• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Cəlilzadə Əziz Istinad verərək quru dəri haqda

Quru deri
Cavan qadınlarda quru dəri zərif, elastik və yaxşı dartılmış şəkildə olur. Dəridəki məsamələr bağlı olaraq nəzərə çarpmır, səthində praktiki olaraq sızanaq və civzələrə rast gəlinmir. Yağlı dərisi olanlar onları “bəxtəvər!” deyə adlandıra bilər. Ancaq hər şey heç de belə sadə deyil. Quru dəriyə daim olaraq düzgün qulluq etmədikdə o, tez bir zamanda qocalaraq qırışlarla örtülə bilər. Dərinin quru olmasının səbəbi piy vəziləri tərəfindən kifayət qədər piyin ifraz olunmamasıdır. Bu piy dərini qurumaqdan qoruyur, elastikliyini saxlayır və nəticədə qocalmaqdan qoruyur.
Dərinin quruluğu irsi xarakterli, düzgün olmayaraq tutulan pəhrizdən, dəriyə heç qulluq edilməməsi və ya səhv qulluq edilməsi, yaşa uyğun dəyişikliklər və s. səbəblərdən ola bilər.
Bir çox hallarda dərinin quruluğu bəzi xəstəliklər (sinir, mədə-bağırsaq, endokrin sistemləri), vitamin çatışmazlıqları və digər səbəblər nəticəsində baş verir. Ona görə də əgər əvvəllər normal və ya yağlı olan dərinizin birdən-birə quru olmasını müşahidə etsəniz, ilk növbədə həkimə müraciət edin. Bu halda aşkar oluna biləcək əsas xəstəlikdən müalicə olunduqdan sonra öz dərinizin vəziyyətini də yaxşılaşdıra bilərsiniz.
Əlbəttə ki, əgər dərinizin quru olması sizə irsən verilmişdirsə, siz onu heç cür yağlı edə bilməzsiniz. Ancaq daimi, səliqəli və diqqətli qulluq edilməsi nəticəsində sizin dəriniz uzun müddət ərzində cavan və sağlam qala bilər. Belə qulluq edilməsini digər dəri tiplərində olduğu kimi, 17-18 yaşından gec olmamaqla başlamaq lazımdır.
Quru dəri çox zərif olur. Belə ki, o özünə kifayət qədər qulluq edilməməsi kimi, həddən artıq dərəcədə aktiv qulluq edilməsinə də pis reaksiya verə bilər. Ona görə də onu xeyli sayda qulluq vasitələri ilə “yormaq” da olmaz.
Quru dəri üçün süd, kərə yağı, balıq yağı, yumurta sarısı, qara ciyər, kök, yaşıl soğan, kahı, ispanaq, pomidor və s. məhsullar çox xeyirli hesab edilir. Dərisi quru olan insanlara gün ərzində 1,5 – 2 l maye qəbul etmək lazımdır.
Quru dərini yay aylarında sərin, qış aylarında isə otaq temperaturunda olmaqla, ancaq içməli və ya mineral su ilə, ən pis halda isə qaynadılmış su ilə təmizləmək lazımdır. Soyuq, isti və cod su quru dəri üçün mütləq əks göstəriş hesab edilir! Quru dəriyə qulluq edilməsi zamanı sabundan da istifadə etmək olmaz.
Quru dərini təmizləyərkən məhz bu tip dəri üçün nəzərdə tutulmuş təmizləyici vasitələrdən (“penka” və s.) istifadə etmək lazımdır. Bu vasitələr, demək olar, köpüklənmirlər və onlardan istifadə edildikdən sonra üzün dərisinin dartılması hissiyyatı baş vermir. Qıcıqlanmaya və qızarmağa meylli olan dərilər üçün isə xüsusi preparatlar hazırlanmışdır ki, onlar dərini təmizləməkdən savayı, onun qızarmasını və qıcıqlanmasını da aradan götürə bilir.
Dərinizi təmizlədikdən sonra onu tərkibində spirt olmayan toniklə silin və üzərinə yüngül gündüz kremi çəkin. Nazik qatla dəriyə çəkdikdən 20 dəqiqə sonra kremin qalıqları dəridən yumşaq nəm salfet ilə silinməlidir.
Mövsümündən asılı olmayaraq günəşli havada çölə çıxdıqda üzünüzə tərkibində xüsusi filtrləri olan günəşdənqoruyucu krem çəkin.
Quru dəri qıcıqlanmağa çox meylli olduğu üçün istənilən kremi, maskanı tətbiq etməmişdən qabaq, sınaq məqsədi ilə, qulağın arxa tərəfi və ya dirsək büküşünün az bir sahəsinə həmin vasitədən sürtmək lazımdır. Sonrakı 1-2 saat ərzində dəridə qızartı, qaşınma, yandırma hissiyyatı olmazsa, həmin krem və ya maskanı işlətmək olar.
Axşamlar quru dərini bu tip dəri üçün nəzərdə tutulmuş tərkibində sakitləşdirici və qidalandırıcı maddələr olan kosmetik süd ilə təmizləmək olar. Quru və həssas dəri üçün nəzərdə tutulmuş təmizləyici krem və yağlardan da istifadə etmək olar. Kosmetik südün qalıqlarını nəm tamponla yaxşı sildikdən sonra, dəriyə quru dəri üçün nəzərdə tutulmuş gecə kremi çəkmək lazımdır. Səhər və axşam göz qapaqları dərisinə və dodaqlara da məhz onlar üçün nəzərdə tutulan xüsusi kremlər çəkmək tövsiyə olunur.
Sizin dəriniz yuyulmaq üçün nəzərdə tutulan istənilən kosmetik vasitələrə pis reaksiya verərsa, onu kefir, xama, asidofilin, qatıq və s. ağartılardan biri ilə təmizləmək olar. Bu məhsullardan birini bolluca dərinizə sürtün, daha sonra onu içməli və ya mineral su ilə yuyun.
Bəzi hallarda çox quru və həssas dəri, ümumiyyətlə, su ilə yuyulmasına çox pis “cavab verir” – dəri həddən artıq dartılır, qabıq verir. Bu halda belə dəri bir qədər qızdırılmış rafinəedilmiş günəbaxan və ya zeytun yağında, maye şəkilli kremdə və ya tərkibində spirt olmayan və quru dəri üçün nəzərdə tutulan tualet suyunda isladılmış tampon ilə təmizlənir. Müəyyən müddət keçdikdən sonra yağ və ya krem qalıqları yumşaq kağız salfet ilə silinir.
Quru və həssas dərinin təmizlənməsi üçün ev şəraitində hazırlanmış yumşaq lasyonlardan da istifadə etmək olar:
- 2 xörək qaşığı qızıl gül, jasmin, çobanyastığı, cökə ləçəkləri qarışığına 200 ml qaynar su əlavə edilir. 1 saat saxladıqdan sonra alınan dəmləmə süzğəcdən keçirilir. Təmiz pambıq diski bu mayenin içində islatmaqla, dərinizi tədricən, masaj xəttləri üzrə təmizləyin. Alınan lasyon eyni miqdarda süd ilə də qarışdırıla bilər.
- 2 xörək qaşığı yulaf yarması (“herkules”) üzərinə 1 litr qaynar su əlavə edilərək dəmlənir və soyuduqdan sonra tənzifdən süzülür. Alınan dəmləmə quru dərini təmizləmək üçün istifadə olunur.
- 1 çay qaşığı nişastanı (kraxmal) 1litr su ilə dəmlədikdən sonra onunla üzün dərisini yumaq məsləhət görülür.
Quru dəriyə çox nadir hallarda skrablanma tələb oluna bilər. Bu tələbat yarandıqda isə məhz quru dəri üçün nəzərdə tutulan və tərkibində kobud hissəciklər (onlar dərini zədələyə bilər) olmayan xüsusi skrablardan istifadə etmək lazımdır. Quru dərilər üçün dəridəki ölü hüceyrələri zərif şəkildə əridə bilən xüsusi yumşaq vasitələrdən – qommajlardan – istifadə etmək daha məqsədəuyğun hesab edilir.
Vaxtaşırı quru dərini də kosmetik salonda dərin təmizləmək lazımdır. Belə dəri üçün, adətən, ən zərif və qoruyucu üsuldan istifadə olunur.
Quru dəri üçün istənilən xarici təsirlər təhlükəli hesab edilir. Ona görə də belə dərini maksimal şəkildə qorumaq tövsiyə edilir. İstənilən su proseduralardan (vannada, duş altında, hamamda, dənizdə çimərkən və s.) qabaq üzün dərisinə məhz quru dəri üçün nəzərdə tutulmuş krem, bitki yağı və ya xama çəkmək, proseduradan sonra isə yağlı nəmləndirici krem və ya maskadan (qidalandırıcı və ya nəmləndirici) istifadə etmək məsləhət görülür. Quru dərisi olan insanlara sauna və xlorlaşdırılmış suyu olan hovuzlara getməkdən çəkinmək lazımdır.
Qış aylarında, küləkli və şaxtalı günlərdə çölə çıxmamışdan qabaq üzün dərisinə yağlı qidalandırıcı krem çəkmək tövsiyə edilir. Qış aylarında çölə çıxmamışdan qabaq dəriyə duru və nəmləndirici kremlər və lasyonlar çəkmək olmaz!
Quru dəri üçün günəş şüaları zərərli hesab edilir. Buna görə də günəşli günlərdə çölə çıxmamışdan qabaq dərinizə mütləq günəşdənqoruyucu krem sürtmək lazımdır. Dərisi quru olanların günəş altında dərilərinin qaraldılması ancaq səhər saatlarında (11-ə qədər) olmalıdır. Qabaqcadan üz dərisinə günəşdən qoruyucu krem sürtmək lazımdır.
Otaqların mərkəzi qızdırıcı sistemlər və ya kondisionerlə qızdırılması otaqdakı havanın qurudulmasına səbəb olduğu üçün, quru dərisi olanlar üçün çox zərərli hesab edilir. Otaqdakı havanın nəmliyini normada saxlamaq üçün xüsusi nəmləndirici cihazlardan və ya otaqda saxlanan bitkilərdən istifadə etmək olar. Dərinizi qurumadan qorumaq üçün gün ərzində üzünüzə pulverizator vasitəsi ilə mineral su və ya xüsusi termal su çiləmək də olar.
Quru dərisi olanlara siqaret çəkilməsi və spirtli içkilərin qəbul edilməsi kəskin əks-göstəriş hesab edilir. Onlar dərinin daha artıq dərəcədə qurumasına səbəb olurlar.
Quru dəriyə həftədə 2-3 dəfə qidalandırıcı və nəmləndirici maskalar etmək məsləhət görülür.
Share:

Xərçəngin səbəbləri!

Xerçeng - Xerçengin yaranma sebebleri nedir?

Böyük Britaniya tarixində xərçəng üzrə aparılan ən miqyaslı araşdırma göstərir ki, xəstələrin 40 faizində aşkar olunmuş xərçəng alkoqol, siqaret çəkmə və qeyri-düzgün qidalanma ilə bağlıdır. Birləşmiş Krallıqda hər il xərçəng diaqnozu 130 min adama qoyulur. Araşdırma 1993-cü ildən 2007-ci ilədək toplanan məlumatlara əsaslanır. Onkoloji problemlər üzrə Cancer Research UK təşkilatının statistikasına istinadən əsas risk amilini siqaret təşkil edir. Siqaretə aludəçilik 23% kişi və 15,6% qadında xərçəngin başlanmasına səbəb olur, deyilir yeni tədqiqatda. İkinci riski rasionda meyvə-tərəvəzin çatışmazlığı təşkil edir. «Bir çoxları xərçəngin genlə ötürülməsini düşünərək bu xəstəliyə tutulmanı bəxtin gətirmədiyi kimi görürlər»,-tədqiqatçı Max Parkin deyib. Onun sözlərinə görə, əldə edilən məlumatlara nəzər salınsa xəstələrin 40 faizində xərçəngin həyat tərzi ilə bağlı olduğu ortaya çıxır. Araşdırma müəllifləri xərçəngə tutulmamaq üçün kişilərə daha çox meyvə-tərəvəz yeməklə yanaşı içkinin azaldılmasını, qadınlara isə çəki problemlərinə diqqət verməyi məsləhət görürlər. Onkoloqlar xərçəng xəstəliyinə səbəb olan 14 amili qeyd edirlər.Onların hamısı ekologiya və həyat tərzi ilə əlaqəlidir.
Kişilərdə xərçəng əsasən meyvə-tərəvəzin rasionda çatışmazlığı(6.1%), peşə fəaliyyəti (4.9%), spirtli içkilər (4.6%), artıq çəki (4.1%), uzun müddət günəş altında qalmaq və ultrabənövşəyi şüaların təsiri (3.3%) nəticəsində yaranır.
Qadınlarda xərçəngə təkan verən artıq çəki və piylənmə (96.9%), infeksiyalar(3.7%), günəş altında uzunmüddətli qalma (3.6%), rasionda meyvə-tərəvəzin çatışmazlığı (3.6%) və alkoqlol (3.3%) amilidir. 100 xəstədən 25-i xəstəliyə ekoloji baxımdan qeyri-sağlam mühitdə işlədiyi üçün tutulur. Döş xərçənginin 10 faizi isə artıq çəki və ya piylənmə ilə əlaqəlidir, deyilir yeni araşdırmada.
Bəzi xərçəng növlərinə ayrıca təkan verən amil yoxdur və o, daha çox ümumi həyat tərzi ilə bağlıdır.
Share:

Siqaret bizə ziyanı!

Siqaretin ziyanlari
siqaret çəkmək – ən çox yayılmış vərdişdir ki, insan orqanizminə böyük zərər gətirir və gələcək fəaliyyətinə maneə törədir. Siqaretdən sağlamlıq naminə imtina edilməlidir.
Bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur. Lakin ziyanın nə qədər böyük olduğunu insan dərk etməsə siqaretdən imtina edə bilməyəcək. Sizlərə siqaretin verdiyi ziyandan söz açırıq.
Siqaret sağlamlığa ziyandır. Hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən beş million insan dünyasını dəyişir!
Siqaret arteriyaları tutur və ürək xəstəliklərinə gətirib çıxarda bilir. Siqaret çəkənlərin ürək döyüntüləri sağlam insandan 15000 döyüntü çoxdur. Damarların sıxılması nəticəsində oksigen qidalanması aşağıdır.
Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə gətirib çıxardır. Pnevmoniya, xroniki bronxit və emfizema.
Tütün və tütün tüstüsü 3000 kimyəvi birləşmələrdən ibarətdir ki, 60-dan çoxu kanseroqendir. Beləki kanseroqen birləşmələr qenetik hüceyrələri zədələyə bilir, xərçəng şişlərinin yaranmasına səbəb olur. Artıq sübut olunub ki, siqaret ağ ciyər xərçənginin yaranmasında 90% kimi yüksək ehtimala malikdir.
Siqaret çəkmək göz zəifliyinə gətirib çıxardır. Alimlər neçə illərdir ki, bu barədə fərziyələr irəli sürüblər və müasir texnologiyaların köməyi ilə bu sübut olunmuşdur. Siqaretin tərkibində olan maddələr görmə qabiliyyətinə zərər vura bilərlər. Bu maddələr gözdə gedən qan dövranının ritmini poza bilərlər. Hər bir siqaret çəkənin görmə qabiliyyətini itirmək riski vardır.
Elə xəstəliklər var ki, sırf siqaret səbəbkar olur. Misal üçün ayaq damarlarının tutulması. Damarlar tutulur və qan dövranı pozulur. Hətta ən pis halda ayağın amputasiyası istisna olunmur. Ancaq Rusiya Federasiyasında ildə 20 min siqaret düşkünün ayaq amputasiyası əməliyyatı keçirilir.
Kliniki araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkənin dərisi, çəkməyənin dərisində daha tez qocalır. Məsələn sübut olunmuşdur ki, 40 yaşlı siqaret çəkən bir insanın dərisi 70 yaşlı siqaret çəkməyən insanın dərisi ilə eyni struktura malik ola bilir.
Siqaret çəkən kişilərdə impotensiyaya 3 dəfə çox rastlanılır. Beləki, nikotin cinsi orqanların damarılarını yığır.
Siqaret fiziki sağlamlıqla yanaşı, psixolojı təsirlərə də malikdir. Siqaret çəkənlər daha əsəbi olurlar. Nəticədə insan psixolojı tarazlığını itirir, hər xırda hala görə özündən çıxa bilir.
Share:

Sidiyin rəngi və iyi nədən xəbər verir.

Sidiyin rengi ve iyi neden xeber verir
Insan hər zaman öz orqanizminə qarşı çox diqqətli olmalıdır. Bəzən “kiçik” pozulmalar müxtəlif ağır xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən orqanizmin fəaliyyətində baş verən hətta ən kiçik pozulmalar həkimə müraciət etmək üçün səbəb olmalıdır.
Normal sidik şəffaf və açıq sarı (saman) rəngində olur. Təzə sidik, demək olar, iysizdir. Lakin havanın təsiri nəticəsində sidikdə müəyyən proseslər baş verir ki, nəticədə ifraz olunduqdan bir müddət sonra sidiyin iyi dəyişilir (kəskin ammiak iyi gəlir).
Sidiyin rənginin və iyinin birdən dəyişilməsi narahatçılıq üçün səbəb yaradır. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtə müraciət edin. Lazım olan müayinə və analizlərədn sonra terapevt sizi digər həkimlərin (uroloq, endokrinoloq və s.) müayinələrinə göndərə bilər.
Nəzərinizə çatdıraq ki, bəzi qida məhsulların qəbulu sidiyə qeyri-adi iy və rəng verə bilər. Məsələn, sarımsaq, qıtığotu kökü (“xren”), mərəçüyüd sidiyin iyini dəyişir. Çuğundurdan sidiyin rəngi qırmızımtıl ola bilər.
Bəzi dərman preparatların qəbulu da sidiyin iyinə və rənginə təsir edə bilər. Belə ki, B vitaminlər qrupu, amoksisillin, ampisillin və bəzi digər dərman preparatları sidiyin iyini dəyişir. Adətən bu haqda dərmanın annotasiyasında məlumat verilir.
Bütün digər hallarda sidiyin xarakteristikalarının dəyişilməsi müxtəlif və bəzən çox təhlükəli xəstəliklərinin əlaməti ola bilər. Bu xəstəliklərin arasında
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi