• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Bakıda kütləvi yoluxucu xəstəlik yayılıb!!!

Daha çox uşaqlarda təsadüf olunan, hava-damcı yolu ilə keçən bu infeksion xəstəliyin əlamətlərinə əsasən Suraxanı, Sabunçu rayonlarında rast gəlinir. Başlıca əlaməti yüksək temperatur və dəridə səpkilərin yaranması hesab edilən suçiçəyi xəstəliyinə Sabunçu rayonunun Zabrat, Sabunçu qəsəbələrində, habelə Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələrində yaşayan azyaşlılar yoluxublar.
Bu qəsəbələrdə yaşayan uşaqlarda yüksək temperatur, üşütmə və ya qusma halı, ayaqlarda, oynaqlarda ağrı, halsızlıq, iştahsızlıq kimi hallara rast gəlinir. Bu səbəbdən də valideynlər azyaşlı övladlarını uşaq bağçalarına göndərməkdən imtina ediblər. Xəstəliyə yoluxanlar arasında hətta yeniyetmələrə də rast gəlinir.
Qeyd edək ki, bu xəstəlik adətən on yaşdan kiçik uşaqlarda daha çox yayılır. Ekspertlər bildirirlər ki, suçiçəyi keçici infeksion xəstəlik sayılır. Orqanizm bu virusa qarşı nə qədər immunitet yaratmış olsa da, müəyyən bir zamanda yenə də xəstəliyə tutulma ehtimalı var

Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi