• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Bişməcə

Bişməcə - tər ifrazının artması və tərin dəri səthindən buxarlanmasının zəifləməsi nəticəsində yaranan dəri qıcıqlanmasıdır. Bişməcə istənilən yaşlı insanlarda yarana bilir, lakin daha çox körpələrdə və yaşlı insanlarda rast gəlinir. Həddən artıq tərləmə, əksərən isti və rütubətli hava ilə əlaqədar olur. Xəstəliyin histoloji şəkli tər vəzilərinin axacaqlarının keratin tıxaclarla tutulması, axacaqların genişlənməsi və ətrafında iltihabi infiltratın yaranması ilə xarakterizə olunur. Bişməcə özünü dərinin bağlı hissələrində yaranan xırda, qruplaşmış, içi şəffaf maye ilə dolu qovuqcuqların yaranması ilə biruzə verir. Uşaqlarda sağrı və kürək nahiyəsində, boyunda, qoltuq və sağrıarası büküşlərdə, böyüklərdə isə süd vəzilərin altında, qasıq və qoltuq büküşlərində lokalizasiya olunur.
 
Kristallik bişməcə zamanı zahirən dəyişilməmiş dəri üzərində qəflətən çoxlu miqdarda diametri 1-2 mm olan qovuqcuqlar əmələ gəlir. Bir neçə gündən sonra qovuqcuqlar partlayır, quruyur və azca qabıqlanmaya səbəb olur. Qırmızı bişməcəzamanı isə dəridə sıx yerləşən, qaşınan, bir-biri ilə birləşməyən və ətrafında iltihabi halqa olan qovuqlu düyüncüklər əmələ gəlir. İkincili infeksiya qoşulduqda qovuqcuqların içərisinə irin toplanır və onlar ağımtıl-sarı rəngli pustulalara çevrilir. Bişməcənin bu növü ağ və ya sarı bişməcə adlanır.
 
Fitoterapiya
Yatıqqanqal dəmləməsi
- 2 xörək qaşığı yatıqqanqal otu 500 ml qaynar suda dəmlənir, bir qədər soyudulur və süzülür. İlıq dəmləmə ilə dərinin zədəli nahiyələri yuyulur.
- 2 xörək qaşığı aptek çobanyastığı çiçəkləri 500 ml qaynar suda dəmlənir, bir qədər soyudulur və süzülür. İlıq dəmləmə ilə dərinin zədəli nahiyələri yuyulur.
- 3 xörək qaşığı dazı otu, 1 xörək qaşığı bənövşə çiçəkləri və 2 xörək qaşığı göyçiçək çiçəkləri qarışdırılır. Yığıntıdan 1 xörək qaşığı 200 ml qaynar suda 1 sutka ərzində dəmlənir. Süzüldükdən sonra dərinin zədəli nahiyələri dəmləmə ilə silinir
Profilaktika

Körpələrdə bişməcələrin yaranmasının qarşısını almaq üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır:
- Uşağın otağında hərarət 20-220C-dən çox olmamalıdır.
- Körpəni çox qalın geyindirməyin. Bir qalın köynəkdənsə, iki nazik köynək geyindirmək, lazım olduqda isə birini çıxarmaq məsləhətdir.
- Uşağın paltarları təbii parçalardan hazırlanmalıdır ki, havanı normal keçirsin və dəridə qazlar mübadiləsini pozmasın.
- Dərinin təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. İlk yarım ildə körpələri hər gün, sonrakı vaxtlarda isə bir gündən bir çimizdirmək olar. İsti aylarda bu proseduru hətta gündə 2-3 dəfə aparmaq olar.
Qeyd edim ki, körpəni hər dəfə sabunlamağa ehtiyac yoxdur. Çimizdirdikdən sonra dəri mütləq tam qurulanmalıdır. Yalnız bundan sonra dəri hər hansı vasitə ilə silinə bilər. İstənilən vasitə dəriyə nazik qatla çəkilməlidir.
fitoterapevt.az 
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi