• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Böyrək sancısı haqqında.

Böyrək  xəstəlikləri  zamanı  müşahidə olunan  beldə kəskin ağrılardır.
Etiologiyası: Patogenezi:  Böyrək   sancılarının  ən  çoxu  böyrək  daşı , hidronefroz,nefroptoz  zamanı   ortaya  çıxır  ki,  bu  hallarda yuxarı sidik  yollarında  urodinamika  pozulur.   Sidik  yolunun  qan  laxtası, böyrək  tuperkulyozu  zamanı   kazeoz   kütlə  ilə tutulması, poliksitoz  və digər böyrək  və  sidik  yollarının   patologiyaları  zamanı  böyrək   sancıları  müşahidə  oluma  bilər . Simptomokompleksin   inkişafında aparıcı  rol  sidik yollarının  spazmı  işemiyası, böyrəyin   fibroz kapsilun   gərilməsi,refluksa  məxsusdur.
Simptomlar: Tutmala  gözlənilmədən  bel nahiyyəsində   güclü  ağrılarla  başlanır, lakin  bəzən  böyrək nahiyyəsində  artan  diskamfortdan sonra  başlanır. Yerimək  qaçmaq , motosklet  sürmək , ağırlıq  qaldırma  tutmalara  təkan  versə də  , sakit  halda da başlaya  bilər. Ağrının  intensivliyi  sürətlə  yüksəlir, xəstə sanki  kəsilirmiş  kimi  ağrı hiss edir, əli ilə  böyrünü   tutur. Ağrı bel nahiyyəsində cox  olur sonra  sidik yolu  boyunca  aşağı  düşür,qasıq  nahiyyəsində  ,cinsi orqana  irradiyasiya edir. Sidiyin   müayinəsi zamanı eritrositlər, kiçik  konsentrasiyada  zülallar  bəzən  konkrementlər  duzlar  qan laxtası aşkar olunur. Bəzən  böyrək daşı  xəstəlik  zamanı   böyrək  sancıları qanda  müşahidə olumur, ” kəskin qarın ” mənzərəsi yaranır xolessistit, apendisit, bağırsaq  keçirilməzliyi, pankreatitlə diferensasiya  asan olunur çünki, ağrılar  qarına irridiasiya  etməklə  həm də bulantı  və qusma tez-tez  müşahidə  olunur. Əgər böyrək daşı kiçikdirsə  sidik  yolunun aşağı   şöbələrində  yerləşibsə   və ya  böyrək sancısı  qumun axması  ilə  əlaqədardırsa, bu halda tez-tez  və ağrıllı  sidik buraxma  müşahidə olunur. Tutmalar  titrəmə, hərarətin   yüksəlməsi, taxikardiya, leykositoz  EÇS yüksəlməsi ilə   müayət   oluna  bilər. Tez keçib  gedə  və ya saatlarla  davam  edə  bilər.
Böyrək  sancısı  diaqnozu  ağrının  lokal iradiyasiya  xarakterinə    palpasiya  zamanı  ağrın   güclənməsinə   sidikdə   dəyişiliklərə, xromosistoskopiya,uroqrafiya  əsasən   qoyulur. Böyrək daşı  və hidronefroz  zamanı  ağrı  həm  gündüz, həm  gecə ,xəstə istənilən  böyrəyi  üstə  yatmır  , nefroptoz  zamanı   çox  zaman  gündüz ( xəstə  ağrıyan  böyrü  üstə yatır )  müşahidə  olunur. Xromisistoskopiya  zamanı  ağrı  tutmalar  halında  indiqokarmin  xəstə  tərəfindən  xaric  olmur  və ya gecikmir. Venadaxili  uriografiya  böyrək   sancısı  diaqnozu və onunla  qarın  boşluğu orqanlarına  cərrahi    xəstəlik  diffuz diaqnostika üçün  daha əhəmiyyətli  metoddur.  Bu  metod nefrolitiaz  zamanı  daşı sidik yollarının  dəyişkənliyi ,hidronefrozda   böyrək   ləyəni  və   kasaların   genişlənməsi, nefroptozda  böyrəyin   yerin  dəyişməsi  və sidik kisəsinin  əyriliyi aşkar  etməyə imkan verir.
Müalicə: Spazmolitik, ağrı kəsici preparatlar, və digər  preparatlarla  tətbiq  olunur.

Qeyd: Bu məqalə yalnız ümumi məlumat vermək məqsədi daşıyır. Yazılanlar həkim məsləhəti yaxud tibbi diaqnoz deyil.





Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi