• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

İçməyin, özünüz cəhənnəmə, gələcək nəsillərə yazığınız gəlsin – Almaniyada çalışan azərbaycanlı həkim Hell barədə yazdı

" Azərbaycanlıların ən böyük düşmənlərindən biri HELL içkisi və onun  reklamını edənlərdir. İçməyin, özünüz cəhənnəm, gələcək nəsillərə yazığınız gəlsin".  

Medicina.az xəbər verir ki, bu sözləri hazırda Almaniyada çalışan gənc azərbaycanlı həkim Rəşad Müseyibzadə bildirib.

O, Azərbaycanda uşaqdan böyüyə çoxluğun energetik içkilərə aludəçiliyi probleminə toxunaraq bu içkilərin sağlamlığa zərəri barədə bir daha məlumat paylaşıb.

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var, bu isə insanı bir müddət gümrah və diqqətini daha yaxşı toplamasına kömək edir. Bu, sadəcə müsbət tərəfidir. Mənfi tərəfləri isə həddən artıqdır. İlk öncə, enerji içkiləri hamilə qadınlara, uşaqlara və yetkinlik yaşına çatmayan (16-18 yaş) gənclərə məsləhət görülmür. Hətta bir neçə ölkədə uşaqlara və yetkinlik yaşına çatmayan gənclərə enerji içkilərinin satışı qadağandır. Almaniyada da müxalif partiyalardan biri bu qanunu təklif edib. 

Enerji içkilərinin zərərli tərəfləri: yuxu pozğunluğu, əsəb sistemi pozğunluğu, baş ağrısı, mədə-bağırsaq sisteminin xəstəlikləri, xoralar. Bu içkilərin asılılıq yaratması da mənfi tərəflərindən biridir. Əvvəlcə bunu hiss etmək olmur, amma bir müddət sonra fərqində olmadan gün ərzində 3-4 enerjisi içkisi içdiyinizi görəcəksiz. Enerji içkilərinin bir zərərli tərəfi də orqanizmdə suyun normadan artıq itirilməsinə səbəb olmasıdır. Susuzluq zamanı istifadə olunan enerji içkisi həm orqanizmə su tələbini azaldır, həm də əlavə suyun itirilməsinə səbəb olur. İnsan isə gün ərzində 2-3 litr su qəbul etməlidir. 

Enerji içkilərinin spirtlə birlikdə istifadəsi də məsləhət görülmür. Xüsusilə idmanla məşğul olan şəxslər, idmandan sonra enerji içkilərindən uzaq dursalar, yaxşı olar. Çünki bu içkilərin istifadəsi ürəyin ritm pozğunluğuna, böyrək çatışmazlığına, infarkta səbəb olur. Sözsüz ki, heç kimin içdiyinə və yediyinə qarışmaq niyətimiz yoxdur. Amma gələcək nəsilləri qorumaq lazımdır. Xüsusilə Bakıda onsuz da yaşıllıq yoxdur, ürək xəstəliklərinin sayı artıb, bir də özünüzə bu içkilərlə ziyan vurmayın”.
Share:

“Səhər qatil, axşam isə xilaskar...” – Dünyaca məşhur cərrah səhvlərini etiraf edir

Məsləhətləşməyə gəlmiş gənc məktəb müəlliminin beyninin skanner imici cərrah Henri Marşı təlaş hissi ilə doldurdu. Kəllə sümüyünün gövdəsində böyüməkdə olan iri bir xərçəng şişi var idi. Cəmi bir neçə ildir nevro-cərrahiyyə ilə məşğul olan Marş özünə əmin deyildi. Şiş həm böyük idi, həm də beynin həyat əhəmiyyətli həssas bir nayihəsində yerləşirdi. Əl dəyilmədiyi təqdirdə bu şiş müəllimin eşitmə qabiliyyətini məhv edəcək, gəzməyinə son qoyacaq və tədricən onun axırına çıxacaqdı. O biri tərəfdən, əməliyyat onu iflic edə, hətta həyatına qəfil son qoya bilərdi…

Əməliyyat günü hər şey yaxşı gedirdi. Gecə yarısınadək Marş və onun cərrah heyəti şişi az qala bütünlüklə çıxarmağa nail olmuşdu. Əməliyyat otağında əhval-ruhiyyə yüksək idi. Siqaret çəkmək üçün həkimlər kiçik tənəffüsə çıxdılar. "Gərək onda dayanaydım,” Marş xatırlayır. "O şişin sonuncu parçasına toxunmayaydım.” Şöhrət həvəsi və yüksək özünəinam Marşı həyati səhvə sürükləyirdi. "Şişin sonuncu hissəsini çıxarmağa başlamışdım ki, kibrit çöpü qalınlığında damar olan bazilyar arteriyanı kəsdim. Al qırmızı arteriya qanı yuxarı fışqırmağa başladı”.
Bazilyar arteriya qanı bütün beyni tənzimləyən gövdəyə nəql edir. Marş cəld qanaxmanı dayandırdı. Amma iş işdən keçmişdi. Oksigendən məhrum olması beyin gövdəsini əbədi zədələmişdi, və müəllim bir daha özünə gəlmədi.

Hər bir cərrah qəlbində kiçik bir məzarlıq gəzdirir ki, arabir oraya dua etməyə getsin. Fransız həkim René Lerişə məxsus bu kəlam Henri Marşın yeni kitabının epiqrafını təşkil edir. Britaniyalı nevro-cərrah "Xətər Yetirmə” adlı kitabın başlığı Hippokrat andının "Primum Non Nocere” – "İlk növbədə xətər yetirmə” prinsipindən qaynaqlanır. Bu kitabda Marş az qala heç bir həkimin etmədiyini edir – o öz səhvlərini və bu səhvlərin ucbatından doğan faciələri etiraf edir. New Yorker məcmuəsində kitabın icmalını təqdim edən Joshua Rothmanınyazdığına görə Xətər Yetirmə bir paklanma ritualıdır, xətanın anatomiyasıdır və nəhayət, içəridən gələn səksəndirici suala cavab cəhdidir: On illər boyu insan beyinlərini kəsib, bundan tamlıqla çıxmaq mümkündürmü?

"Xətər Yetirmə" bir paklanma ritualıdır, xətanın anatomiyasıdır və nəhayət, içəridən gələn səksəndirici suala cavab cəhdidir: On illər boyu insan beyinlərini kəsib, bundan tamlıqla çıxmaq mümkündürmü?
Joshua Rothman

Marş sırf təsadüf nəticəsində cərrah yoluna qədəm qoyur. Universiteti bitirdikdən sonra 1973-cü ildə Kral Hospital Tibb Məktəbinə daxil olan Marşın gözləri bir gün tələbələrin buraxılmadığı cərrahiyyə otağının qapısındakı dairəvi pəncərəyə sataşır. Pəncərədən içəri boylanmaq həvəsini boğa bilməyən Marş cərrahiyyə stolunda başı tamamilə qırxılmış, narkoz altında olan qadının uzandığını xatırlayır. Dəhşət filmindəki kimi bu surət onun başında uzun müddət qalır.

Marşın üç aylıq oğlunun beynində bədxassəli şiş aşkar olunanda, o, uğurla əməliyyat olunur. Yenicə diplom almış həkim isə həmin əməliyyatın risklərini yalnız sonradan anlayır. "Mənim oğlumun əməliyyat olunduğu eyni stolda başqa bir uşaq qanaxmadan dünyasını dəyişdi. Mənim öz bossum – uşağımın həyatını xilas etmiş cərrah bu dəfə oxşar şiş qarşısında aciz qaldı”.
Marşı beyin füsunlandırır, Joshua Rothman yazır. O, cərrahiyyə mikroskopu ilə pasientin düşüncələr dolu beynini diqqətlə gözdən keçirməyi sevir. Onun üçün bu mənzərə gözəldir. Beynin mərkəzində kafedral damının tağlarına oxşayan daxili şah damarlar var. Burada, mikroskop işığı atlında tünd göy rəngli Qalenin Möhtəşəm Damarı bərq vurur. Bu, çox özəl bir görüntüdür, elə bir görüntü ki, başqa heç yerdə onun kimi parlaq, aydın görüntü yoxdur. Bu görünütünü intensiv və müəmmalı edən onun müşayiət etdiyi nigaranlıq hissidir.

Beyin insanın ən mürəkkəb, ən az tədqiq olunmuş orqanıdır.

Nigaranlıq cərrahiyyə əməliyyatından xeyli əvvəl, əməliyyata qərar vermək anından başlayır. Heç müasir rentgen də şişin beyinə nə dərəcədə bağlı olduğunu faş etmir. Bu nigaranlıq pasientlərlə bir neçə görüş ərzində davam edir. Bu görüşlərdə Marş xəstələri həyəcanlandıran qeyri-müəyyənliyi izah etməlidir. İnsanları arxayın salmaq həvəsi çox vaxt güc gəlir, amma bir neçə uğursuz əməliyyatdan sonra o, ifrat optimizminə peşman olub. Hospitala velosipedlə gedən Marşı qaramat basır. Qiyamət günü kimi sezilən hissiyyatlar əməliyyat başlanan anda şiddətli və xoşbəxt konsentrasiya ilə əvəzlənir.

On illərlə sürən tibbi təcrübəsi ərzində Marş az qala hər cür səhv görüb. Burada əməl səhvləri (həddən artıq şişin götürülməsi), hərəkətsizlik (buraxılmış diaqnoz) xətaları var. Elə səhvlər var ki, onları heç kəs tutmur. Uğurlu əməliyyatdan sonra Marş qərara gələ bilər ki, pasientə iflasın bir addımlığına yaxınlaşdığını deməsin. Yaxud da Marşın cavabdeh olduğu səhvlər. Bir dəfə Marş həmkarı ilə mübahisə etdikdən sonra cərrahiyyə əməliyyatı aparır və sonda pasientin sifətinin yarısı iflic olur. "Ola bilsin bu, onsuz da baş verəcəkdi, amma mən bilirəm ki, belə təhlükəli və incə əməliyyatı aparmaq üçün lazımi psixoloji durumda deyildim və sonradan pasienti çarpayıda görəndə, dərin xəcalət hissi məni bürüdü”.

"Təcrübəm artdıqca belə görürəm ki, bəxtin əhəmiyyəti daha da artır. Səhv olan hər şeyə görə qınanıram, uğurlu hər şey mənə alqış qazandırır. Səhər qatil, axşam isə xilaskar kimi qarşılanıram".
Henri Marş

Rothmanın sözlərinə görə, əsgərin döyüşdə həyatını bəxt həll etdiyi kimi neyrocərrahın işi də bəxtlə sıx bağlıdır. "Təcrübəm artdıqca belə görürəm ki, bəxtin əhəmiyyəti daha da artır,” Marş kitabında yazır.

 "Səhv olan hər şeyə görə qınanıram, uğurlu hər şey mənə alqış qazandırır. Səhər qatil, axşam isə xilaskar kimi qarşılanıram". Marş əməliyyatın necə keçəcəyinə tam nəzarət edə bilməz, amma hisslərinə hakim kəsilməyin yolunu tapıb. O çalışır ki, emosiyalarını büruzə verməklə xəstənin qorxularını, bədbəxtliyini artırmasın, amma heç vaxt yalan danışmır. Davidin üzərində üç əməliyyat etdikdən sonra Marş xərçəngin beynin həyat əhəmiyyətli qatına yayıldığını aşkar edir. Çarpayıya yaxınlaşıb xanımının sarıldığı Davidin əlindən tutan Marş təslim olur: "Sənə xidmət etmək mənim üçün şərəf olub”.

Elə anlar da var ki, emosiyaları Marşa qalib gəlir. "Həyat bəzən qəddar olur. Məni bağışlayın”, deyə gənc ukraynalı qızın anası Katyaya bəd xəbər gətirən cərrah kədərini ifadə edir. "Katyanı görmək mənim üçün o qədər ağır idi ki, az qala nitqimi itirmişdim,” o xatırlayır. Hazırda Kiyevdə könüllü cərrahlıq edən Marş Britaniyadakı kimi son texnoloji vasitələrlə yox, bəzən arxaik vasitələrlə əməliyyatlar etməli olur. Cərrahın sözlərinə görə, pasientlərlə söhbətləşəndə, o, daim ümidlə reallıq, optimizmlə realizm, peşəkar məsafə ilə mərhəmət arasında balans tapmağa çalışır. Yəqin bu balansı tapmağın yollarından biri onun öz başına gələnlər haqda yazmasıdır.
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi