• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Qurddan qurtulmağın - TƏBİİ YOLU



Bu gün qurd problemi dünyanın bütün ölkələrində geniş yayılıb. Belə problemlərə uşaqlar arasında daha çox rast gəlinir. Müalicə ilə bağlı əsas çətinlik törədən məqam isə qurdların orqanizmdən gec təmizlənməsi ilə bağlıdır. Buna görə də həkimlər çox dərman yazmağa məcbur qalırlar. ATVxəbər.az mütəxəssis rəylərinə əsasən bildiri ki, dərmanlar çox olsa da, bəzən qurdlar orqanizmdən təmizlənmir. Körpə orqanizmlər isə kimyəvi dərmanlarla çox yüklənir. Bu da əlbəttə fəsadsız ötüşə bilməz. 
Orqanizmdə qurdun əlamətləri:
Başağrısı
Halsızlıq
İştahasızlıq
Ürəkbulanma
Sancılar
Qəbzlik və ya ishal
Dilin üzərində ərp
İmmunitet zəifliyi
Çəki azlığı
Göbək nahiyyəsində ağrılar
Qaşınma
Ağız boşluğunda qoxunun yaranması və s.
Orqanizmdə qurd aşkarlandıqda, diet saxlamaq lazımdır ki, qurdlar qidalana bilməsinlər.
Qurdların təmizlənməsi üçün diet etdikdə:
Yağlı,
Duzlu,
Şirin,
Zülallı qidalardan uzaq olmaq lazımdı. Lakin çərçivə tanımayan uşaqlara necə başa salaq ki, onun istədiklərini yemək olmaz. Digər tərəfdən də kimyəvi dərmanlar uşağın ən əvvəl mədəsini sıradan çıxara bilər.
Bizi əhatə edən hər şeydən orqanizmimizə qurd yoluxa bilər. Lazımdır ki, meyvə-tərəvəz isti su ilə yaxşı yuyub yeyilsin, Göyərti yuyularkən suyuna 1-2 x.q sirkə və ya duz toküb 10-15 dəqiqə saxlamaq lazımdır ki, tərkibindəki mikroblar məhv olsun.
Körpələrin hər etdikləri hərəkətə diqqət etmək lazımdır. Dırnaqlarını tutuqdan sonra ələrini 72%-lik paltar sabunu ilə yuyub barmaq uclarına spit çəkmək lazımdır.
Bəzi qurd növləri var ki, bizquyruq qurdlardan fərqli olaraq, orqanizmdən gec tökülür. Bunun üçün həm səbirli olmaq lazımdır ,həm də müalicəni hərtərəfli aparmaq şərtdir. Qurdlara həm daxildən orqanizmdə ishal vəziyyəti yaratmaqla, həm də xaricdən təbii vasitələrlə təsir etmək vacibdir. Bunlarla bərabər, immunitet artırıcılar vermək lazımdır.
Bu halda belə bir sual yaranır.
Analar, uşaqlarınızın bu problemdən dərmansız, yəni ziyansız qurtulmasını istəyirsinizmi?
O zaman bu reseptlərə diqqət edin:

1. 4-5 gün gicitkan dəmləməsini 1 dilim limonla içmək.

2. Gecə anus dəliyinin kənarlarına sink mazı çəkmək.

3. Sarımsaq - 100qr
xren - 100qr
Qarışıq əzilir, süzülür. Gündə uşaqlara 1ç.q, böyüklərə 1x.q 0.5 st su ilə yem\qab. içilir.

4. 1 baş sarmısaq
200 qr tibbi spirt
Sarımsaq əzilir, spirtlə qarışdırılır, 7-8 gün saxlanılır, süzülür. 0.5 st südə uşaqlar üçün 6-7, böyüklər üçün 12-14 damcı tökülür, içilir. Həmçinin nəcis yoxlanılır, qurdlar düşənə kimi bu məhlul hər gün içilir.

5. Yalnız cımıxdan və ağ tərədən (unnuca) dovğa bişirilir. Qatığın içinə göylər töküləndə odu söndürün ki, çox bişməsin, təbii qalsın.

6. Balqabaq qabığı qurudulur, üyüdülür və dəmlənilir. Qurdların tökülməsinə effektli təsir edir.

7. Dağ tərxunu çiçəyi
Ayıdöşəyi çiçəyi
Andız kökü
Balqabaq tumu – bütün bunlar üyüdülür. Eyni miqdarda götürülür, bala qarışdırılır. Hər axşam uşaqlara 1x.q, böyüklərə 2 x.q verilir.

8. 5 gün 50 qr (axşam) südə 1 dış əzilmiş sarımsaq tənizifin içində qoyulur. İsti südün içində dəmlənilir. Sarımsaq içindən sıxılıb, çıxarılır, südlə bağırsaq klizma olunur. Anus dəliyinin kənarlarına da sarımsaq sürtülür.

9. Axşamdan 0.5 st suda 1 diş sarımsaq dəmlənilir. Bir həftə uşağa və böyüyə içirilir.

10. Dağ tərxunu, boymadərən dəmlənilir, içilir. Gün ərzində həmçinin balqabaq tumu yeyilir. Bunlarla bərabər, qarınişlədici sena çayı içilir.

11. Sarımsaq - 1 diş
süd - 1st.
kök şirəsi - 0.5 st
Bu qarışıq içilir və anus dəliyinə sink mazı çəkilir.

12. Banan təmiz yuyulur, qabıqlı doğranılır, 1 litr suda dəmlənilir və 1 st. içilir.

13. Artlanmış ümumi çəkisi 150 qr balqabaq tumu əzilir üzərinə 0.5 st su tökülür. Səhər ac qarnına qarışdırılıb içilir. Gündə 3 dəfə 1 yemək qaşığı içilir. 1 həftə edilir. Qurdların tökülməsinə kömək edəcək, hətta kisəli qurdlar topa-topa töküləcək. Bu 1 həftə ərzində yağlı, ət olmaz. Qidalanma rasionu soyutma kartof, üzsüz qatıq, şirinçay, çörək və şordan ibarət ola bilər.

Günay Axundova
Share:

Dişlərin ağardılması.



Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.
Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl  düzgün təmizləmək lazımdır.
Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir. Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır.
Axşam dişləri təmizlədikdən sonra barmaqlarla diş ətini masaj etmək tövsiyə olunur. Diş ətini masaj etmək üçün təmiz barmaqları onun üzərinə qoyaraq, dişlərə tərəf olmaqla dairəvi hərəkətlər etmək lazımdır. Masaj 5-7 dəqiqə ərzində aparılır. Prosedurdan qabaq diş ətinə diş pastası da sürtmək olar. Ağız boşluğu və diş ətinin iltihabları zamanı masaj etmək olmaz.
Hal hazırda stomatoloqlar dişlərin ağardılması üçün müxtəlif metodikalardan istifadə edirlər.
Lakin ev şəraitində də bəzi xalq təbabəti üsuların köməyi ilə dişləri ağartmaq mümkündür. Bu vasitələrin arasında:
1. Ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və dişlər onun külü ilə təmizlənir. Dişlərin bəyazlığı üçün həmin vasitələrlə yanaşı qida seçimində də diqqətli olmaq lazımdır (tünd çay, qəhvənin qəbulundan imtina edin).
2. Diş məcununa limonun efir yağından 1 damcı əlavə edin və dişləri təmizləyin. Bu dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə səbəb olur.
3. "Stomanginol"dan istifadə etməzdən əvvəl ağız boşluğu və boğaz ilıq su ilə yaxalanaraq qida qalıqlarından təmizlənməlidir. Bundan sonra gigiyenik vasitədən 1 xörək qaşığı götürərək ağız boşluğunu və ya boğazı 3-5 dəqiqə qarqara etmək lazımdır. Qarqaradan sonra ağız boşluğu və ya boğaz su ilə yaxalanmamalıdır. Gündə 3-5 dəfə yeməkdən sonra qarqara olunması vacibdir.
"Stomanginol"dan müntəzəm istifadə edilməsi ağız boşluğunun və boğazın sağlam vəziyyətdə qalmasına zəmin yaradır. İstifadə etməzdən əvvəl gigiyenik vasitəni çalxalamaq lazımdır.
4. Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi də istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloza bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir. Qəhvə və ya üzüm suyu içdikdən sonra mütləq bir alma yeyilməsini vərdiş halına gətirmək lazımdır.
5. 1 stəkan suda 1 ədəd hidrogen peroksid həbi həll edilir və ağız yaxalanır. Yaxşı effekt əldə etmək üçün proseduru həftədə 1-2 dəfə təkrarlamaq məsləhətdir.
Digər üsul: qulaq çöpü 3%-li hidrogen peroksidi məhlulunda isladılır və dişlər hər iki tərəfdən təmizlənir. Daha sonra dişləri yaxşı yaxalamaq lazımdır. Proseduru həftədə 1-2 dəfə etmək olar.
6. Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbləri yaxşı əzilir, dişlər alınmış tozla təmizlənir (diş pastası ilə də qarışdırmaq olar). Bu proseduru 1 ay ərzində həftədə 1 dəfə etmək kifayətdir.
7. Təbii çay ağacı yağı çox yaxşı ağardıcı və antiseptik vasitədir. Dişləri diş pastası ilə təmizləyin və yaxalayın. Sonra diş fırçasının üzərinə 2-3 damcı yağ damızdırın və dişlərə yüngül sürtün, daha sonra yaxşı yaxalayın. Bu vasitə həm də dişlərdə və ağız boşluğunda mikrobları öldürür, diş daşı ilə mübarizə aparır.
Dişlərin xalq təbabəti üsulları ilə ağardılması həkim təyinatı ilə aparılmalıdır. Dişlərin hidrogen-peroksidə, yağ və ya kömürə necə reaksiya göstərəcəyi məlum olmadığına görə bəyaz dişlər əldə etmək əvəzinə diş emalı zədələnə bilər. Ona görə də həmin prosedurlardan istifadə etməzdən əvvəl stomatoloqla məsləhətləşmək yaxşı olar.
Elnur Rəhimov, həkim-fitoterapevt
Mənbə: Herba Flora jurnalı

Share:

Tərləməyə qarşı necə mübarizə aparmalı


Birinci növbədə şəxsi gigiyenaya nəzər-diqqəti artırmaq lazımdır. Ən azı gündə duşda 2 dəfə əl-üz sabunu ilə yuyunmağı məsləhət görürlər.
Yuyunduqdan sonra yumşaq məhraba ilə ifraz edən sahələri yaxşı-yaxşı qurudub təmizləyin.
Yuduqdan sonra hökmən xüsusi tərləmənin qarşısını alan və onu dayandıran dezodaranlardan və antirespirantlardan istifadə etməyi məsləhət gürürlər.
Tərləməyə qarşı mübarizə aparmaq üçün qələm, lasyon və aerozoldan vaxtı-vaxtında istifadə edin.
 
Hal-hazırda tərləməyə qarşı ən gözəl vasitə Teymurov pastası hesab edilir. Onun tərkimi bor, salisil turşusundan talkdan, drotropindən və formalidən ibarət olub zəhərsizdir.
Ordakı tükləri depilyatorun və yaxud ülgüclə qırxıb təmizləyin. Tükü təmizlədikdən sonra, dəri qıcıqlanmasın deyə təmizlənən yeri talkla pudralamağı məsləhət görürlər.
 
Əyər orqanizmdə həddindən artıq tərləmə baş verərsə o zaman dərman bitkilərindən hazırlanan cövhərlərdən daxilə qəbul etməyi məsləhət görürlər. Süvrə cövhəri. 2 çay qaşığı otu 1 stəkan qaynar suda dəmləyib soyutduqdan sonra gün ərzində daxilə qəbul edin. Süvrə və gicitkən cövhəri.
Hər iki qarışıqdan 15 qram götürüb, 1 stəkan qaynar suda dəmləyin. Hər dəfə yarım stəkan olmaqla gündə 2 dəfə, 4 həftə müddətində daxilə qəbul etməyi məsləhət görürlər.
Bir neçə ay ara verdikdən sonra müalicəni yenidən davam etdirin. Cökə, kəndalaş, gülxətmi, çobanyastığı çiçəklərindən, qoz yarpağından və ağ söyüd qabığından hazırlanmış vannalarda istifadə etməyi məsləhət görürlər.
Yerli əhali tərləməyə qarşı çox qədim dövrlərdən gülxətiminin kök və yarpaqlarından sıyıq hazırlayıb tərləyən yerlərə yaxarmışlar
Share:

Bakıda kütləvi yoluxucu xəstəlik yayılıb!!!

Daha çox uşaqlarda təsadüf olunan, hava-damcı yolu ilə keçən bu infeksion xəstəliyin əlamətlərinə əsasən Suraxanı, Sabunçu rayonlarında rast gəlinir. Başlıca əlaməti yüksək temperatur və dəridə səpkilərin yaranması hesab edilən suçiçəyi xəstəliyinə Sabunçu rayonunun Zabrat, Sabunçu qəsəbələrində, habelə Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələrində yaşayan azyaşlılar yoluxublar.
Bu qəsəbələrdə yaşayan uşaqlarda yüksək temperatur, üşütmə və ya qusma halı, ayaqlarda, oynaqlarda ağrı, halsızlıq, iştahsızlıq kimi hallara rast gəlinir. Bu səbəbdən də valideynlər azyaşlı övladlarını uşaq bağçalarına göndərməkdən imtina ediblər. Xəstəliyə yoluxanlar arasında hətta yeniyetmələrə də rast gəlinir.
Qeyd edək ki, bu xəstəlik adətən on yaşdan kiçik uşaqlarda daha çox yayılır. Ekspertlər bildirirlər ki, suçiçəyi keçici infeksion xəstəlik sayılır. Orqanizm bu virusa qarşı nə qədər immunitet yaratmış olsa da, müəyyən bir zamanda yenə də xəstəliyə tutulma ehtimalı var

Share:

Dünya qorxunc xəstəlikdən xilas oldu – Alimlər müalicəsini tapdılar


Avstraliyalı elm adamları ölkədəki gərgin araşdırmalar  nəticəsində  bəşəriyyətin ən  qorxunc xəstəliklərindən olan   QİÇS-in müalicəsini tapdıqlarını bəyan ediblər.

Modern Tibb blogu  xəbər verir ki, Avstraliyanın ABC  telekanalının yaydığı məlumata görə, ekspertlər QÇİS xəstəliyinin artıq qorxunc olmadığını bildiriblər.
Sidney Nev South Vales Universitetinin, Kirbi İnstitutu XIV Epidemiologiya  Proqramı sədri professor Endry Grulic artıq QİÇS xəstəliyinin keçici bir xəstəlik olacağını deyib.
“QİÇS-in artıq təhlükə kəsb etməyən bir xəstəlik olduğunu deyə bilərik.  Belə ki, insanlar buna müvəqqəti hal kimi baxacaqlar. İnsan xəstəliyə tutulur, gedib müalicə olur və sonra QİÇS-dən qurtulmuş olurlar” deyə qeyd edib
Share:

Türk həkim: “Bu xəstəliyi Azərbaycan həkimləri uydurub”

Azerbaycan'da net teşhis koyabilir bilmiyorlar. Orada kanser teşhisinin konulduğu hastaların çoğunda bu hastalık tespit edilmiyor ".

Bu sözleri Axar.az-a İstanbul'un "Neolife" Tıp Merkezi'nde çalışan ve bir süre önce ülkemizde işlemiş Türk cerrah Hamdi Koçer Azerbaycan səhiyyəsinin durumundan konuşurken dedi.

Türkiyeli tanınmış doktor kaydetti ki, Bakü'de kanser hastalığı teşhisi konmuş yüzlerce hastayı ameliyat, sadece tedavi yolu ile sağaldıb:

"Bakü'deki insanlara hekimlik yapmak benim için gurur verici. Oradaki hastalar benden çok memnundu. Çünkü Azerbaycan'da hastaların çoğunluğu kendi hastalıkları hakkında doğru bilgi alamıyorlar. Toplumda büyük bilgisizlik var ".

Hekim bildirdi ki, özellikle kadınlara meme ile ilgili yanlış teşhisler koyup hayatlarını yok ederler:

"Bakü'de kadınlar meme hastalıkları ile ilgili az melumatlıdır. Azerbaycanda hekimler mastopatiya denilen ve hiç bir ülkede olmayan, tamamen yalan bir hastalıktan söz ediyor.Kadınları bu hastalıkla korkutuyor, işlem yapıyor, süt bezlerini kesirler, oldukça pahalı, kimyasal ilaçlar yazıyorlar. Ben oraya ilk geldiğim günden bana başvuran tüm kadınlara mal salırdım ki, mastopatiya adlı hastalık yoktur. Olmayan hastalığı nasıl tedavi edilebilir? Mastopatiya tedavisi, ilacı ve işlemi olmayan memenin doğal halidir. Ancak sizin ülkede bunu da işlem yapıyor, insanlarda olmayan hastalık oluştururlar. Dünyada mastopatiyadan ölen bir kişi de insan yoktur ".

H.Koçərin göre, Azerbaycanda hem Ultrason (UZİ), hem de patoloji hekimlerinin eğitimi yeterli olmadığı için hastalara yanlış teşhisler konur: "Teşhis yanlış olduğu için de tedavinin doğru olma ihtimali yoktur".

Türkiyeli hekim Azerbaycan'da patoloji raporlarının hastalara verilmemesinden de konuştu. Not etti ki, hasta kendi hastalığının belirtileri hakkında bilgili olmalıdır:

"Hastalara patoloji raporları mutlaka verilmelidir. Ben orada çalıştığım süre boyunca çok istedim ki, hastalara kendi hastalıklarının belirtileri hakkında belge vereyim. Çünkü bu hastanın mutlaka hakkıdır ki, eğer xərçəngdirsə, bunun belirtilerini bilsin. Ancak vermiyorlar. Çünkü Azerbaycan'da doktorlar analizlerine güvenmiyorlar, güvənsəydilər, verirlerdi ".
Share:

Yaroslavskiy Tibb Universitetində biabırçı hadisə baş verib.

Modern Tibb blogu brifinq.az-a istinadən bildirir ki, tələbə çılpaq xəstə ilə foto çəkdirib sosial şəbəkədə paylaşıb.
İlya S. adlı Tibb fakültəsinin tələbəsi təcrübə üçün nəzərdə tutulmuş otağa daxil olub və narkoz altında yatan çılpaq xəstə ilə foto çəkdirib. Onun sözügedən fotonu sosial şəbəkədə paylaşması ölkəni ayağa qaldırıb.
Məlumata görə, İlya Tibb fakültəsinin 6-cı kurs tələbəsidir

Modern Tibb

Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi