Üzük barmağı əsəblərinizlə əlaqəlidir. Özünüzü depressiv hiss etdiyiniz zaman, üzük barmağınıza masaj edərək, özünüzü çox daha yaxşı hiss edəcəksiniz.

Kiçik barmaq
Baş, boyun və böyrək ilə əlaqəlidir. Yəni, nə zaman baş ağrısı, boyun ağrısı, ya da böyrəklərinizdə ağrı hiss edərsinizsə, kiçik barmağınıza masaj edərək özünüzü rahat hiss edə bilərsiniz.
Share:

Tibb Universitetinin yeni rektoru kollektivə təqdim olundu

Azərbaycan Tibb Universitetinin yeni rektorunun adı məlum olub. Modern.az saytının məlumatına görə, təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir.Ölkə başçısı İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Gəray Gəraybəylini Tibb Universitetinin kollektivinə təqdim edib.
Qeyd edək ki, Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışırdı.

Modern.az-ın məlumatına görə, Gəray Çingiz oğlu Gəraybəyli 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayından indiyə kimi Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində işləyib.
1995-ci ildə namizədlik dissertasiyasını, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə - dosent, 2012-ci ildə isə professor elmi adına layiq görülüb.
60 çox elmi əsərin, 1 tədris vəsaitin, 2 tədris-metodik tövsiyələrin, 3 metodik tövsiyələrin, 4 tətbiq edilmə aktların və 1 səmərələşdirmə təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda və konqresslərdə iştirak edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru idi.
moderntibb.blogspot.com
Share:

Böyrək Daşı Bitki mənşəli Müalicə

Tibb Universitetinin tələbəsi Nağızadə Cəlaləddin  məlumat toplayaraq Modern Tibb oxuculari ilə boluşərək bizim facebook səhifəmizə gondərmisdir. məqaləni sizlə bolusuruk
Ardıç Meyvələri (Taneleri): Ardıç dənələri böyrəkləri daha çox hərəkətə keçirər və böyrəklərdəki, sidik kisəsindəki və öd kisəsindəki bakteriyaları yox edər. Böbreklerindeki daşları, kristalleşmeyi və tullantıları bir araya gətirərək toplayan hər hansı birində eyni zamanda bakteriya və ehtimalla iltihab tapılar. Ardıç dənələri böyrək təmizləmə və böyrək daşları problemində qatqı təmin edə biləcək bir bitkidir.
Misir saçağının: Misir püskülünden edilən çay böyrək iltihablarına və daş quruluşçu sidik yolları xəstəliklərində istifadə olunur.
Limonad: Araşdırmalarda limon şirəsinin bəzi daşların meydana gəlməsini maneə törətdiyi müəyyən edilmişdir. Kaliforniya Üniversitesince edilən araşdırmaya görə limonatadaki sitrat böyrək daşına qarşı təsirli olmaqdadır. Buna görə maye ehtiyacının bir hissəsi limonad şəklində alına bilər.
Limon suyu kimi sitrik turşu baxımından zəngin olan içkilər böyrək qumu ya da böyrək daşının meydana gəlməsini önləyici təsir edirlər.
Limon suyu bəzi dərmanların sorulmasını artırabildiği üçün dərmanlarla eyni anda içilmemeli. Dərman içildikten 2 saat əvvəl ya da sonra limonadı içilməsi təklif edilir.
Ayı Üzümü bitkisi (UVA Ursi): Ayı üzümü bitkisi böyrəklərin zəhərini çölə atmaları və böyrəklərin fəaliyyətini sürətləndirməsi üçün təsirli olan bitkilərdən biridir. İstifadə edilən hissələr yarpaqları.
Kara Hindiba bitkisi Yaprağı: Bir çox təsirli bitki ilə birlikdə, Karahindiba da dünyanın çoxu ölkəsində məşhur bir yabanı ottur. Karahindiba yarpaqları böyrəkləri sürətli işlətməkdə mükəmməldir. Yarpaqları olgunlaşmalarının zirvəsindəykən istifadə edilir, çünki bu, Phyto-kimyəvilərin çoxunun yarpaqlarda olduğu zamandır.
Böyrək qumu bir araya gəldiklərində daş olacaq kiçik kristalların keçişinin. Böyrək daşı olanlar ya da böyrək daşı olmayan insanlar da müəyyən nisbətlərdə kristal tökərlər. Kristalların keçidi yoğunsa bəzən daş salma ağrısına səbəb ola bilərlər.
Rəfinə karbohidrat və heyvani zülal baxımından zəngin amma lif baxımından qeyri-kafi bir bəslənmənin kalsium oksalat adlı böyrək daşının meydana gəlməsində təsirinin olduğu ifadə edilir. Yenə B vitamini və maqnezium əskikliyi kalsium oksalata səbəb ola bilər.
Qara çay, qəhvə, şokolad, yer fındığı və ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər yüksək miqdarda oksalat ehtiva edərlər.

Böyrək daşları hər vaxt ağrıya gətirib açmazlar. Nadir olaraq da olsa sidik yollarını tıxayıb uzun müddət əlamət vermədən qala bilərlər. Tıxanmış olan kanallar üst sistemin iltihablanmasına, şişməsinə, böyrəyin sidik edə bilməyəcək vəziyyətə gəlməsinə yol aça bilərlər. Belə bir vəziyyət, böyrəyin alınmasına səbəb ola biləcəyi kimi həyatı təhdid edə biləcək qədər əhəmiyyətli nəticələrə də səbəb ola bilərlər.
Böyrək daşını əritmək üçün boranı həm çiy halda ,həm də bişmiş yeyilməli boranının suyu içilməlidir .Yaxşı olar ki boranı və ya balqabaq suyu çiy içilsin.
Fındıq qabığı qaynadın tökün bir qaba çöksün için suyun -findıq suyun 1 gündən artıq saxlamayın ikinci gün atılmalıdır ən az 1 stəkan gündə için hər dəfə yeni dəmləyin(hər gün)
İtburnu dəmləməsi için.Bir də ki bu sular böyrəyinizin qumun yumaqla yanaşı qum çıxdıqca sidik ifraz olunanda göynətmə verirsə demək qum tökülür.
moderntibb.blogspot.com
Share:

Azərbaycan Tibbinin tarixi...

Azərbaycanın Çalağantəpə məntəqəsində aparıılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atropatena vəQafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.
Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkçə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər. Yaşıllıq ilahəsi Öləng həkimlərin himayəçisi sayılırdı.
Ərəb istilasından sonra (VII-VIII əsrlər) Azərbaycanda İslam tibbi, yaxud yunan-ərəb təbabəti deyilən yeni tibb konsepsiyası yayılmağa başladı. Bu konsepsiya, əsasən,Hippokratın və Galenin nəzəriyyələrinə əsaslanırdı. Əbu Əli ibn Sina (980-1037) bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda, tibb sahəsində ən tanınmış alim sayılırdı. "Tibb qanunları" (Əl-qanun fi ət-tibb) əsərinin ən qədim nüsxələrindən biri (1143-cü ildə köçürülmüşdür) Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutundasaxlanılır. [1]
Orta əsrlər zamanı Azərbaycan alimləri tibb və əczaçılıq üzrə əsərlərini fars, ərəb və türk dillərində yaradırdılar. Əlyazma kitabları xəttatlar tərəfindən yaradılır, təbii dəri ilə cildlənir, dərman bitkilərinin, heyvanların, mineralların rəngarəng şəkilləri ilə bəzədilirdi.
XI əsrdə Şamaxının Məlhəm qəsəbəsində, müasir dillə desək, Akademiya yaxud Universitet yaradılmışdı. Məlhəm Mədrəsəsi kimi tanınan bu elm ocağının banisi görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin əmisi həkim Kafiyəddin Ömər idi. Bu mədrəsədə tibb, anatomiya, əczaçılıq elmləri ilə yanaşı riyaziyyat, məntiq, ilahiyyat və sair fənləri də öyrənirdilər.
XIV əsrin əvvəllərində Təbriz şəhərində "Darüş-Şəfa" (Şəfa Evi) adında bir mərkəz yaradılmışdı. Mərkəzin nəzdində mədrəsə, iri xəstəxana və əttar dükanı (aptek) vardı. O dövrdə Azərbaycanda Əbdülməcid Təbib, Nəmvar Təbrizi kimi alimlər və həkimlər fəaliyyət göstərirdi.
1311-ci ildə Azərbaycan alimi Yusif İsmail oğlu Xoyi "Bağdad Toplusu" adında kitab yazmışdı. Bağdad hökmdarının sifarişi ilə yazılmış bu kitabda bir neçə min təbii dərman vasitələri, dərman bitkiləri, minerallar, heyvan mənşəli dərmanlar, çoxmponentli dərmanlar haqqında bəhs olunur. Alim İbn Kəbir təxəllüsü ilə də tanınırdı.
XV əsrdə təkcə Cənubi Azərbaycanda 60-dan çox iri xəstəxana vardı. Onların ən möhtəşəmi Sultan Yaqub Ağqoyunlunun (1478-1490) Təbrizdəki "Yeddi Cənnət" sarayında yerləşirdi. Bu xəstəxanada eyni vaxtda minə yaxın adam müalicə oluna bilərdi. Həkimlər 900-ə yaxın dərman bitkisindən istifadə edirdi. Xəstəxananın nəzdində olan əttar dükanında (aptekdə) dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Hindistan və Çindən gətirilmiş dərman bitkiləri satılırdı.
XVII-XVIII əsrlərdə Murtuzaqulu Şamlu (cinsi xəstəliklər), Əbülqasım Marağayi (ümumi tibb), Həsən Rza oğlu Şirvani (əczaçılıq), Hacı Süleyman İrəvani (əczaçılıq) tibb və əczaçılıq üzrə bir sıra qiymətli əsərlər yaratdı. Onlar öz kutablarında 724 dörd növ dərman bitkisindən xəbər verirlər.
XVIII əsrdə, xanlıqların bir-biri ilə apardığı arasıkəsilməz müharibələr nəticəsində, bir çox xəstəxanalar, apteklər və tibb məktəbləri dağıdıldı. Elm, o cümlədən tibb elmi, dərin böhran keçirirdi.
XIX əsrin əvvəllərində Azərbaycanın şimal xanlıqları (Şivan, Bakı, Naxçıvan, Qarabağ, İrəvan, Quba, Taliş, Qarabağ, Şəki, Dərbənd və s.) Rusiya tərəfindən işğal olundu, cənubda olan xanlıqlar isə (Təbriz, Ərdəbil, Xoy və s.) İranın tam nəzarəti altına keçdi. O dövrdən bəri Şimali və Cənubi Azərbaycanda tibbin inkişafı müxtəlif istiqamətlərdə davam etdi. Rus hakimiyyəti dövründə bütün Cənubi Qafqazda rus əczaxanaları və xəctəxanaları açıldı. Buna baxmayaraq, 1920-ci ildə Sovet hakimiyyətinin qurulmasına qədər Şimali Azərbaycanda əttar dükanları deyilən ənənəvi Şərq aptekləri də mövcud idi. Cənubi Azərbaycanda isə, keçmişdə olduğu kimi, Şərq əczaxanaları və xəctəxanaları əksəriyyət təşkil edirdi.
1892-ci ildə Azərbaycan alimi Əbdülxaliq Axundov ölkəmizdə tibb tarixinin araşdırılmasının təməlini qoydu. O, Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən Alman dilinə tərcümə etdi.
1895-ci ildə Bakı Tibb Cəmiyyəti təsis edildi. Dr. Məmməd-Rza Vəkilov və Dr. Kərim bəy Mehmandarov cəmiyyətin təsisçilərindən idi.
1918-ci ildə Rus İmperiyasının süqütündan sonra Azərbaycanın müstəgilliyi bərpa edildi və Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Həmin dövrdə Dr. Rəfiyevin rəhbərlik etdiyi ilk Səhiyyə Nazirliyi təsis olundu, Bakıda, Gəncədə və başqa şəhərlərdə onlarca yeni klinika və xəstəxanalar açıldı.
1919-cu ildə tərkibində tibb fakültəsi də olan Bakı Dövlət Universiteti təsis edildi.
1920-ci ildə Azərbaycan Xalq Cuhuriyyəti XI Qızıl Ordunun zərbələrı altında süquta uğradı, ixtisasca həkim olan Dr. Nəriman Nərimanovun rəhbərliyi altında Sovet hakimiyyəti quruldu. Azərbaycan SSR-nin ilk səhiyyə komissarları (nazirləri) Dr. Ağahüseyn Kazımov (1920-1921) və Dr. Mir-Mövsüm Qədirli idi (1921-1935).
1930-cu ildə Azərbaycan Tibb İnstitutu təsis edilmişdir. Rektoru prof. Əziz Əliyev idi.
1920-1940-cı illərdə Azərbaycanda yüzlərlə yeni poliklinika, aptek və xəctəxana təsis edilmişdi. Akad. Mirəsədulla Mirqasımov, akad. Mustafa Topçubaşov, prof. Əlibəy Əlibəyov, prof. Kamil Balakişiyev və başqa həkim və alimlər dünya şöhrəti qazandı.
1918-2005-ci illərdə Azərbaycanda A.Rüstəmovun, M.Əfəndiyevin, F.Ələkbərlinin (F.Ələkbərovun), M.Abdullayevin, C. Təqdisinin, N.Göyüşovun və başqalarının tibb elminin tarixi üzrə bir sıra kitab və məqalə nəşr edilmişdi.
2004-cü ildə Azərbaycan Tibb Tarixçiləri Birliyi (ATTB) təsis edildi və Dr. Fərid Ələkbərli onun ilk prezidenti seçildi.
2005-ci ildə Azərbaycan Tibb Tarixçiləri Birliyi (ATTB) iqamətgahı Parisdə yerləşən Beynəlxalq Tibb Tarixi Cəmiyyətinə (BTTC) üzv-təşkilat qəbul olundu. Dr. Fərid Ələkbərli bu beynəlxalq qurumda Azərbaycanın təmsilçisi və BTTC-nin idarə heyətinin üzvü seçildi.
2005-ci ildə YUNESKO Bakının Əlyazmalar İnstitutunda mühafizə olunan üç orta əsr tibb əlyazmasını Dünya Yaddaşı Proqramının siyahısına daxil etdi. Bu siyahıda dünyanın ən qiymətli və əvəzolunmaz yazılı abidələri toplanmışdır. Layihənin təşəbbüskarı YUNESKO-nun Azərbaycandakı sabiq təmsilçisi Ramiz Abutalıbov, onun bilavasitə həyata keçirəni isə Dr. Fərid Ələkbərli idi.
1-2 fevral 2005-ci ildə Bakıda ATTB-nin "Azərbaycanda Tibb Elminin Tarixi Problemlərı" I Respublika Konfransı keçirildi.
12-14 iyun 2006 ildə Bakıda "Orta Əsr Əlyazmalarında Ənənəvi Tibb və Əczaçılıq" Birinci Beynəlxalq Konfrans keçirildi.
Azərbaycanda dərman vəsaitərindən istifadə olunma tarixi çox qədimdən başlanır. Dərman bitkilərindən istifadə etmək, onların yenilərini aşkar etmək uzun müddət fırıldaq əqidəlilərin təsiri altında idi. Buna baxmayaraq, yeni dərman vəsaitləri axtarılırdı. Ərəblərin hökm sürdüyü vaxtlar bütün ərəb xəlifətinin ərazisində, o cümlədən də Azərbaycanda mədəniyyət, elm, təbabət qəbul olunmuşdu.
Bu dövrdə Azərbaycanda xəstəxanaların, əczaxanaların, tibb mədrəsəsinin açilmiş əlamətdar hadisə oldu. O vaxtlar tapılmış əlyazmalardan mə’lum olur ki, Azərbaycandadərman hazırlanmaqla məşğul olanlar çoxdan mövcüddür və bu adamlar attar adlanır. Attarlar dərman bitkilərin yığıb, qurudub saxlanması və müəyyən vaxtdan sonra onun satışı ilə məşğul olan insanlardır.
Attarların və həkimlərin saxlanılmış əlyazmalarından mə’lum olur ki, Azərbaycanda xalq təbabətində müxtəlif dərman bitkilərindən, çiçəklərndən, müxtəlif bitkilərin kökündən, toxumundan geniş istifadə olunurdu.
Azərbaycan həkimi Ömər Osmanın (X əsrin axrı) ürəyi xəstə olan insanlar üçün pəhriz rejimi çox diqqətəlayiqdir. O, öz xəstələrinə şirin pəhriz: balşərbətbəkməz, şirin çaxırtə’yin edərdi. Böyrək xəstəliyində isə balqabaqdan, balla yerkökündən istifadə edərdi.
XI və XII əsrlərdə Azərbaycanda elmin və mədəniyyətin inkişafında böyük əməkləri olan bir sıra alimlər, şairlər, filosoflar və həkimlər zahir oldular. Bunların içində görkəmli xəxsiyyət azərbaycan şairi Nizami Gəncəvi də var idi. Hərtərəfli biliyə malik olan Nizaminin "Xəmsə"-sində dərmanlar barəsində yazılar görürük. "İskəndərnamə"də isə Nizami yazır: "Baş ağrısı üçün mütlək ğızılgül suyu (gülab) vacibdir."
Gülab ilk dəfə Şiraz şəhərində müalicə usulu kimi şərğ xalqları tərəfindən istifadə olunmuşdur.

Azərbaycanda xalq təbabətinin istiqamətləri[redaktə | əsas redaktə]

Azərbaycanda və həmsərhəd şərq ölkələrində təbabətin özünəməxsusluğu var idi. Azərbaycanda xalq təbabətinin inkişafı iki istiqamətdə gedirdi. Şəhərlərdə və sərhədyanı rayonlarda özlərinkindən əlavə qonşu ölkələrin dərmanlarından da istifadə olunurdu. Bu şəhərlərdə və rayonlarda tibb mütəxəssisləri yaşayırdılar. Onlar ərəb resept kitabı "Karabaddini"dən istifadə edirdilər. Attarlar isə dərman bitkilərin və həkimlərin reseptinə əsasən hazırladıqları dərmanları satmaqla məşğul olurdular. El arasında Attarlara nüsxəbənd (nüsxə – resept) də deyirdilər. O vaxtlar ən çox istifadə olunan dərman bitkilərindən: zəfaranı, anis almasını, xardalı, narı, badamı, qara bibəri, darçını, zənçəfili, kafuru, hili, narıncı və başqalarını misal gətirmək olar.
Hətta lalədən opium hazırlamaq da məlum idi.
Ancaq bununla şəhərlərdən uzaq, dağ yerlərindən məşğul olurdular. Bu yerlərdə həkimlərin olmadığına görə, yalnız ətraf ərazilərdə bitən dərman bitkilərindən istifadə olunurdu. Ancaq ərəb elminin VIII əsrdə XII əsrə qədər çiçəklənməsi, tərəqqisi və xəlifətin ayrı-ayrı ölkələrə parçalanması vəziyyəti dəyişdi. Sonrakı əsrlər (XIII – XVIII) Azərbaycan və bütün Zaqafqaziya Çinqizxanın, Cələləddinin, Tamerlanın, Osmanlı Türklərinin, Farsların və başqalarının basqınları nəticəsində qanlı meydana çövrüldü.
Azərbaycanda həmin vaxt dərman ləvazimatları yenə də həkimlərin və attarların əlində idi və çətinlikləs inkişaf edirdi. Tarixçi Rəşidəddin qeyd edərdi ki, həmin dövrdə həkimlər və attarlar əvvəlki qədar bilikli və savadlı deyildilər.
Buna baxmayaraq, Azərbaycan xalq təbabəti inkişaf edirdi və bunun sayəsində millətçə azərbaycanlı olan bir sıra görkəmli həkimlər ön plana çıxdılar. Ərəb, fars və azərbaycan dillərində təbabət haqqında kitablar yazıldı. Bu baxımdan Məhəmməd Bərgüşadın yazdığı "Tibbi Nambevi" kitabı azərbaycan dilində yazılmış ilk kitab idi. Dahi, mütəfəkkir Fizulinin XVI-cı əsrdə azərbaycan xalqının fəlsəfi, elmi və təbabətdən yazdığı kitablar böyük bir hadisə idi.
Füzulinin yazıları böyük elmi sualları əhatə edirdi. Təbiiyyat və tibb elmləri Fizulini dərindən maraqlandırırdılar. Onun "Təbiətlə söhbət", "Sağlamlıq və xəstəlik" yazılarını qeyd etmək olar. Fizuli "Təbiətlə söhbət" kitabında öz doğma yurdunun təbiətinin gözəlliyindən yazır.
Həkim Məhəmməd Yusif Şirvanin XVIII–ci əsrdə yazdığı "Tibbinamə" kitabı çox böyük maraqa səbəb olmuşdur. O, həmçinin "Şərq dərmanlarının lüğəti" kitabını azərbaycan dilində yazmışdır. "Əhatə mühitin müalicənin gedişində rolu" və "Zəhərləri kənar etmə üsulları və zəhərlənmədən müalicə məlumatları" kitabları da ona məxsusdur.
1829-cu ildə Məhəmməd Əli Pişəvarinın fars dilində yazdığı "Məcmaül-Cəvəmi" kitabda da tibbadən və dərmanlardan bəhs edən vacib kitablardandır.
Səid Məhəmməd Hüseyn xanın 1830-cu ildə yazdığı "Böyük Karabəddin" kitabı bütün İslam Şərqində məşhurdur. Bir çox xəstəliklərin müalicəsi üçün cürbəcür dərmanlar göstərilir. Ancaq o dövrdə kimyabiokimyabiologiya elmlərinin aşağı səviyyədə olduğuna görə bir çox xəstəliklərlə mübarizədə çətinlik çəkilirdi.
Bu baxımdan Azərbaycanda dərmanların, ümumiyyətlə tibb elminin inkişafında Rusiyanın böyük təsiri olmüşdur.
mənbə wikipediya

Share:

Uşaqlarda suçiçəyi xəstəliyi


Suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində, daha sonra isə bütün bədəndə görünməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa, onların yerində çapıqlar qalacaq. Suçiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl brilyant abısı ilə rəngləmək, dəri səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək məsləhətdir.
Suçiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.
Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpki əmələ gəlir. Səpki ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlir.
Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.
Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşagın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət olunur. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşıca qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır.
Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.
Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla ("marqantsovka") su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yağı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.
Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir.
Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır.
Hal-hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.
Share:

Viruslardan qorunun-- mütləq oxu!!!!

Tibb Universitetinin tələbəsi Əliyev İmambaxis haqqinda.az ve digə saytdardan məlumat toplayaraq Modern Tibb oxuculari ilə boluşərək bizim facebook səhifəmizə gondərmisdir. məqaləni sizlə bolusuruk.Bu başlıq altında toplanan xestelikler (CUBH) iki insan arasında ibaret olan cinsi xüsusiyyetli yaxın temasla bulaşan mikrobik(bakteriya, virus, parazitlere bağlı) xesteliklerdir. Evveller zöhrevi xestelikler olaraq xatırlanan bu xesteliklerin bir qisimi yalızca genital bölgede görüntülere sebeb olarken (qadında vaginal axıntı, kişide üretradan axıntı, her iki cinsde genital bölgede xora kimi), diger bir qisimi bütün bedeni tesir eden ümumi görüntülere sebeb olarlar (sifilis, hepatit B ve AIDS kimi). Bu xesteliklerin bir qisimi üçün en ehemiyyetli bulaşma yolu iki insanın cinsi xüsusiyyetli yaxın teması iken (genital ziyil, herpes simpleks, vaginit kimi), diger bir qisim xestelikler cinsi yolla bulaşmağa elave olaraq qan yoluyla (AIDS ve hepatit B? nin virusu daşıyan qanın neql edilmesiyle bulaşması kimi, anadan körpesine hele doğulmadan sifilis bulaşması kimi) ve cinsi elaqe xaricindeki yaxın temasla da bulaşa bilmekdedir (anadan körpesine doğum esnasında ya da doğum sonrasında emizdirme ve baxım esnasında bulaşan genital ziyil, herpes simpleks ve hepatit B kimi, aile içinde gündelik heyat şertlerinin paylaşılması neticesi bulaşan hepatit B kimi). Bu qrupdakı xesteliklerin bulaşması üçün heteroseksual elaqe (qadın-kişi cinsi elaqesi) şert olmadığı kimi, bulaşma üçün gerçek cinsi elaqe olmadan infeksiyası daşıyan birinin genital bölgesiyle yaxın temas bele xesteliye yoluxmaq üçün kafi ola bilmekdedir (genital ziyil kimi). Cinsi yolla bulaşan xestelikler bütün diger yoluxucu xestelikler kimi deyilmesi zeruri xestelikler qrupunda iştirak ederler. Bu xesteliklerin çoxu üçün cinsi elaqe xaricinde de müxtelif bulaşma yolları mövcuddur. Buna göre bu xesteliklerden birine tutulan adamın partnerini, ya da partnerin xesteliye tutulan adamı sedaqetsizlikle ittiham etmesi haqsızlıq ola biler. CYBH- larda görülen işareler başqa xesteliklerde de görüle biler ve yalnız diaqnoz qoyulmadan qarşı terefi günahlandırmaq menasızdır. Cinsi yolla bulaşan bir xesteliyi olan adamın elaqede olduğu keslere veziyyeti bildirmesi ve bu keslerin de diaqnozdan keçmeleri üçün xeberdarlıq etmesi; müalice bitene qeder, hekimin teyin etdiyi müddet içerisinde heç bir cinsi fealiyyetde olmaması ya da hekimin icazesiyle prezervativ qoruyuculuğu altında elaqede olması partnerine ve cemiyyete qarşı en ehemiyyetli mesuliyyetidir. Prezervativsiz elaqeye girmeyin..
moderntibb.blogspot.com
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi