• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nı təsdiq edib.

Rezidenturaya yeni qəbul qaydaları təsdiqlənib

Rezidenturanı bitirən həkimlər 3 il müddətində Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində əmək fəaliyyəti ilə məşğul olacaqlar
Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nı təsdiq edib.

Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər (namizədlər) malikdirlər. Rezidentura təhsili dövlət sifarişi (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli  əsaslarla həyata keçirilir. Rezidenturaya qəbul namizədlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Rezidenturada təhsil alan rezidentlər rezidenturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə iştirak ödənişlidir. Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirmiş və ya cari tədris ilində bitirən bütün namizədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər namizədlər müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Başqa sözlə, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini, baza ali tibb təhsili haqqında sənədi və ona əlavəni, xarici ölkələrdə ali təhsil almış şəxslər Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri, xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları olan həkimlərə Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni SQK-yə şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ərizələrin qəbulu zamanı dövlət sifarişi əsasında rezidentura təhsili almaq istəyən namizədlər rezidenturanı bitirdikdən sonra Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində 3 il müddətində əmək fəaliyyəti ilə məşğul olacaqları barədə məlumatlandırılırlar. Bu namizədlər elektron ərizəni təsdiq etdikləri andan qeyd edilmiş öhdəliyə razılıq vermiş hesab olunurlar.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Bura baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı daxildir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq, imtahan aparılan baza və ixtisas fənləri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar. Namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini  10 gün müddətində qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Yeni Qaydaların təsdiqlənməsi ilə əlaqədar  “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın  təsdiq edilməsi haqqında” ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 15 may tarixli 4 nömrəli qərarı ləğv edilib.
Share:

Kişilər də doğuş həbi istifadə edəcək

İngiltərəli elm adamları cütlüklərin cinsi həyatı ilə bağlı yeniliyə imza atıblar. Onlar spermanın aktivliyini dayandırmağın çarəsini tapıblar. Bu isə tibbi inqilablardan biri hesab edilir. Artıq kişilər də doğuş həbləri istifadə edə biləcəklər.
 
Modern Tibb blogu lent.az-a istinadən kişi doğuş həbləri haqda yazını təqdim edir.
 
Araşdırma qrupuna başçılıq edən professor John Houel deyib ki, kişilər həbləri cinsi əlaqədən əvvəl qəbul edəcək. Nəticədə həb sayəsində qadın hamilə qalmayacaq: "Həb 5 dəqiqə ərzində dərhal təsirini göstərir. Hazırda həblərin yaradılması üzərində işlər davam edir. Kişi doğuş həblərinin 2021-ci ildə bazara çıxarılacağı gözlənilir. Bir çox ölkələrdə hər 4 qadından 1-i öz istəyi xaricində hamilə qalır. Bu üsul qadınları arzuolunmaz hamiləlikdən qoruyacaq".
 
Mütəxəssis bildirir ki, ümumiyyətlə, doğuş həbləri uşaq sahibi olmamaq mənasını vermir, üstəlik, ana-körpə sağlamlığı baxımından çox əhəmiyyətlidir. Doğuş həbləri plansız reallaşan hamiləliklərdə riskləri azaldır və ailənin xoşbəxtliyi üçün vacibdir. Yeni nəsil doğuş həbləri isə günü-gündən təkmilləşdirilir: "Qadınların doğuş həbləri ilə bağlı yanlış anlayışları olduğundan onu qəbul etmək istəmirlər. Yeni nəsil doğuş həblərində estrogen dozaları azaldılıb, sızanaq və tüklənməni aradan qaldırır, dərini gözəlləşdirən maddələrlə zənginləşdirilir. Çəki artırmayan, şiş azaldan yeni nəsil doğuş həbləri artıq bazara təqdim olunub. Bu həbi 28 gün davamlı istifadə edən qadın hamilə qalmır".
 
Mütəxəssislər daha da əhəmiyyətli məqama toxunublar. Onlar bildirirlər ki, qadın doğuş həbləri doğru və nizamlı istifadə edildikdə həyat keyfiyyətini və ömrü uzadır. Son aparılan araşdırmalar sübut edib ki, doğuş həbləri ümumi xərçəng riski və bütün səbəblərə bağlı ölümlərdə 10 faiz azalma təmin edir. İngiltərədə Oksford Universiteti tərəfindən həyata keçirilən və The Lancet Oncology tərəfindən aparılan tədqiqat isə doğuş həblərinin faydalarını bu cür sıralayıb:
 
* Yumurtalıq və uşaqlıq xərçəngi riskini 50-60 faiz azaldır
* Menstruasiya dövrünü tənzimləyir
* Menstruasiya qanaması miqdarını azaldır
* Menstruasiya əvvəli gərginliyi aradan qaldırır
* Menstruasiya ağrılarını azaldır
* Aknelərə yaxşı təsir edir
* Tüklənməni azaldır
* Dəri və saç gözəlliyini təmin edir
* Pelvik inflamatuar xəstəliyinə qarşı qoruyur
* Over kistaları və miomanı azaldır
* Xoşxassəli döş xərçəngi riskini azaldır
* Uşaqlıqdankənar hamiləliyə mane olur
* Şiş azaldıcı təsir göstərir
* Sümük möhkəmliyini artırır, sümük əriməsini azaldır
* Yumurtalıq kistaları və döşlərdəki fibrokistik xəstəliklərin qarşısını alır

Aydin Əkbər
Share:

Xəstəni öz qanı ilə müalicə etmək üsulu

Sən demə, öz qanımız da özümüzə dərman  ola bilərmiş. Sözün həqiqi mənasında. Bəli, qandan  dərman hazırlamaq mümkündür. Qan çəkilir və laboratoriyadan keçirildikdən sonra, yenidən xəstə olan yerə yeridilir. Bu, həm də 100 faizlik effektiv müalicə hesab olunur. Bu müalicə üsulundan daha çox oynaqlarda yaranan problemlərin aradan qaldırılması üçün istifadə edilir. 
Həkim deyir ki, bir insanın qanından yalnız onun özü üçün dərman hazırlamaq olar. Ancaq, həmin xəstənin qanında infeksion xəstəliklər olmamalıdır. Əks halda müalicə effektsiz hesab olunur.
Qeyd edək ki, PRP adlanan müalicə üsulu yalnız travmotoloji xəstəliklərdə tədbiq olunmur. Qandan hazırlanan dərmandan cərrahiyə zamanı çapıqların itirilməsi və saç əkimində də geniş istifadə edilir
Aytən Rzayeva
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi