• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Rektor Gəray Gəraybəyli imtahanla bağlı göstərişlər verdi

Rektor Gəray Gəraybəyli imtahanla bağlı göstərişlər verdi

ATU rəhbərliyinin imtahan nəzarətçiləri ilə görüşü keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) yay sessiyası imtahanlarına hazırlıqla bağlı müzakirə aparılıb. Universitetin rektoru, professor Gəray Gəraybəyli imtahan nəzarətçiləri ilə görüşərək sınaq prosesinə hazırlıq işləri ilə tanış olub, imtahanların yüksək səviyyədə təşkili üçün qarşıda duran məqsədlər haqqında danışıb.

Modern Tibbin melumatina gore Rektor qeyd edib ki, iyun ayının 1-dən 21-dək ATU-da attestasiya, yekun dövlət imtahanları və buraxılış işlərinin müdafiəsi keçiriləcək: “Hər tədris ilinin sonunda bu proseduralar verilir. Lakin bu il Tibb Universiteti dövlət imtahanları ilə bağlı xeyli yeniliklər tətbiq edib. Bunlardan biri də beynəlxalq standartlara uyğun olaraq Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan sistemi ilə imtahanların keçirilməsidir. Artıq yeni sistemin tətbiqi ilə bağlı treyninqlər keçirilib. İstənilən halda, OSKİ bizim üçün yeni üsuldur və prosesin təkmilləşdirilməsi davam etməlidir”.

Professor Gəray Gəraybəyli bildirib ki, həmişə olduğu kimi qarşıda duran əsas məsələlərdən biri tələbələrə qarşı xoşməramlı münasibətin qorunub saxlanmasına nail olmaqdır: “Bununla bağlı universitetimizin xüsusi dəsti-xətti olub, belə də davam edəcək. İmtahanlar tam obyektiv şəaitdə keçirilməlidir, tələbələrə qarşı qayğı göstərilməlidir. Biz bu strategiyamıza sadiq olmalıyıq”.

Daha sonra ATU-nun tədris hissə müdiri, dosent Nəsimi Qasımov çıxış edərək imtahanlara hazırlıq işlərinin gedişi ilə bağlı  müvafiq sənədləri iştirakçıların diqqətinə çatdırdı. ATU-nun metodikinnovasiya şöbəsinin müdiri Akif Qurbanov  Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev imtahana mövcud hazırlığın vəziyyəti haqqında danışdı. Sonda prosesin daha da təkmilləşdirilməsi ilə bağlı imtahan nəzarətçilərinin təklifləri dinlənildi.
Menbe: 
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi