• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Dünyanın ən qorxulu və qəribə 6 xəstəliyi

Elm və texnikanın inkişaf etdiyi bu dövrdə insan elə problemlərlə üzləşir ki, ümidimizi bağladığımız tibb sahəsinin də onun qarşısında aciz qaldığını görürük.

Söhbət açacağımız xəstəliklər də bu silsilədəndir. Lent.az dünyanın ən dəhşətli və müalicəsi hələ də tapılmayan altı xəstəliyini sizlərə təqdim edir:


1. Progeriya- Getçison- Gitford. Uşaqlar 90 yaşlı qoca kimi görünür.

Progeriya – genetik kodda baş verən zədə nəticəsinə yaranan xəstəliklərdəndir. Bu xəstəlik praktik olaraq qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edir. Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Başlıca əlaməti – vaxtından əvvəl keçəlləşmə, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. Dünyada cəmi 48 nəfərdə rast gəlinib. Amma bəzi məlumatlara əsasən, bir ailədə 5 uşağın hamısında bu xəstəlik müşahidə olunub.

2. Fil xəstəliyi. Bədənin hər hansı bir hissəsinin həddən artıq böyüməsi.

Bu xəstəlik parazitar xəstəliklərə aiddir. Onu törədən qurdlar maralların orqanizmində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların orqanizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar.
Tropik zonalarda rast gəlinən fil xəstəliyi(limfatik filariya) moskitlər tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və onlardan 40 milyonu ağır vəziyyətdədir. Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bununla da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədələyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertrofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət orqanları, bu xəstəliyin ümumi simptomlarından sayılır.

3. Hipertrixoz, yaxud qulyabanı: həddən artıq tüklənmə.

Bu xəstəlik üzdə uzun və qara tüklərin çıxması ilə müşahidə olunur. Xəstəlik insanı canavara bənzətdiyi üçün, bu xəstəliyə canavar sindromu da deyirlər. Xəstəlik insan bədəninin müxtəlif nahiyələrinin həddən artıq tüklənməsi ilə müşayiət olunur.

4. Göy dəri sindromu və yaxud akantokeratodermiya: “göy” insanlar

1960-cı illərdə əksər göy insanların ailələri Kentukki ştatının yaşayıblar. Onlar “göy fyuqeytlər” kimi tanınıblar. Onlardan çoxları hər hansı bir ciddi xəstəlik ilə xəstələnməyib. Dərilərinin rənginin göy olmasına baxmayaraq, onların bəziləri 80 yaşına kimi yaşayıblar. İrsi xəstəlik sayılır. Bu diaqnozlu insanlar göy və yaxud bənövşəyi rəngli dəri ilə başqalarından fərqlənirlər.

5. Blaşko xətləri. Bədənin hər yerində müxtəlif xətlər müşahidə olunur.

Blaşko xətləri 1901-ci ildə alman dermatoloqu Alfred Blaşko tərəfindən tapılan nadir xəstəliklərdəndir. Anatomiya bu fenomeni hələ də izah edə bilmir. DNT-də genetik dəyişiklik nəticəsində yaranan bu xəstəlik, insanın bədəninin müxtəlif yerlərində görünən xətlərin olması ilə özünü göstərir.

6. Porfiriya. Vampir xəstəliyi. Günəşə qarşı ağrıların artması.

Elə adamlar var ki, onlar günəş şüalarından gizlənm
modertibb.blogspot.com
əyə məcburdurlar. Onlar günəş şüaları altında olarkən, tez bir zamanda dərinin müxtəlif nahiyələrində köpüşüklərin əmələ gəlməsi ilə müşahidə olunur. Dəri “yanmağa” başlayır, ağrı hiss olunur. 



joy.az
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi