• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

IYNƏ ILƏ DAMAR AXTARMAĞA SON


Alimlərin yeni kəşfi damar axtarmaq prosesini aradan qaldırır. Alimlər xərçəng xəstələri, artıq çəkili insanlar və uşaqlar üçün xüsusi sprey icad edib. Kəşfi Türkiyə universitetinin müəllimləri edib. Bundan sonra damara iynə vurmaq daha ağrısız və asan olacaq. Alimlərin araşdırmasına görə, dünyada həkimlər iynə vurmaq üçün orta hesabla hər dəfə damarı 2.5 dəfə yaralayırlar. Hətta bəzi xəstələrdə 10 cəhddən sonra belə, damarı tapmaq mümkün olmur. Damarın bir neçə dəfə zədələnməsi həmin yerdə infeksiyalaşmaya və bir sıra xəstəliklərə səbəb ola bilər. Yeni kəşf edilən sprey hər yerdə istifadə edilə bilər. Sprey dəriyə çəkildikdən qısa bir müddət sonra gelə çevrilir və damarlar aydın görünür. Bu da lazımı damarın tapılmasını asanlaşdırır. Sprey su ilə yuyularaq təmizlənə bilir. Alimlər spreyin içərisindəki maddənin heç bir kanserogen təsirinin olmadığını bildiriblər. Onların sözlərinə görə, bu yenilik yalnız Türkiyə deyil, bütün dünya üçün önəmli tibbi yenilikdir.
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi