• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Nənə nəvə doğdu!!!

46 yaşlı Tereza Hosenhaus adlı qadın leykoz (qan xərçəngi) diaqnozu qoyulan qızının körpəsini dünyaya gətirib.
"Modern Tibb" modern.az-a istinadən bildirir ki, 23 yaşlı Alisiya Hosenhausa 4 yaşında leykoz (qan xərçəngi) diaqnozu qoyulub.

Alisiyanın xəstəliyi müəyyən müddət sağalsa da, 9 yaşında onun vəziyyəti  yenidən daha da pisləşib. Uzun şüa müalicələrindən sonra  həkimlər uşaq sahibi ola bilməyəcəyini deyiblər.

Buna baxmayaraq, Alisiya 23 yaşında hamilə qalıb, ancaq körpəsi 15 həftəyə qədər yaşayıb. Həkimlər ona körpənin uşaqlıqda çox qala bilməyəcəyini deyiblər. Çıxış yolu kimi onlar qadına daşıyıcı ana tapmağı təklif ediblər. Bu zaman Alisiyanın 46 yaşlı anası surroqat ana olmağa razı olub.

46 yaşlı qadın qızının belə bir təklifi qəbul etməyəcəyini və hamilə qalmaq üçün yaşlı olduğunu düşünüb.  Daha əvvəl 2 dəfə qızını itirmək həddinə gəlib.

Lakin sonda qızının razılığı ilə onun xoşbəxtliyi naminə bu addımı atıb. Nənə Tereza verdiyi müsahibə zamanı "onu xoşbəxt görmək hər şeyə dəyər" sözlərini deyib


Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi