• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Öd daşının bitki ilə müalicəsi var

AAA


medicus sum modern.az a istinadən 
Bu gün elə xəstəliklər var ki, onlar insanların əksər hissəsini narahat edir. Öd xəstəlikləridə bu qəbilədəndir.
Məsələ ondadır ki, insanlar bu xəstəlikdən çıxış yolu kimi cərrahi müdaxiləni əsas götürürlər. Bəs, təbabət bu xəstəliyin öhdəsindən gələ bilirimi?
Avropa Təbiət Elmləri və Asiya Ayurvediya Assosasiyasının üzvü, dərman birtkiləri üzrə elmi işçi  terapevt-fitoterapevt Elnur Rəhimov bu xəstəliklə bağlı fikirlərini bölüşür.  
- Əslində, öd daşı xəstəliyi cərrahi profilə aid olan xəstəlikdir. Deməli, risk qruplarını nəzərə alsaq bu xəstəlik əməliyyat yolu ilə öd kisəsi xaric olunması ilə müalicəsi bitir.
Amma bitirmi?
- Bəli, əksər xəstələr var ki əmliyatdan sonra da ağrılarının hələ də davam etməsini müşahidə edir. Öd daşı birdən birə yaranmır.  Öd daşı çox hallarda əlamətsiz keçirir və müayinələr zamanı təsadüfı tapıntı kimi müəyyən olunur. 
Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının blok edən zaman yaranır. Amma onu bilin ki, lal daş deyilən bir xəstəlik yoxdur, xəstəlik əlamət verməsə belə mədəaltı vəzin işini yavaş-yavaş pozmağa başlayır.
Ona görə də adını lal daş qoyub üstündən keçməyin. 
Əksəriyyəti də xolesterol daşları sayılır, məhz bunları əritmək daha rahatdır. Rentgenoneqativ daşları əridə bildiyimiz kimi...
İlk olaraq daşlar ən kiçik milli metrlərlər olduqda və qatılaşma olduqda üstünə düşmək lazımdır.
Nəzərə alsaq ki ödün  çox hissəsi qaraciyərdə əmələ gəlir, elə buna görə də müalicədə qaraciyərin də funksiyasını normallaşdırmaq vacibdir. Öd daşının fitoterapevtik yolla müalicəsi üçün geniş istifadə olunan reseptləri sizinlə paylaşmaq istəyirəm.
Azərbaycana gəldiyim müddətdə 84 öd daşı əritməklə müalicə olunmasına köməkçi olmuşam.
İlkin mərhələ müalicəsi:
Bu müalicədə xəstənin çəkisi, klinikası və öd daşının ölçüsü önəmlidir.
Zeytun yağı - 1 çay qaşığı
Maqnezium-sulfat dues - 1/2 şay qaşığı
Limon şirəsi 1 xörək qaşığı
Su 100 ml
Qarışdırılır və hər səhər yeməkdən 45 dəq əvvəl istifadə edilir.
Bu müalicə ilk ayda 14 gün, 2-ci ayda 20 gün və əgər 3-cü ayda davam edərsə (çoxlu daş və ölçü kifayət qədər böyük olarsa 5 mm dən) 10 gün istifadə edilir.
Bu müalicəylə yanaşı Alaqanqal toxumunun yağı 1 xörək qaşığı olmaqla 1 dəfə hər axşam yeməkdən öncə istifadə edilir.
Həmçinin Ənginar və şahtərə bitkilərinin dəmləməsindən gündə 3 dəfə yeməkdən sonra daxilə qəbul məsləhətdir.
İkinci mərhələdə
Alaqanqal toxumu - 20 q
Zəncirotu kökü - 10 q
İstiotlu nanə yarpağı - 10 q
Dəfnə yarpağı -  15 q
Qeyd olunan miqdarda bu bitkilərdən götürülür 400 ml qaynar suda dəmlənir. 200 ml 2 dəfə yeməkdən 30 dəq əvvəl qəbul olunur.
Yanaşı olaraq bu müalicə etapında Zəyərək yağı 1 xörək qaşığı hər axşam yeməkdən əvvəl qəbul olunur.
Sonuncu mərhələdə ən kiçik ölçülər qalıbsa və artıq öd təmizləmə müalicəsi aparılır. Bu zaman Teaxolin çayı 2 paket 1 stəkanda dəmləməklə gündə 3 dəfə eyni qayda ilə yeməkdən əvvəl 20 gün daxilə qəbul olunur.  
İtburnu şirəsini alma sirkəsiylə 1:2 nisbətində hazırlanıb gündə 2 dəfə 1 çay qaşığı yeməkdən sonra qəbul etmək olar.
Həmçinin öd tubajı həyata keçirilir. Tubaj proseduru qaraciyərdaxili öd durğunluğunun qarşısını alaraq, ödün öd yollarında hərəkətini asanlaşdırır və onikibarmaq bağırsağa tökülməsini təmin edir. Səhər acqarına ödqovucu Teaxolin çayı içilir və 30 dəqiqə sonra 38-40°C-dək qızdırılmış alma və ya üzüm şirəsi, ya 2-5 xörək qaşığı zeytun yağı, ya da yarım stəkan isti suda həll edilimiş 1 xörək qaşığı bal qarışığı qəbul edilir. Bundan sonra sağ qabırğa altı nahiyəyə isti istiqac (qrelka) qoyulub, sağ tərəf üstə 1,5-2 saat müddətinə yorğana bürünüb uzanılır. Lakin bu müddətdə yatmaq olmaz! Prosedur qurtardıqdan sonra dərindən nəfəs alınır və səhər yeməyi yeyilir.
Öd daşı olanlar USM müayinəsi olunmalıdır, əgər daş varsa bu prosedur qətiyyən olmamalıdır.
Məşhur balqabaq şirəsinə gəldikdə isə bunu öd daşı və bilirubin yüksəkliyi zamanı etmək olmaz.
Üçüncü mərhələdə 10 gün öd daşı çox hallarda əlamətsiz keçirir və müayinələr zamanı təsadüfı tapıntı kimi müəyyən olunur. 
Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının blok edən zaman yaranır. Bu zaman günün 1-ci yarsı 100 ml şirəni içmək olar.
Ev şəraitində hər kəsin istifadə edə biləcəyi bu müalicə zamanı hansı yeməklərin qəbul ediləcəyi də sizdə maraq doğurur.
Birdən-birə çəki almaq və ya itirmək olaz, çünki hər iki halda öd daşı əmələgəlmə riski artır. Bol su içməyi unutmayın!
Maqnezium (badam, keçibuynuzu), fol turşusu (Kahı) və C (itburnu, qarağat) vitaminli qidalarda istifadə edilməlidir, bu mineralların az olması öd daşının yaranmasını artırır. Çəkilmiş ətdən hazırlanmış yeməklərin sayının minimuma endirmək lazımdır. Hər gün 3-4 ədəd iydə yemək mütləqdir. Acı şalğam suyu gündə 2 dəfə qəbul etmək tövsiyə olunur.
Ümumiyyətlə, tez-tez orqanizmdə daş əmələgəlməyə meyilli olanla cəfəri kökünün dəmləməsindən istifadə edə bilər.
Öd daşı artıq kabus və həmən əməliyyata qaçıracaq bir xəstəlik deyil. Bu xəstəliyin risk qrupu daha çox qadınların olmasını nəzərə alsaq müalicə üçün diqqət və səbr tələb olunur. Digər öd daşı əriyən insaların sırasına daxil omaq üçün mərhələlərlə bu müalicələrdən faydalanmaq olar.
modern.az
Share:

Ürək Damar Xəstəlikləri

medicus sum  modern.az a istindən
Ürək-damar sistemi xəstəlikləri hər zamankı kimi indi də ilk sıralarda yer tutur.
Bu xəstəliklər niyə bu qədər artır ki və buna şərait yaradan faktorlardan necə uzaq ola bilərik?
Tibbin ən yaxşı inkişaf etmiş sahələrindən biri də Kardiologiyadı və Azərbaycanda da bu sahədə dünya səviyyəli ixtisaslı kadrlar az deyil.
Hər bir inkişafı nəzərə alsaq, əksinə xəstə və risk qrup sayları artmaqda davam edir. Gündəlik istifadə olunan qidaların enerji paylanması azalıb, mübadilə prosesi zəifləyib, aktiv həyat tərzi bir iş həyatın keçib, yəni həftədə iki dəfə idmanla məşğul olsaq orqanizmə kömək etmiş olarıq kimi yanlış düşüncələr və s.
Bizim orqanizmin işləmə saatı 24-dür və bu zaman fizioloji olaraq tələbat qanununa uyğun çalışır. Çalışma sırasında orqanizmə lazım olanları azaldacağıqsa, risk qurpu və bunu davam etdirəcəyiksə “Xəstə” qrupuna çevrilə bilirik.
Ürək-damar xəstəliklərində daha işemik xəstəliklər – Miokard infarktı, Ateroskleroz, Stenokardiya (Döş inağı) daha çox yer tutur.
Burda istifadə olunan dərmanlar isə təzyiqi normallaşdıran, xolesterolu nizamlayan, qanı durulaşdıran, ürək pompası ilə böyrək arasında dəqiqəlik maye həcminə nəzarət edən müalicələr tətbiq edilir. Bir ömür boyu 3 və ya 4 qrup dərmanları içmək məcburiyyətində qalmaqdansa ona öncədən yardım etmək lazımdır. Sinir faktoru da əlavə olunuqda sakitləşdirici bir dərman da qəbul etməli oluruq.
İndi əksər insan piylənmədən deyil, metaboli sindromdan əziyyət çəkir.
Metabolik sindrom; qarında çevrəsinin böyük olması, qanda  triqiliseridlərin miqdarının 150  mg/dL və daha  yüksək olması, yaxşı xolesterolun (HDL) miqdarının qadınlarda 50 mg/dL, kişilərdə isə 40 mg/dL-dən az olması, sistolik qan təzyiqinin 130 millimetr civə sütunu (mmHg)  və daha çox olması, diastolik qan təzyiqinin 85 mmHg və daha çox olması, qanda qlükozanin 100 mg/dL və daha çox olması, insulinə rezistentlik və ya qlükoza intoleransi (bədən insulin və qan şəkərini uyğun olaraq istifadə edə bilmir).
Bəs, bunun qarşısını necə ala bilərik? Dənəli bitkilərdən, Sarımsaq, limon, dəfnə yarpağı, qreyprfrut, güləm, yemişan meyvəsi və s istifadə etmək lazımdır.
Reseptlər:
Sarımsaq 10 baş (əzmək)
Limon şirəsi 1 litr
20 gün qarışdırıb saxlamaq və gündə 1 xörək qaşığı 2 dəfə yeməkdən sonra qəbul etmək. Mədə xorası olanlar diqqətli olmalıdır. Yeməkdən əvvə l- 2 dəfə zəyərək toxumu dəmləyib istifadə edilməlidir.
Xolesterin yüksəkliyi zamanı:
Zəncirotu kökü 20 q
Yemişan meyvəsi 10 q
Rozmarin 5 q
Qara zirə toxumu 5 q
Götürülüb 200 ml də 20 dq dəmlənib 2 dəfə 100 ml yeməkdən sonra qəbul olunur.
Antikoaqulyant (qan durulaşdırıcı) effektə malik bitkilərdən istifadə məsləhətdir.
Ginqko biloba yarpağı 5 q
Ağ söyüd yarpağı 10 q
Şabalıd çiçəyi 10 q
Qarışdırıb 300 ml də 40 dəq dəmləyib 100 ml 3 dəfə daxilə qəbul olunur.
Sakitləşdirici tərkib:
Melissa 80 q
Lavanda 60 q
Çiçək tozu 100 q
Damotu 80 q
500 q bala qarışdırılır gündə 1 desert qaşığı 2 dəfə yeməkdən sonra yeyilir.
modern.az
Share:

Ürək Damar Xəstəliklərind

Ürək-damar sistemi xəstəlikləri hər zamankı kimi indi də ilk sıralarda yer tutur.
Bu xəstəliklər niyə bu qədər artır ki və buna şərait yaradan faktorlardan necə uzaq ola bilərik?
Tibbin ən yaxşı inkişaf etmiş sahələrindən biri də Kardiologiyadı və Azərbaycanda da bu sahədə dünya səviyyəli ixtisaslı kadrlar az deyil.
Hər bir inkişafı nəzərə alsaq, əksinə xəstə və risk qrup sayları artmaqda davam edir. Gündəlik istifadə olunan qidaların enerji paylanması azalıb, mübadilə prosesi zəifləyib, aktiv həyat tərzi bir iş həyatın keçib, yəni həftədə iki dəfə idmanla məşğul olsaq orqanizmə kömək etmiş olarıq kimi yanlış düşüncələr və s.
Bizim orqanizmin işləmə saatı 24-dür və bu zaman fizioloji olaraq tələbat qanununa uyğun çalışır. Çalışma sırasında orqanizmə lazım olanları azaldacağıqsa, risk qurpu və bunu davam etdirəcəyiksə “Xəstə” qrupuna çevrilə bilirik.
Ürək-damar xəstəliklərində daha işemik xəstəliklər – Miokard infarktı, Ateroskleroz, Stenokardiya (Döş inağı) daha çox yer tutur.
Burda istifadə olunan dərmanlar isə təzyiqi normallaşdıran, xolesterolu nizamlayan, qanı durulaşdıran, ürək pompası ilə böyrək arasında dəqiqəlik maye həcminə nəzarət edən müalicələr tətbiq edilir. Bir ömür boyu 3 və ya 4 qrup dərmanları içmək məcburiyyətində qalmaqdansa ona öncədən yardım etmək lazımdır. Sinir faktoru da əlavə olunuqda sakitləşdirici bir dərman da qəbul etməli oluruq.

İndi əksər insan piylənmədən deyil, metaboli sindromdan əziyyət çəkir.
Metabolik sindrom; qarında çevrəsinin böyük olması, qanda  triqiliseridlərin miqdarının 150  mg/dL və daha  yüksək olması, yaxşı xolesterolun (HDL) miqdarının qadınlarda 50 mg/dL, kişilərdə isə 40 mg/dL-dən az olması, sistolik qan təzyiqinin 130 millimetr civə sütunu (mmHg)  və daha çox olması, diastolik qan təzyiqinin 85 mmHg və daha çox olması, qanda qlükozanin 100 mg/dL və daha çox olması, insulinə rezistentlik və ya qlükoza intoleransi (bədən insulin və qan şəkərini uyğun olaraq istifadə edə bilmir).
Bəs, bunun qarşısını necə ala bilərik? Dənəli bitkilərdən, Sarımsaq, limon, dəfnə yarpağı, qreyprfrut, güləm, yemişan meyvəsi və s istifadə etmək lazımdır.
Reseptlər:
Sarımsaq 10 baş (əzmək)
Limon şirəsi 1 litr
20 gün qarışdırıb saxlamaq və gündə 1 xörək qaşığı 2 dəfə yeməkdən sonra qəbul etmək. Mədə xorası olanlar diqqətli olmalıdır. Yeməkdən əvvə l- 2 dəfə zəyərək toxumu dəmləyib istifadə edilməlidir.
Xolesterin yüksəkliyi zamanı:
Zəncirotu kökü 20 q
Yemişan meyvəsi 10 q
Rozmarin 5 q
Qara zirə toxumu 5 q
Götürülüb 200 ml də 20 dq dəmlənib 2 dəfə 100 ml yeməkdən sonra qəbul olunur.
Antikoaqulyant (qan durulaşdırıcı) effektə malik bitkilərdən istifadə məsləhətdir.
Ginqko biloba yarpağı 5 q
Ağ söyüd yarpağı 10 q
Şabalıd çiçəyi 10 q
Qarışdırıb 300 ml də 40 dəq dəmləyib 100 ml 3 dəfə daxilə qəbul olunur.
Sakitləşdirici tərkib:
Melissa 80 q
Lavanda 60 q
Çiçək tozu 100 q
Damotu 80 q
500 q bala qarışdırılır gündə 1 desert qaşığı 2 dəfə yeməkdən sonra yeyilir.
Share:

Böyrək xəstəliyi və müalicəsi.

-
medicus sum saglamolun.az istinadən xəbər verirki
Düzgün qidalanma. Böyrəklər ət və digər zülal mənşəli qidaları, xüsusən də onların daha tez-tez hallarda və çox miqdarda qəbul edilməsini “sevmirlər”.
Bütün artıq zülallar və onların parçalanma məhsulları, təbii ki, böyrəklər vasitəsi ilə xaric olunmalıdır ki, bu da onların xeyli dərəcədə yüklənməsinə səbəb olur.

Məhz buna görə hazırda dəbdə olan, lakin heç bir ölçü daxilində balanslaşdırılmamış şəkildə tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab olunur. Belə pəhrizlər son nəticədə zülal mübadiləsinin pozulmasına da səbəb ola bilər. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu da onun daha isti, daha yumşaq və daha təhlükəsiz şəkildə qorunmasını təmin edir. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq da böyrəklər üçün zərərli hesab olunur. Pəhriz nəticəsində piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq “lüt” və müdafiəsiz qalır.
Böyrəklər alkoqollu içkilərdən sui-istifadə edilməsini “sevmirlər”. Bu zaman orqanizm onları nəinki parçalamalı, həmçinin onların qalıqlarını da bədəndən böyrəklər vasitəsi ilə xaric etməli olur. Bundan başqa, alkoqol orqanizmin susuzlaşmasına da səbəb olur. Əvvəlcə böyrəklərdən üçqat həcmdə maye keçir – bu zaman orqanizm alkoqolu tez bir zamanda bədəndən xaric etmək üçün özündə olan mayenin xeyli hissəsini sərf etməli olur. Bundan sonra isə bədəndə su qıtlığı yaranır, qan qatılaşır və nəticədə onun böyrəklər tərəfindən filtrasiya edilməsi (süzülməsi) xeyli dərəcədə çətinləşir. 
Xeyli miqdarda duzlu qidaların qəbul edilməsi orqanizmdə su-duz tarazlığının pozulmasına səbəb olur. Bu zaman onu da yadda saxlamaq lazımdır ki, duzdan tam şəkildə imtina edilməsi də (ondan artıq miqdarda istifadə edilməsində olduğu kimi) böyrək çatışmazlığı ilə nəticələnə bilər. İnsan duzdan norma həddində istifadə etməlidir. Adətən, bu norma miqdarı bizim gündəlik qəbul etdiyimiz miqdardan üç dəfə az olur. Biz yaddan çıxarırıq ki, duz bütün qidaların (hətta şirniyyatların) tərkibində olur. Yeməklərə duzu az vurun (!) – siz buna tez bir zamanda öyrəşəcək və onların dadını daha yaxşı hiss edəcəksiniz.
Böyrəklər yüngül sidikqovucu və sidik yollarına dezinfeksiyaedici təsirə malik olan məhsulları və bitkiləri çox “sevirlər”. Bunlara xiyar, balqabaq, cəfəri, şüyüd, kərəviz, itburnu, tozağacı şirəsi, çiyələk, ciyələk yarpağı və digər bu kimi məhsulları aid etmək olar.
Qarpız yeyilməsi böyrəklərin çox yaxşı təmizlənməsinə səbəb olur. Qarpız şirəsi ilk növbədə bədəni su ilə doydurur, onu maye ilə tam təmin edir, qanı durulaşdırır, sonra isə zərərli maddələrlə zənginləşmiş məhlulları böyrəklərdəki süzgəclərdən keçirməklə onları qanın tərkibindən tez bir zamanda asanlıqla təmizləyir və bədəndən xaric edir.
Böyrək xəstəliklərinin, o cümlədən də böyrək daşı xəstəliyinin qarşısını almaq üçün, gün ərzində qəbul edilən maye həcmi 2 litrdən (buraya suplar da daxildir) az olmamalıdır. Ancaq gün ərzində bu həcmdə maye qəbul edilməsi yalnız bədəndə gizli və ya açıq şişkinliklər, böyrək və ya ürək çatışmazlığı olmadığı hallarda yerinə yetirilə bilər.
Heç bir halda bədənin susuzlaşmasına imkan verməyin, isti havalarda bu xüsusən vacib hesab edilir. Bədənin susuzlaşması zamanı bədəndə su-duz mübadiləsindəki tarazlıq pozulur, qan qatılaşır və böyrəklərin onu zərərli maddələrdən təmizləməsi prosesi də xeyli çətinləşir. Əgər siz yanğı hiss etməyə başlayırsınızsa, demək, orqanizmdə susuzlaşma prosesi artıq gedir və böyrəklər də əziyyət çəkməkdədirlər. Ona görə də gün ərzində maye qəbulunu az-az olmaqla daha tez-tez qəbul etməyə çalışın. Həkimlə məsləhətləşmədən heç bir mineral suyu, xüsusən də güclü şəkildə minerallaşmış suları (əgər onlar böyrək xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulsa da) gün ərzində 0,5 litrdən artıq miqdarda qəbul etmək olmaz. Çünki onların tərkibində olan bu və ya digər duzların miqdarı normadan xeyli artıq olur ki, bu da daş əmələ gəlməsinə kömək edə bilər.
- Xroniki infeksiya ocaqları (karioz dişlər, badamcıqların xroniki iltihabı – xroniki tonzillit, adenoidlər, haymorit və s.) böyrəklərə mənfi təsir göstərir. Bu infeksiyalar zəif dərəcədə olsa da, daimi olaraq intoksikasiyaya (zəhərlənmə) səbəb olurlar. Böyrəklər isə öz funksıyalarına uyğun olaraq bu toksik maddələri daim təmizləməlidirlər. Bundan başqa, bu ocaqlarda olan mikroblar qan dövranı ilə böyrəklərə çatdırılaraq onlarda iltihabi prosesin başlanmasına da səbəb ola bilərlər. Tez-tez baş verən anginalar böyrəklər üçün daha qorxulu hesab olunur. Çünki onlar əksər hallarda böyrəklərdə iltihabi prosesin başlamasına səbəb olurlar. Məhz buna görə də keçirilən hər bir kəskin angina xəstəliyindən sonra mütləq sidiyin müayinəsini etmək lazımdır.
Mədə-bağırsaq və cinsiyyət sisteminin iltihabi xəstəliklərinin vaxtında müalicə edilməsi. Bu, qadınlar üçün daha vacib hesab edilir, çünki onların anatomik və fizioloji xüsusiyyətlərindən asılı olaraq infeksiya bağırsaqlardan və cinsi üzvlərdən çox asanlıqla sidik ifrazedici sisteminə keçə bilər. Qadınlarda böyrək xəstəliklərinin kişilərə nisbətən daha çox təsadüf edilməsinin səbəbi də məhz bununla izah olunur.
Sidik kisəsinin tam dolması və qəbizlik insan orqanizminə mənfi təsir göstərir. Əgər insan normal həcmdə maye qəbul edirsə, o, gün ərzində 4-6 dəfə olmaqla sidik kisəsini boşaltmalıdır. Əgər siz bunu daha az sayda edirsinizsə, kifayət qədər su qəbul etmədiyiniz barədə düşünməlisiniz. Yadda saxlamaq lazımdır ki, sidik kisəsinin boşaldılması üçün son ana qədər dözmək də lazım deyil. Belə ki, sidik kisəsi həddindən artıq dolduqda, sidiyin bir hissəsi sidik axarları vasitəsi ilə yenidən böyrəklərə tərəf qaytarıla bilər ki, bu da onlar üçün zərərli hesab edilir. 
Qəbizliklərə gəldikdə isə məlumdur ki, bu zaman bağırsaqda zərərli maddələr yığılır və orqanizmin zəhərlənməsi baş verir. Tənəffüsün çətinləşməsi, yorğunluq və dərinin xoşagəlməz vəziyyəti də bunu sübut edir. Bədəndən xaric olmaq əvəzinə bağırsaqda olan zərərli maddələr qana sorularaq təkrar-təkrar böyrəklərdən keçirlər. Böyrəklər lazım olduqda bir-birini əvəz edə bilsələr də, bağırsaqlarda yığılıb qalan zəhərli maddələrin filtrasiya edilməsinin (süzülməsinin) öhdəsindən gələ bilmirlər. 
Böyrəklər istini “sevir”, soyuğu isə “xoşlamırlar”. Bədəndə tez-tez baş verən soyumalar, soyuq və nəm otaqda yaşamaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq olmaz. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, uzun gödəkçələrə üstünlük vermək lazımdır.
İmmun sisteminin zəifləməsi böyrəklər üçün də zərərlidir. Həddindən artıq yorğunluq, güclü fiziki və mənəvi gərginliklər orqanizmin müqavimətini xeyli dərəcədə zəiflətmiş olur. Bunun nəticəsində orqanizmin immun sistemi, xaricdən bədənə daxil olan və ya bədən daxilində daimi olaraq məskunlaşmış olan mikrobların zərərsizləşdirilməsinin öhdəsindən gələ bilmir, bu isə orqanizmdə müxtəlif orqanların və böyrək xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.
Böyrəklər hərəkəti – bədən tərbiyəsini, rəqs edilməsini də “sevir”. Belə ki, hərəkət bədəndə qan dövranının artmasına - sürətlənməsinə, həmçinin böyrəklərin də qanla təchizatının yaxşılaşmasına səbəb olur. Ancaq onu da yaddan çıxarmaq lazım deyil ki, ağır fiziki işlərlə və ya həddindən artıq idmanla məşğul olarkən orqanizm özünü bərpa etməyə çatdırmır və bu, orqanizm üçün xeyirli faktor hesab edilə bilməz.
- Böyrəklər quru isti havanı çox “sevirlər”. İstidə böyrək damarları da genişlənir, böyrəklərin qan dövranı yaxşılaşır. Quru isti hava böyrəklər üçün xüsusilə xeyirli hesab olunur. Çünki belə şəraitdə insan intensiv şəkildə tərləməyə başlayır. Bu zaman adi halda böyrəklər tərəfindən xaric edilməli olan zərərli maddələrin bir hissəsi tər vasitəsi ilə xaric olur və böyrəklərin işi bir qədər yüngülləşir. Böyrək xəstələri üçün nəzərdə tutulan kurortlarda iqlim məhz isti və quru olur ki, bu da xəstələrin daha çox tərləməsinə səbəb olur. Böyrəkləri sağlam olanlar üçün sauna çox xeyirli hesab olunur
medicus sum
Share:

Mastopatiya nədir?

sagalamolun.az istinadən Mastopatiya - süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər əmələ gəlir.

Bu düyünlər vaxtaşırı olaraq yaranır, inkişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara “mastopatiya” diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu “adi” xəstəlik hesab edirlər. Bəs həqiqət necədir? Bu zaman narahat olmağa dəyərmi? Əlbəttə, dəyər! Məsələ burasındadır ki, mastopatiya fonunda süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Mastopatiya
 əsasən dölyaratma yaşında (25-45 yaş) inkişaf edir. Çox gənc qız uşaqlarında olan mastopatiya isə əksər hallarda, onların orqanizmində hormonal fonun yaşa uyğun olaraq yenidən qurulması ilə əlaqədar yaranmış olur.
Mastopatiyanın ilk əsas səbəbi qadın orqanizmində hormonal tarazlığın pozulmasıdır. Məlum olduğu kimi, aybaşı tsikli (dövrü) hormonlarla tənzimlənir. Süd vəzisi hormon asılılıqlı üzvlərə aiddir. Onun toxuması aybaşı tsiklinin (dövrünün) mərhələlərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Bundan başqa, süd vəzisinin toxumasına böyrəküstü vəzilər, qaxanvari vəzi, mədəaltı vəzi və hipofiz vəzi hormonları da müəyyən təsir göstərirlər. Buna görə də sadalanan orqanların hər hansı birinin xəstəliyi süd vəzilərində də müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb ola bilər.
Mastopatiyanın əmələ gəlməsi üçün “şərait yaradan” faktorlardan biri qadın orqanizminin hormonal sisteminə kobub şəkildə müdaxilə olan abortlar (uşaqsalmalar) hesab edilir. İkinci belə faktor isə qadın cinsi üzvlərinin xəstəlikləridir. Süd vəziləri digər dölyaradıcı üzvlərlə (uşaqlıq, yumurtalıqlar) vahid sistemə daxildirlər. Buna görə də həmin bu sistemdə baş verən hər hansı nasazlıq və pozğunluqlar süd vəzilərinə də öz mənfi təsirlərini göstərirlər.
Mastopatiyanın əmələ gəlməsinə səbəb olan üçüncü əsas faktor isə sinir sistemində baş verən müxtəlif nevroloji pozğunluqlardır (streslər, daimi sinir gərginlikləri, depressiyalar).
Piylənmə, spirtli içkilərin qəbul edilməsi, siqaret çəkilməsi, gecikmiş hamiləlik, şəkərli diabet, süd vəzilərinin müxtəlif travmatik təsirlərə (çox sıx alt paltarların geyilməsi nəticəsində əmələ gələn mikrotravmalar, zərbə, yıxılma, sıxılma və s.) məruz qalması və digər bu kimi faktorlar da mastopatiyanın əmələ gəlməsinə “kömək edən” səbəblərdir.
Süd vəzilərinə zərərli təsir edən faktorlardan biri də həddən artıq dərəcədə qəbul edilən təbii və ya süni günəş vannaları (xüsusən də çimərlik paltarı geyinmədən) hesab edilir.
Mastopatiya zamanı süd vəzilərində kifayət qədər yumşaq olan törəmələr və ya müxtəlif ölçülü düyünlər əmələ gəlir. Aybaşı başlamazdan qabaq onlar ağrılı olaraq qoltuqaltı sahəyə də yayıla bilərlər. Nəzarətsiz buraxılmış formalarda bu ağrılar daimi xarakter alaraq, hətta süd vəzilərinə yüngülcə toxunuş zamanı da arta bilərlər. Mastopatiya zamanı süd vəziləri gilələrindən ağ, sarı, yaşıl rəngə çalan və bəzən də müəyyən iyi olan maye də ifraz oluna bilər.
Mastopatiyanın diffuz və düyünlü formaları olur. Mastopatiyanın düyünlü forması, adətən, 35 yaşdan yuxarı olan qadınlarda təsadüf edilir və süd vəzisinin xərçənginə də keçə bilir. Mastopatiya diaqnozu qoyulmuş qadınlar onkoloji cəhətdən yüksək risk qrupuna aid edilərək mütəmadi olaraq onkoloq-mammoloq tərəfindən müayinə olunmalıdırlar. Lazım olduğu hallarda onlara USM və mammoqrafiya təyin edilir.
Orta hesabla qadınların 50%-i süd vəzilərində olan bərkimə sahələrini özləri aşkar edirlər. Bu isə onlara vaxtında düzgün diaqnoz qoyulması ehtimalını artırır və hətta süd vəzi xərçəngi kimi çox təhlükəli hesab edilən bir xəstəliyin də müvəffəqiyyətlə müalicə olunmasına imkan verir. Məhz buna görə, mütəmadi olaraq, fərdi qaydada qadınların öz süd vəzilərini müayinə etmələri çox vacib hesab edilir.
Bəs mastopatiya xəstəliyi necə müalicə oluna bilər?
İlkin dövrlərində bu xəstəlik asanlıqla və tez bir zamanda müalicə olunur. Məhz buna görə də xəstəliyin ilkin əlamətləri aşkar edilən kimi, təxirə salınmadan həkim-mammoloqa müraciət etmək lazımdır. Süd vəziləri praktiki olaraq heç bir halda öz xəstəliklərinin səbəbkarı olmurlar. Mastopatiyaların əsas səbəbləri əksər hallarda hormonal pozğunluqlar, müxtəlif ginekoloji, nevroloji və digər xəstəliklər olur. Beləliklə, mastopatiyanın müalicəsində əsas məsələ - qadın orqanizmində məhz hansı pozğunluğun onun inkişaf etməsinin səbəbkarı olduğunu müəyyən etməkdən ibarətdir. Bu səbəb müəyyən edildikdən və aradan götürüldükdən sonra süd vəzilərinin vəziyyəti də yaxşılaşmış olur. Cərrahi əməliyyatın aparılması isə yalnız aşkar edilməsi gecikdirilmiş olan, düyünlü mastopatiyalar zamanı tələb olunur.
Hal-hazırda süd vəziləri xəstəliklərinin profilaktikası üçün tərkibində A, E, C vitaminləri, selen və yod mikroelementləri olan bir sıra dərman preparatları və komplekslər hazırlanmışdır. Bundan başqa, süd vəziləri xəstəliklərinin profilaktikası üçün dəniz məhsulları, kələm, kök, tərkibində xeyli miqdarda sellüloz olan meyvələr və digər qidalar mütəmadi olaraq qəbul edilən qida məhsulları sırasına daxil edilməlidir.
Share:

Tənəffüs Xəstəliklərindən Qorunun.

Bu gün tənəffüs yolları xəstəlikləri olduqca geniş yayılıb.  Bu xəstəliyin yaranma səbəbləri, əlamətləri və müalicəsi ilə bağlı ətraflı məlumat almaq üçün həkim-fitoterapevt Elnur Rəhimovla həmsöhbət olduq. Həkim bildirdi ki,  tənəffüs yollarının xəstəliyi zamanı bronx divarlarının daxili selikli qişası iltihablaşaraq şişkinləşir. Xroniki bronxitin ilkin əlamətləri
öskürək, selikli-irinli bəlğəmin xaric olması, təngnəfəslik, tərləmə, temperaturun yüksəlməsidir. Kompleks müalicəyə siqaret, şirniyyat və digər qıcıqlandırıcı qida məhsullarının qəbulunun qadağan olunması ilə başlanır.  

Səbəbləri
Bronxitin səbəbləri də müxtəlifdir. Xəstəliyin inkişafına daxili və xarici amillər təsir edir. Daxili amillərə immun və endokrin sistemin bioloji qüsurları, vegetativ sinir sisteminin xəstəlikləri, infeksion amillər aiddir. İrsi meyl də xüsusi yer tutur. Xarici amillərə isə qeyri-infeksion allergenlər, mexaniki və kimyəvi qıcıqlandırıcılar, sinir-psixi streslərin təsiri aiddir. Xəstəliyin inkişafında allergiyanın da rolu böyükdür. Allergiyanın inkişaf mexanizminə əsasən, qeyri-infeksion allergik və infeksion allergik astma ayırd edilir. Soyuqdəyməyə səbəb olan viruslar  kəskin bronxitə da səbəb olur. Lakin eyni zamanda, qeyri-infeksion bronxitlər də var hansı ki, siqaret tüstüsünə və digər mənşəli tüstülər əmələ gəlir. Bronxitlər eyni zamanda, sizin mədənizdən turşular qida borusuna düşərkən əmələ gələ bilər. Müxtəlif tozlar və tüstülər olan şəraitdə işləyən insanlarda da bronxitlər əmələ gələ bilər. Siqaret çəkən şəxslər və onlarla bir evdə yaşayanlar, xüsusən də uşaqlar kəskin və xronik bronxitlər üçün risk qrupu sayılırlar. Başqa bir səbəb isə iş şəraiti ilə əlaqədardır. Bura tekstil fabriklərində işləyənlər, iş yerində ammonium, turşularla kontaktda olanlar daxildir.
Əlamətləri
Açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir. Bəzi hallarda bəlğəmdə qan qarışığı olur. Bir həftədən uzun sürən xəstəliklər və rəngli bəlğəm bronxitin əlamətləridir. Öskürəkdən başqa bronxitin simptomları boğazda ağrı və spazmalar hissiyyatı, tənəffüsün çətinləşməsi, xırıltı və azacıq hərarətin olmasıdır. 
Bronxitin növləri: kəskin, xroniki və obstruktiv bronxit
Kəskin bronxitlərin inkişafında soyuqlamanın siqaret çəkmənin, spirtli içkilərin qəbulunun, burun-udlaq nahiyəsinin ocaqlı infeksiyalarının rolu böyükdür. Əsasən viruslar tərəfindən törədilir. Həmçinin bronxların fiziki və kimyəvi amillərin təsirindən qıcıqlanması kəskin bronxitin əmələ gəlməsinə səbəb ola bilir.  Kiçik uşaqlarda və qocalarda kəskin bronxitin xronikiyə keçmə ehtimalı yüksəkdir. 
Xroniki bronxit isə nəfəs yollarının daimi iltihabı nəticəsində yaranır. Xroniki bronxitin ilk mərhələsində öskürək yalnız səhərlər yataqdan qalxarkən azacıq bəlğəmlə müşahidə olunur. Əlamət və simptomlar tənəffüsün qısalması, davamlı öskürək, bəlğəmin çox həcmdə olmasıdır. Xroniki bronxitin təhlükəliliyi ondan ibarətdir ki, xroniki iltihab zamanı bronxların divarları nazilir, boşluq genişlənir və bu ağ ciyər emfizemasına və bronxial astmaya gətirir. Xronik bronxit diaqnozu o zaman qoyulur ki,  il ərzində öskürdüyünüz günlərin sayı cəmi ən azı 3 ay etsin və bu 2 il müntəzəm davam etsin.
Obstruktiv bronxit boşluğun sıxılması nəticəsində bronxlardan havanın keçməsinin çətinləşməsi prosesidir.  Obstruktiv bronxiti uzadılmış, nəfəs verildikdə məsafədən eşidilən fit səsi, quru xırıltıya görə tanımaq olar.
Bronxitin müalicəsi  
Bronxitlərin müalicəsi zamanı bəlğəmgətirici (teabronx), antiseptik, iltihab əleyhinə, spazmolitik effektli preparatlar tətbiq edilir. Bunlardan ən çətin müalicə olunanı xroniki obstruktiv bronxitlərdir. Əlavə olaraq xəstəyə  yataq rejimi təyin olunur və siqaret çəkmək qadağan olunur. Öskürməni saxlamağa çalışmayın, çünki öskürək bəlğəmin xaric olmasını təmin edir. Əgər öskürək gecələr sizi yatmağa qoymursa dincələ bilməniz üçün kifayət qədər dərman istifadə edin. Lakin, öskürəyi tam saxlamayın. Ümumiyyətlə, bronxitlərin müalicəsində teabronx və bronxonat kompleks terpaiyada mühüm rol oynayır. Xroniki bronxit zamanı isə teasept və teabronx çaylarının birgə dəmlənib içilməsi məsləhət görülür. Qaragilə və mərcangilə yarpaqlarından, itburnu meyvəsindən hazırlanmış çayları, giləmeyvələr, meyvə və tərəvəzlər də bronxitin müalicəsi üçün istifadə olunur.
Medicus Sum

Share:

Dəmirov Xəstəliyi

Psoriaz xəstəliyi(pullu dəmrov ) dərinin qeyri-infeksion xəstəliklərinə aid olub, əsasən dərini zədələyən dermatozdur. Hal-hazırda bu xəstəliyin autoimmun təbiətli olması güman edilir. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr müəyyən olunur.
Qabarmanın rəngi solğun bozumtul və ya gümüşü rəngdə olub, soyuyub donmuş mum və ya parafini xatırladır (parafin gölməçələri). Psoriatik ləkələr əsasən bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında – diz, dirsək və sağrı nahiyələrində yaranır (ekzema isə əksinə olaraq bu oynaqların daxili səthlərində olur). Buna baxmayaraq psoriaz əlin içi, ayağın altı və xarici cinsiyyət üzvlərindən başqa istənilən nahiyədə baş verə bilər. Psoriaz xroniki xəstəlik olub dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir, residivləşir, bəzən də spontan sağalma müşahidə edilir. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər, belə ki, psoriatik ləkələr kiçik lokal bir zonadan başlamış bütün bədən səthinə kimi hər yeri tutur. Xəstəliyin müalicəsi kifayət qədər çətindir.
Share:

Qurd xəstəlikləri və müalicəsi

Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmintlər parazitlik edə bilərlər. Helmintlər uşağın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir. Buna görə də valideynlər helmintlərlə yoluxma təhlükəsini bir an da yaddan çıxarmamalı – uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət etməyə öyrətməlidir. Ancaq profilaktikaya əməl edilməsi heç də bütün hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, çirkli meyvələrı yeyirlər. Ona görə də 10 yaşına qədər olan praktiki olaraq bütün uşaqlar helmintlərə yoluxmuş olurlar. Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir. Bunu və helmintlərin uşaq orqanizmi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində, həkim-helmintoloqun ilkin məsləhətindən keçməklə, bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür. Lyamblioz Uşağın lyambliozla yoluxması çirkli əllər, yaxşı yuyulmamış meyvə və tərəvəzlər, çirkli su, natəmiz qablardan istifadə edilməsi və s. yollarla baş verir. Lyambliyalar uşaq orqanizmində aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməkdə davam edirlər. Lyamblioz zamanı uşaqlarda nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyatı, qarında ağrı olur. Lyambliyalar uşaq orqanizmini zəhərləyir ki, bu da onun bədənində və sifətində səpgilərin əmələ gəlməsinə səbəb olur. Bütün bu əlamətlərin müşahidə edildiyi halda, həkimə müraciət edərək xüsusi müalicə kursu keçmək lazımdır ki, bu da uşağın bu xəstəlikdən tam şəkildə sağalmasına səbəb olar. Valideynlər bilməlidirlər ki, lyamblioza görə müayinəni ildə 2-3 dəfə təkrar etmək lazımdır. Bu zaman müayinə üçün yalnız təzə (defekasiya aktından 2 saatdan artıq müddət keçməməklə) nəcis götürülməlidir. Bizquyruq Bizquyruqla yoluxmaya enterobioz deyilir. Onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir. Bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir qırıntısına bənzəyir. Enterobioz immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsağın (xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalı dəliyinin iltihabını törədə bilirlər. Appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər. Bizquyruqlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Axşamlar uşaqlar anal dəlik ətrafinı qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar. Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdşləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış olur. Enterobioz zamanı uşaqlar bir çox hallarda ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur. Enterobiozun diaqnostikası bir çox hallarda olduğu kimi, həm nəcisin (bu zaman nəcisdə canlı qurdlar və ya onların yumurtaları aşkar edilir), əksər hallarda isə anus ətrafındakı büküşlərdən götürülən yaxmanın müayinəsi zamanı qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Bu zaman uşağın anusuna xüsusi şəffaf lent yapışdırılır və bir qədər keçdikdən sonra onun üzərində mikroskop altında bizquyruq yumurtalarına görə müayinə aparılır. Enterobiozun müalicəsi ya pediatr ya da helmintoloq (qurdların müalicəsi üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən aparılır. Müalicə zamanı sanitar gigiyenik rejimə də əməl etmək vacib hesab edilir. Hər gün səhər və axşam uşagın anusunun ətrafını yumaq, ora vazelin və ya uşaq kremi sürtmək, axşamlar uşağa dar tuman geyindirmək lazımdır. Səhərlər uşağın tumanını dəyişmək və qaynar suda yumaq, yataq dəstini isə isti ütü ilə ütüləmək lazımdır. Bu zaman mütləq bütün ailə üzvlərini də enterobioza görə müayinə etmək və qurd yumurtaları aşkar edildiyi halda onları da müalicə etmək lazımdır. Müalicədən 10 və 30 gün keçdikdən sonra yuxarıda qeyd edilən qayda üzrə anus büküşlərindən götürülmüş yaxmanın müayinəsi aparılmalıdır. Askarida Askarida - uşaqlarda təsadüf edilən 2-ci daha çox yayılmış qurddur (helmint). Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Onlar insanların bağırsaqlarında parazitlik edirlər. Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, ürəkbulanmaya, gecələr ağızdan tüpürcək axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına, oyanıqlığa səbəb olur. Bəzən askaridalar bağırsaqda o qədər çox olurlar ki, onlar yumaq şəklində bir-birinə dolaşaraq, ağır patoloji hallardan biri hesab edilən bagırsaq keçməməzliyinə səbəb olurlar. Bu halda vəziyyətdən çıxış yolu kimi, cərrahi əməliyyatdan istifadə edilir. Böyüklərə nisbətən uşaqlar askaridaya daha çox hallarda və asanlıqla yoluxurlar. Askarida yumurtaları yaşadığınız evə çirkli ayaqqabılar, müxtəlif meyvə və tərəvəzlərlə, su ilə, natəmiz əllərlə gətirilə bilər. Onların yayılmasında milçəklərin də müəyyən rolu vardır. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Müvafiq mütəxəssis (həkim pediatr və ya helmintoloq) tərəfindən aparılan düzgün müalicədən sonra uşaqlarda praktiki olaraq tam sağalma baş verir. Askaridiozun profilaktikası üçün uşağın sanitar-gigiyenik normalara dəqiq şəkildə əməl etməsinə nəzarət etmək lazımdır. Uşaqlara yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsinə imkan verməmək, milçəklərin otağa daxil ola bilməməsi üçün pəncərələrə tor vurmaq lazımdır. Uşaqların it və pişik askaridaları yumurtaları ilə yoluxması daha təhlükəli hesab edilir. Torpaq və qumda oynayan zaman uşaqlar bu qurd yumurtalarını uda bilərlər. İnsan askaridasından fərqli olaraq heyvan askaridaları qan dövranı ilə bütün orqanizmə yayılaraq müxtəlif orqanlarda (gözlərdə, beyində, ağciyərlərdə) yaşaya bilərlər. Askaridalar öz ifrazatları ilə uşaq orqanizmini zəhərləyərək onlarda ağciyərlərin və dərinin ağır allergik reaksiyalarına səbəb ola bilərlər. Bu askaridaların müalicəsi stasionar (xəstəxana) şəraitində aparılır. Müalicə uzunmüddətli olub, sağalma çətinliklə əldə edilir. Tükbaş qurd Tükbaş qurd - trixosefalez xəstəliyini törədir. Bu qurdun uzunluğu 3-5 sm-ə çatır. Əksər hallarda bu qurd kor bağırsaqda və appendiksda yaşayır. O, bağırsaq divarını deşərək qan ilə qidalanır, bağırsağın iltihabına səbəb olur. Bu qurdlar 5-6 il ömür sürürlər. Tükbaş qurd ilə yoluxma zamanı uşaqların əsas şikayəti qarının sağ tərəfində tutmaşəkilli ağrılar, ürəkbulanma və qusmadan olur. Onlarda ishal və ya qəbizlik, axşam yatarkən ağızdan tüpürcək axması, narahat yuxu, oyanıqlıq, qanazlığı və qandakı müxtəlif dəyişikliklər də təsadüf edilir. Diaqnoz uşağın nəcisinin müayinəsi aparılmaqla təstiq edilir. Aparılan müalicədən sonra tam sağalma qeyd edilir. Bütün bağırsaq parazitləri (qurdları) ilə yoluxmanın profilaktikası sanitar-gigiyenik normalara riayət edilməsindən, qəbul edilməsindən qabaq bütün meyvə və tərəvəzlərin axar su altında yaxşı-yaxşı yuyulmasından ibarətdir. Trixinella Bu xırda qurdla yoluxma yaxşı bişirilməmiş və ya qızardılmamış ət yeyilməsi nəticəsində baş verir. Trixinella insanın əzələlərində (xüsusən, diafraqma, qırtlaq, dil, göz, qabırğaarası əzələlərdə) yaşayır. Xəstəlik qızdırma, əzələ ağrıları, mədə-bağırsaq pozğunluqları, üzün (xüsusən göz qapaqlarının) şişkin olması əlamətləri ilə müşayiət edilir. Bu qurd insan orqanizmini zəhərləyərək miokardit, ağciyərlərin, böyrəklərin iltihabı və s. kimi ağır patoloji hallara səbəb ola bilər. Xəstəliyin tam müalicəsinə nail olmaq çətin olur. Müalicə xəstəxana şəraitində aparılır. Bu qurd ilə yoluxmanın qarşısını almaq üçün aldığınız ətin sanitar nəzarətindən keçməsinə diqqət yetirmək, ətin yaxşı-yaxşı bişirilməsinə və ya qızardılmasına çalışmaq, heç bir halda uşağınızın çiy və ya yarıçiy ət məhsulları yeməsinə icazə verməmək lazımdır. Ankilostomidoz və strongilondoz Bu qurdlar nazik və onikibarmaq bağırsaqlarda parazitlik edirlər. Parazit yumurtaları insan bədəninə ya dəri vasitəsi ilə, ya da çirkli su içməklə, yaxşı yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsi yolu ilə daxil olurlar. Bu helmintlər öz sahibinin qanı ilə qidalanaraq qanazlığına, bir sıra mədə-bağırsaq pozğunluqlarına (qəbizlik, ishal, qusma, ağız suyu ifrazı, qarında köp və ağrı) səbəb olurlar. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Xəstəliyin müalicəsi mürəkkəb olub müvafiq ixtisaslı həkim tərəfindən xəstəxana şəraitində olmaqla aparılır. Müalicədən sonra tam şəkilli sağalma baş verir. Xəstəliyə yoluxmaması üçün uşağınıza torpaq üzərində ayaqyalın gəzməsinə və ya nəm torpaqda uzanmasına, qaynanmamış su içməsinə icazə verməməyiniz, onun yediyi meyvə-tərəvəzləri yaxşı-yaxşı yumağınız məsləhət görülür. Öküz solütörü Öküz solütörü ilə yoluxma mal əti yeyilməsində baş verir. Bu, insanlarda parazitlik edən ən iri helmint sayılır. Onun uzunluğu 5-10 metrədək çata bilir. Yoluxmuş orqanizmdə qidanın bağırsaqda həzm edilməsi pozulur, xəstələrdə ürəkbulanma, qusma, qarında ağrı, qaz olması, qəbizliyə meyllilik, baş gicəllənməsi, sinir oyanıqlığı, artmış iştahanın olması fonunda arıqlama müşayiət edilir. Xəstəliyin diaqnozu nəcisin müayinəsi zamanı qurd yumurtalarının və ya onun bədəninin bir hissəsinin aşkar edilməsi nəticəsində qoyulur. Müalicə müvafiq ixtisaslı həkim-helmintoloq tərəfindən aparılır və tam sağalma ilə nəticələnir. Bu xəstəliyə yoluxmamağın profilaktikası əsasən çiy (çəkilmış ət), yaxşı bişirilməmiş və ya qızardılmamış ət yeyilməməsindən ibarətdir. Heç zaman uşaqlarınıza çəkilmiş çiy ət yeməyə və ya dadına baxmağa imkan verməyin! Donuz solütörü Donuz solütörünün uzunluğu bir neçə metrə çata bilir. Əsasən nazik bağırsaqlarda, əzələlərdə və digər orqanlarda parazitlik edərək orqanizmi zəhərləyir. Xəstəliyin diaqnozu nəcisin və anus ətrafındakı büküşlərdən götürülmüş yaxmanın müayinəsi nəticəsində qoyulur. Yoluxmuş orqanizmin müalicəsi uzun müddət aparılır. Tam müalicəyə nail olmaq çox çətin olur və bəzən cərrahi müdaxilə də tələb olunur. Exinokok Bu helmint insanın qaraciyəri və digər orqan və toxumalarını zədələyir. Exinokok bir kameralı qovuq şəklində olub ölçüləri diametrinə görə bir neçə mm-dən 15-20 sm-dək çata bilər. Qovuq əksər hallarda qara ciyərdə, bir qədər az hallarda ağciyərdə məskən salaraq uzun illər ərzində tədricən böyüyür. İnsanın yoluxması əsasən, tüklərində bu parazitin yumurtaları olan itlərlə ünsiyyət nəticəsində baş verə bilər. İri qurdlar orqanları sıxaraq, yerini dəyişdirərək onların funksiyasının və qan dövranının pozulmasına səbəb ola bilərlər. Qaraciyərin zədələnməsi nəticəsində sağ qabırğa altında ağrılar olur, qaraciyərin ölçüləri böyüyür, onun səthi nahamar olur, bəzən qızdırma, sarılıq, hətta assit (qaraciyər damarlarının sıxılması nəticəsində qarın boşluğunda mayenin yığılması) əmələ gəlir. Ağciyərlərin bu qurdla zədələnməsi zamanı xəstədə quru öskürək, təngnəfəslik, qanlı bəlğəm ifrazı baş verir. Xəstəlik illərlə davam edə bilər. Bu zaman xəstələrin vəziyyəti tədricən ağırlaşmış olur. Xəstəliyin diaqnozu USM (ultrasəs müayinəsi), rentgenoloji və laborator müayinə nəticəsində qoyulur. Bu ağır xəstəliyin müalicəsi yalnız cərrahi yolladır. Xəstəliyin profilaktikası itlərə qulluq zamanı tələb olunan sanitar-gigiyenik qaydalara əməl edilməsindən ibarətdir. Həmçinin, heç bir halda uşaqların həyət itləri ilə ünsiyyətdə olmasına da imkan verməyin. Enli lentşəkilli qurd Bu növ qurdla yoluxma əsasən yaxşı bişirilməmiş və qızardılmamış balıqların yeyilməsi nəticəsində baş verir. Bu qurdun uzunluğu 8-10 m-ə çata bilər. İnsan bədənində illərlə qala bilir. Enli lentşəkilli qurd bağırsağı qıcıqlandırır və xeyli miqdarda B12 vitaminini mənimsədiyi üçün qanazlığına (anemiyaya) səbəb olur. İştahası yaxşı olmasına baxmayaraq uşaq kəskin şəkildə arıqlayır. Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının və ya onun bədəninin bir hissəsinin aşkar edilməsi nəticəsində qoyulur. Müalicə müvafiq ixtisaslı həkim tərəfindən aparılır ki, bu da tam şəkilli sağalma ilə nəticələnir. Xəstəliyin profilaktikası əsasən, çiy, yaxşı bişirilməmiş və qızardılmamış, hisə və buxara yaxşı verilməmiş balıqların və pis duzlanmış kürünün qəbul edilməməsindən ibarətdir. Lentşəkilli cırtdan qurd Bu qurdun uzunluğu 1,5-3 sm olur. Natəmiz əllər vasitəsi ilə təkrar özünü yoluxdurmalar baş verdiyi üçün qurd uzun müddət insan orqanizmindən tam şəkildə yox olmur. Lentşəkilli cırtdan qurd əsasən nazik bağırsağı zədələyərək onun iltihablaşmasına və hətta xoraların da əmələ gəlməsinə səbəb olur. Uşaq orqanizmində yüzlərlə belə helmintlərin yaşaması onun orqanizmi üçün ağır və təhlükəlı xəstəliyə çevrilə bilər. Belə uşaqlar arıqlayır, əzgin, solğun görünürlər. Onlarda bağırsaq pozğunluqları, ishal, nəcisdə xeyli miqdarda seliyin olması, sinir sistemi tərəfindən (hətta bəzən özündəngetmə və qıcolma tutmaları baş verməklə) müxtəlif pozğunluqlar da rast gələ bilər. Lentşəkilli cırtdan qurdun ömrü bir aydan artıq deyil. Ancaq təkrar özünü yoluxdurmalar baş verdiyi xəstəlik illərlə davam edə bilər. Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının aşkar edilməsi nəticəsində dəqiqləşə bilər. Sanitar gigiyenik qaydalara əməl edildiyi halda, aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnə bilər. Lentşəkilli balqabaq qurdu Bu qurdun uzunluğu 20-70 sm-ədək çata bilər. O, itlərin adi parazitidir. Xəstəliyə yoluxmuş uşaqlarda qarın nahiyəsində ağrılar, ürəkbulanma, qusma, baş ağrısı, ümumi zəiflik müşahidə edilir. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnir. Xəstəliyin profilaktikası itlərlə ünsiyyətdə olarkən tələb olunan sanitar-gigiyenik qaydalara əməl edilməsindən ibarətdir. Lentşəkilli pişik qurdu Bu helmint qaraciyərdə, öd kisəsində, mədəaltı vəzidə parazitlik edərək, insan orqanizmində 20-40 il müddətində yaşaya bilir. Yoluxma çiy, buzlu, az duzlanmış balıqla qidalanma nəticəsində baş verir. Lentşəkilli pişik qurdu həzm üzvlərinin funksiyasını pozur, qaraciyəri zədələyir. Xəstədə qarınüstü, sağ qabırğaaltında ağrılar olur, ürəkbulanma, qusma, başgicəllənmə, zəiflik, iştahanın azalması, qaraciyərin böyüməsi baş verir. Yoluxmuş uşaq öz yaşıdlarından fiziki inkişafına görə geri qalmağa başlayır. Diaqnoz nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Müalicə yalnız bu sahə üzrə ixtisaslaşmış həkim tərəfindən aparılır. Xəstəliyin tam şəkildə müalicə edilməsi çətin olur. Bu xəstəliyə yoluxmanın profilaktikası çiy, natamam bişmiş (və ya qızardılmış) balıqların yeyilməsindən imtina etməkdən ibarətdir.
Share:

Bədəndə duzlaşma

Medicus Sum istinad verərək
İnsanlar yaşlandıqca bu xəstəliklə daha çox qarşılaşırlar

 

Bu gün yaşlı qohumlarımızın bir çoxunun duzlaşmadan şikayətlənməsinə tez-tez rast gəlirik. Bunu ostroxandroz da adlandırırlar. Revmatizm xəstəliklərindən sayılan duzlaşma insanlar yaşlandıqca paralel olaraq üzə çıxır, xüsusən qadınlarda və 55 yaşından yuxarı kişilərdə daha çox təsadüf edilir. Ümumilikdə, xəstəlik qadınları daha çox "sevir". Dünya ölkələrində əhalinin təxminən 10 faizi duzlaşmadan əziyyət çəkir və daha çox oynaq ağrıları şəklində özünü göstərir. Kişilərdə sümüklərin uclarındakı qığırdağın yaşlanması ilə ağrı və hərəkətin qabiliyyətinin məhdudlaşması formasında özünü göstərir. Duzlaşma zamanı insan sinir ağrıları, səhər yataqdan qalxmaq istərkən oynaqların tutulmaları, hərəkət etdikcə duyulan sürtünmə səsləri ilə qarşılaşır. Nəticədə duzlaşmadan əziyyət çəkən insanlar oturub-qalxmaq, nərdivana çıxmaq kimi sadə hərəkətləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Ancaq erkən dönəmlərdə müalicəyə başlamaqla bu xəstəliyin inkişafının qarşısını almaq mümkündür. Bu, fiziki terapiya və reablitasiya sahəsindəki tanınmış mütəxəssislərin yekdil qənaətidir. Əl, diz, çanaq və onurğada duzlaşmadan şikayətlənənlər üstünlük təşkil edirlər. Əlləri bu xəstəliyə tutulanların barmaqlarının ucları şişir, ağrı və səhərlər barmaqların qısa müddətli tutulması müşahidə olunur. Bu ağrılarla qadınlardaha çox rastlaşırlar.

Dizin duzlaşması da qadınlarda daha çox müşahidə olunur. Bədənin bu hissəsindəki duzlaşma səhərlər ayağın qısa müddət tutulması, dizlərdə hərəkət edən zaman sürtünmə səsi, zamanla hərəkət qabiliyyətinin məhdudlaşması formasında özünü göstərir. Belə xəstələr çömbələndə, nərdivanla enib-çıxanda və stula oturub qalxarkən əziyyət çəkirlər. Ağırlaşma formalarında sümüklərin deformasiyaya uğraması və ayaqların tutulması mümkündür. Çanaqda duzlaşmaya kişilərdə qadınlarla nisbətən daha çox təsadüf olunur. Sinir ağrısı olur, insan yeriməkdə çətinlik çəkir, ayağını nisbətən yüksək bir yerə qoymaq ağrı ilə üzləşməklə nəticələnir. Xəstələr hətta corablarını belə geyinə bilmədiklərini söyləyirlər. Onurğa duzlaşmaları durumunda fəqərələrin yanlarında ağrı yaranır, hərəkət etmək çətinləşir, ağrılar ayaqlara yayılır. Ayaqların ağrıması onurğadan keçərək ayağa gedən sinirin sıxılması, kanalın daralmasıyla bağlıdır. Belə vəziyyətlərdə bəzən həkimlər düzgün diaqnoz qoya bilmir, fəqərə yırtığının olduğunu düşünürlər.

Duzlaşmanın müalicəsi zamanı məqsəd xəstənin ağrısının, bədəninin harasındasa tutulma, qıc olma varsa, onun aradan qaldırılması, beləliklə də yaşam qabiliyyətinin artırılmasıdır. Hərəkət funksiyalarını qorumaq çox əhəmiyyətlidir. Bunun üçün fiziki terapiya, arıqlama ilə bağlı tövsiyyələr əsasdır. Həkimlər xüsusi dərmanlar da yazırlar. Günümüzdə qığırdağın bərpasına kömək edən dərmanlar xəstələr tərəfindən xüsusən istifadə olunur. Son illər cərrahi müdaxilədən də tez-tez istifadə olunur. Tibbi müalicəyə cavab verməyən və xəstəliyin çox inkişaf etdiyi insanlarda cərrahi əməliyyatlarla funksiyaların bərpası cəhdi səmərə verir.

Düzgün müalicə bədənin müqavimətini artırır. Xüsusən idmanla məşğul olmaq məsləhətdir. Çünki bu zaman bədəndəki su və digər artıq maddələr əvvəlcə qığırdağın içərisinə, sonra bədən xaricinə hərəkət edir. İdman hərəkətləri bədənin sağlamığına çox müsbət təsir göstərir. Digər tərəfdən, yağlı yeməklər çox yeməmək məsləhətdir. Çünki bu, kökəlməyə, o da öz növbəsində duzlaşmaya yol açır. Artıq çəki bədəndə xüsusən çanaq, diz və belin elastikliyini zəiflədir. Ona görə də sağlamlığa zərər verməyən arıqlama proqramlarından istifadə etmək məsləhətdir. Çox ağrıların müşahidə olunduğu dönəmlərdə xəstələrə istirahət etmək məqbuldur. Ancaq istirahət dövrü qısa müddətdə olmalıdır. Çünki uzun müddətli istirahət qığırdağın qidalanmasını azaldır. Güclü ağrı və şişlərin olduğu dönəmdə gündə 3-4 dəfə, 15-20 dəqiqə aralığı ilə soyuq kompresdən istifadə edilməsini həkimlər məsləhət görürlər. Çünki bu, daxildəki duzlaşmanın parçalanmasına kömək edir. Müəyyən hallarda isti vanna, yaxud duş, elektromasaj da xəstəyə kömək edə bilir. Çünki bu halda qan damarları genişlənir və qan dövranının sürəti artır. Bu da qığırdaqların qidalanmasını asanlaşdırır.

 

Share:

Bildiyimiz kimi sızanaqlar bizim qlobal problərimizdən biridir.
Sızanaqlara öz növbəsində hormonal və müxtalif problərdən(mədə, bagirsaq, qurd və s.) hormanal olanda bunun əksinə çıxmaq heçcürə düzgün deyil bu sizdə fəsadlar törədəcək. Siz həkimə müraciət etsəz daha duzgun olar.
Sızanaqlari yaradanlardan bir hissəsidə bakterialardı buda natəmizlik və müxtəlif səbəblərdən olur.
Indi isə insan  dərisində effekt yaradan maskalar deyiləcə və ümid edirikki xeyri olacaq
Ballı darçınlı maska

3 yemək qaşığı süzmə bal

3 yemək qaşığı darçın

Yuxarıdakıları qarışıq halına gətirib yatmazdan təxminən 20 dəqiqə əvvəl üzünüzə sürtün. Bal və darçın maskası dərhal quruyacaq və gecə boyunca üzdə və dərinin digər bölgələrində sızanaqlara səbəb olan toksinləri və bakteriyaları dəridən atacaq.
Aspirinli maska

Aspirinin içində dəriyə faydalı salisil turşusu var. Limon suyu isə antibakterial bir xüsusiyyətə sahibdir və dəri tonunu tarazlayan limon turşudur. Bal sakitləşdirici təsirə malikdir, qabartma tozu maskanı təmizləmək üçün istifadə edilə bilər. 3-6 ədəd aspirin, 1 limon, karbonat, aspirini əzmək üçün bir stəkan, dayaz bir çanaq, isti bal və üzü nəmləndirmək üçün krem və ya təbii badam, zeytun yaxud kokos yağı.

İstifadə edəcəyiniz miqdara görə 3-6 arası aspirini stəkanın köməyi ilə əzin. Sonra aspirini çanağın içərisinə qoyun. Hər 3 aspirin üçün bir yemək qaşığı təzə limon suyunu aspirinin olduğu qaba boşaldıb, aspirinin sıx bir səviyyəyə gəlməsini gözləyin. Əgər quru bir dəriyə sahibsinizsə, qarışığa bir yemək qaşığı ya da daha çox isti bal, nəmləndirici və ya bir neçə damla təbii yağ (badam, zeytun, hindqozu) əlavə edin. Yaxşıca qarışdırın. Əksinə yağlı bir dəriyə sahibsinizsə, bu qisimi keçib yerinə bir neçə damla daha limon suyu əlavə edə bilərsiniz. Maskanı bütün üzünüzə, ya da sızanaq bölgəsinə tətbiq edib qurumasını gözləyin. Quruduqdan sonra karbonata batırılmış isti və nəm parçanın köməyi ilə üzünüzü təmizləyin.

Gil maskası

1,5 çay qaşığı gil

1 şirniyyat qaşığı badam yağı

1 şirniyyat qaşığı bal

Məhsulların hamısını qarışdıraraq dərinizə sürtün. 40 dəqiqə gözlədikdən sonra yuyun. Sonra yenidən dərinizi bir də soyuq su ilə yuyun. Nəmləndirici sürtərək prosesi sonlandıra bilərsiniz. Bu maskanı həftədə 1 dəfə tətbiq etmək olar.
Hazirladi. Medicus sum

Share:

Sızanaqlar haqda melumat

Bildiyimiz kimi sızanaqlar bizim qlobal problərimizdən biridir.
Sızanaqlara öz növbəsində hormonal və müxtalif problərdən(mədə, bagirsaq, qurd və s.) hormanal olanda bunun əksinə çıxmaq heçcürə düzgün deyil bu sizdə fəsadlar törədəcək. Siz həkimə müraciət etsəz daha duzgun olar.
Sızanaqlari yaradanlardan bir hissəsidə bakterialardı buda natəmizlik və müxtəlif səbəblərdən olur.
Indi isə insan  dərisində effekt yaradan maskalar deyiləcə və ümid edirikki xeyri olacaq
Ballı darçınlı maska

3 yemək qaşığı süzmə bal

3 yemək qaşığı darçın

Yuxarıdakıları qarışıq halına gətirib yatmazdan təxminən 20 dəqiqə əvvəl üzünüzə sürtün. Bal və darçın maskası dərhal quruyacaq və gecə boyunca üzdə və dərinin digər bölgələrində sızanaqlara səbəb olan toksinləri və bakteriyaları dəridən atacaq.
spirinli maska

Aspirinin içində dəriyə faydalı salisil turşusu var. Limon suyu isə antibakterial bir xüsusiyyətə sahibdir və dəri tonunu tarazlayan limon turşudur. Bal sakitləşdirici təsirə malikdir, qabartma tozu maskanı təmizləmək üçün istifadə edilə bilər. 3-6 ədəd aspirin, 1 limon, karbonat, aspirini əzmək üçün bir stəkan, dayaz bir çanaq, isti bal və üzü nəmləndirmək üçün krem və ya təbii badam, zeytun yaxud kokos yağı.

İstifadə edəcəyiniz miqdara görə 3-6 arası aspirini stəkanın köməyi ilə əzin. Sonra aspirini çanağın içərisinə qoyun. Hər 3 aspirin üçün bir yemək qaşığı təzə limon suyunu aspirinin olduğu qaba boşaldıb, aspirinin sıx bir səviyyəyə gəlməsini gözləyin. Əgər quru bir dəriyə sahibsinizsə, qarışığa bir yemək qaşığı ya da daha çox isti bal, nəmləndirici və ya bir neçə damla təbii yağ (badam, zeytun, hindqozu) əlavə edin. Yaxşıca qarışdırın. Əksinə yağlı bir dəriyə sahibsinizsə, bu qisimi keçib yerinə bir neçə damla daha limon suyu əlavə edə bilərsiniz. Maskanı bütün üzünüzə, ya da sızanaq bölgəsinə tətbiq edib qurumasını gözləyin. Quruduqdan sonra karbonata batırılmış isti və nəm parçanın köməyi ilə üzünüzü təmizləyin.

Gil maskası

1,5 çay qaşığı gil

1 şirniyyat qaşığı badam yağı

1 şirniyyat qaşığı bal

Məhsulların hamısını qarışdıraraq dərinizə sürtün. 40 dəqiqə gözlədikdən sonra yuyun. Sonra yenidən dərinizi bir də soyuq su ilə yuyun. Nəmləndirici sürtərək prosesi sonlandıra bilərsiniz. Bu maskanı həftədə 1 dəfə tətbiq etmək olar.
Hazirladi. Medicus sum

Share:

Kişilərin ölümü- Prostat vəzi xəstəliyi- Onu türkəçarə də sağaldır


 Son vaxtlar Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər. Bu xəstəlik cavanlaşan xəstəliklər sırasındadır.
Bu yazıda prostat vəzinin adenoması haqqında məlumat verəcəyik. Məqsəd tək bu xəstəliyə mübtəla olanları yox, hər kəsi məlumatlandırmaqdır.
Prostat vəzinin quruluşu
Prostat vəzi –kiçik çanaqda, sidikliyin altında, sidik cinsiyyət diafraqmasının üzərində, qasıq bitişməsinin arxasında, düz bağırsağın önündə yerləşir və boz rəngdə olub sərt konsistensiyalıdır.
Prostat vəzinin çəkisi 20-25 q, köndələn ölçüsü 4 sm, boylama ölçüsü 3 sm, qalınlığı 2 sm qədərdir. Prostat vəzinin əsası sidikliyin yuxarı hissəsinə, zirvəsi isə sidik cinsiyyət diafraqmasına baxır. Prostat vəzinin ön və arxa səthləri vardır. Vəzin ön səthi qasıq bitişməsinə, arxa səthi düz bağırsaq ampuluna söykənir.
Prostat vəzinin adenoması nədir?
Prostat vəzinin adenoması - prostat vəzinin xoşxassəli şişidir. Buna görə də bu xəstəliyin digər rəsmi adı – prostat vəzinin xoşxassəli hiperplaziyası (boyüməsi). Prostat vəzinin adenoması kişilər arasında çox yayılmış xəstəlik olub, adətən, yaşı 40-dan yuxarı olan kişilərdə təsadüf edilir.
Prostat vəzinin adenomasının əmələ gəlməsinin əsas səbəbi bu günə qədər hələ də dəqiq müəyyən edilməmişdir. Ancaq xəstəliyin daha çox yaşlı kişilərdə inkişaf etməsini nəzərə alaraq, həkimlər onun əsas səbəbini yaşın artması ilə əlaqədar olaraq, qanda kişi cinsi hormonu olan testosteronun azalması ilə izah edirlər. Prostat vəzi adenomasının inkişaf etməsinə təsir edə bilən digər faktorlar isə aşağıdakılardır:
- irsiyyət faktoru;
- sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri;
- sidik-cinsiyyət üzvlərinin travmaları;
- oturaq iş və yaşayış tərzi;
- spirtli içkilərin qəbul edilməsi;
- tez-tez baş verən qəbizliklər;
- qaydasız cinsi əlaqələr;
- immunitetin zəifləməsi və s.
Xəstəliyin əlamətləri
 Xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından sikayət edirlər. Oyanandan sonra isə xəstə sidik kisəsini dərhal boşalda bilmir və bir müddət müəyyən qədər güc verməli olur. Bu zaman sidiyin axın sürəti də zəifləmiş olur və arabir hətta kəsilə də bilir.
Xəstəliyin ikinci mərhələsində sidik ifrazı pozğunluqları daha da artmağa başlayır. Sidik ifrazının tezliyi daha da artır, axşamlar xəstə sidik ifrazına bir neçə dəfə durur. Bəzi hallarda sidik ifrazı dayanmış olur və xəstə uzun müddət sidik ifraz edə bilmir. Xəstədə sidik ifrazının əvvəlində və sonunda ağrı olur, aralıq, qasıq, xayalıq nahiyəsində sızıldayan ağrılar, ereksiya və toxum xaricetmə pozğunluqları baş verir. Kişilərdə normal sidiyə getmə prosesindən sidik kisəsində qalıq sidik qalmamalı və onun həcmi 12 ml-dən az olmalıdır. Prostat adenoması olan kişilərdə isə sidik ifrazından sonra sidik kisəsində 100 ml-dən çox sidik qalması probemin olduğunu göstərir.
Xəstəliyin tibbi müalicəsi
Prostat vəzinin adenomasının diaqnozun qoyulması kifayət qədər asandır. Artıq ilkin tanışlıq zamanı təcrübəli həkim müayinə olunan şəxsdə adenomanın olması barədə şübhələnə bilər. Sonra barmaqla rektal müayinə aparılır. Arxa (anal) dəlikdən düz bağırsağa daxil olmaqla həkim barmaqla prostat vəzini əlləyir, onun ölçülərini, hüdudlarını, konsistensiyasını müəyyən edir. Xəstəyə həmçinin USM, qan və sidiyin ümumi müayinəsi, qanın prostatspesifik antigenə (PSA) müayinəsi təyin edilir. PSA spesifik zülal olub, səviyyəsinin yüksəldiyi hallarda həkimlər xəstədə prostatit, prostat vəzinin adenoması, həmçinin prostat vəzinin xərçənginin olması barədə düşünə bilərlər. Qanda PSA-nin miqdarının təyin edilməsi çox vacib bir müayinə olub, yaşı 45-dən artıq olan bütün kişilərdə, ildə iki dəfə olmaqla, profilaktik müayinələr zamanı təyin edilməlidir.
Əfsuslar olsun ki, kişilər əksər hallarda, hətta kəskin ağrılar və sidik ifrazı pozğunluqları olduğu halda da həkimə müraciət etməyə tələsmirlər. Bu isə yolverilməzdir! Çünki vaxtında müalicə olunmadığı hallarda prostat vəzinin adenoması bir sıra çox ağır fəsadlara səbəb olur:
- sidik ifrazının kəskin şəkildə dayanması – bu zaman prostat vəzinin adenoması sidik kanalını tam şəkildə bağladığı üçün sidik ifrazı mümkün olmur;
- xroniki sistit və pielonefrit -- sidik kisəsi və böyrəklərin iltihabi zədələnməsi;
- xroniki böyrək çatışmazlığı;
- sidik kisəsində daşların əmələ gəlməsi;
- adenoması olan prostat vəzinin genişlənmiş venoz damarlarından qan axması. Bu hal təcili cərrahi əməliyyat olunmasını tələb edir;
- sidik kisəsi divarının əzələ qatının kəskin şəkildə nazikləşməsi və s.
Bundan başqa, həzm sistemi və həmçinin cinsi funksiyaların pozğunluqları da qeyd edilir.
Prostat vəzinin adenoması müalicəyə tabe olan xəstəlik hesab edilir. Bu halda xəstə müalicə məqsədi ilə tibbi yardım alınması üçün həkimə nə qədər tez müraciət edərsə, xəstəliyin müalicəsi daha yüngül və tez baş verər. Xəstəliyin medikamentoz (dərmanlarla) müalicəsi yalnız ilkin dövrlərdə (xəstə sidiyə sərbəst şəkildə gedə bilir və sidiyin sidik kisəsindən ifrazı tam şəkildə olur) effektiv olur. Xəstəliyin daha gecikmiş formalarında isə həkimlər yalnız cərrahi müdaxilədən istifadə edirlər. Məhz buna görə, sidik ifrazı pozğunluğunun ilkin olaraq baş verdiyi hallarda həkimə müraciət edilməsi çox böyük əhəmiyyətə malikdir.
Xəstəliyin türkəçarə yolu ilə müalicəsi
Balqabaq toxumları götürülüb təmizlənilir və 0,5 kq balla qarışdırılır. Qoz kimi yumrulanır, səhər, günorta və axşam qəbul edilir.
Soğan qabığı dəmlənir, yeməkdən 30 dəqiqə əvvəl olmaqla gündə 3 dəfə qəbul edilir. Müalicə üsulu 5 gün davam etdirilir, 5 fasilə verilir və fasilə vaxtı duz vannaları qəbul edilir. Kətan parçası duzlu suda isladılır və aşağı ətraflara bükülür. 5 gün davam etdikdən sonra növbəti 5 gün soğan dəmləməsi içilir. Gün ərzində 20-30 ədəd balqabaq toxumu yeyilməsi də yaxşı təsir göstərir.
Şaxtagülü və novruzgülü bitkilərindən istifadı etmək olar.
Teamen çayından istifadə məsləhətlidir.
Badyan cövhəri 5-6 ay müddətində qəbul etmək olar.
Share:

Xərçəngə Sonmu?

Xərçəng hüceyrələrini 2 gündə məhv edən bitki-  ELMİ NƏTİCƏ
 ABŞ-ın Atlanta Universitetində siçanlar üzərində 2 mərhələdə aparılan təcrübələr həyata keçirilib. 
Işgın (bizim dildə- Çaşır) adlandırılan bitkinin tərkibində olan parietin adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə yeridilib. Təkcə 2 gün ərzində xərçəng hüceyrələrinin yarısının öldüyü məlum olub. Piqmentin modifikasiya edilmiş bir növünün də şişlərin inkişafını azaltdığı müəyyən olunub. Araşdırmanın nəticəsi xərçəng xəstəliyinə qarşı yeni effektiv dərmanın yaradılmaına imkan verəcək
   
Share:

Cəlilzadə Əziz Istinad verərək quru dəri haqda

Quru deri
Cavan qadınlarda quru dəri zərif, elastik və yaxşı dartılmış şəkildə olur. Dəridəki məsamələr bağlı olaraq nəzərə çarpmır, səthində praktiki olaraq sızanaq və civzələrə rast gəlinmir. Yağlı dərisi olanlar onları “bəxtəvər!” deyə adlandıra bilər. Ancaq hər şey heç de belə sadə deyil. Quru dəriyə daim olaraq düzgün qulluq etmədikdə o, tez bir zamanda qocalaraq qırışlarla örtülə bilər. Dərinin quru olmasının səbəbi piy vəziləri tərəfindən kifayət qədər piyin ifraz olunmamasıdır. Bu piy dərini qurumaqdan qoruyur, elastikliyini saxlayır və nəticədə qocalmaqdan qoruyur.
Dərinin quruluğu irsi xarakterli, düzgün olmayaraq tutulan pəhrizdən, dəriyə heç qulluq edilməməsi və ya səhv qulluq edilməsi, yaşa uyğun dəyişikliklər və s. səbəblərdən ola bilər.
Bir çox hallarda dərinin quruluğu bəzi xəstəliklər (sinir, mədə-bağırsaq, endokrin sistemləri), vitamin çatışmazlıqları və digər səbəblər nəticəsində baş verir. Ona görə də əgər əvvəllər normal və ya yağlı olan dərinizin birdən-birə quru olmasını müşahidə etsəniz, ilk növbədə həkimə müraciət edin. Bu halda aşkar oluna biləcək əsas xəstəlikdən müalicə olunduqdan sonra öz dərinizin vəziyyətini də yaxşılaşdıra bilərsiniz.
Əlbəttə ki, əgər dərinizin quru olması sizə irsən verilmişdirsə, siz onu heç cür yağlı edə bilməzsiniz. Ancaq daimi, səliqəli və diqqətli qulluq edilməsi nəticəsində sizin dəriniz uzun müddət ərzində cavan və sağlam qala bilər. Belə qulluq edilməsini digər dəri tiplərində olduğu kimi, 17-18 yaşından gec olmamaqla başlamaq lazımdır.
Quru dəri çox zərif olur. Belə ki, o özünə kifayət qədər qulluq edilməməsi kimi, həddən artıq dərəcədə aktiv qulluq edilməsinə də pis reaksiya verə bilər. Ona görə də onu xeyli sayda qulluq vasitələri ilə “yormaq” da olmaz.
Quru dəri üçün süd, kərə yağı, balıq yağı, yumurta sarısı, qara ciyər, kök, yaşıl soğan, kahı, ispanaq, pomidor və s. məhsullar çox xeyirli hesab edilir. Dərisi quru olan insanlara gün ərzində 1,5 – 2 l maye qəbul etmək lazımdır.
Quru dərini yay aylarında sərin, qış aylarında isə otaq temperaturunda olmaqla, ancaq içməli və ya mineral su ilə, ən pis halda isə qaynadılmış su ilə təmizləmək lazımdır. Soyuq, isti və cod su quru dəri üçün mütləq əks göstəriş hesab edilir! Quru dəriyə qulluq edilməsi zamanı sabundan da istifadə etmək olmaz.
Quru dərini təmizləyərkən məhz bu tip dəri üçün nəzərdə tutulmuş təmizləyici vasitələrdən (“penka” və s.) istifadə etmək lazımdır. Bu vasitələr, demək olar, köpüklənmirlər və onlardan istifadə edildikdən sonra üzün dərisinin dartılması hissiyyatı baş vermir. Qıcıqlanmaya və qızarmağa meylli olan dərilər üçün isə xüsusi preparatlar hazırlanmışdır ki, onlar dərini təmizləməkdən savayı, onun qızarmasını və qıcıqlanmasını da aradan götürə bilir.
Dərinizi təmizlədikdən sonra onu tərkibində spirt olmayan toniklə silin və üzərinə yüngül gündüz kremi çəkin. Nazik qatla dəriyə çəkdikdən 20 dəqiqə sonra kremin qalıqları dəridən yumşaq nəm salfet ilə silinməlidir.
Mövsümündən asılı olmayaraq günəşli havada çölə çıxdıqda üzünüzə tərkibində xüsusi filtrləri olan günəşdənqoruyucu krem çəkin.
Quru dəri qıcıqlanmağa çox meylli olduğu üçün istənilən kremi, maskanı tətbiq etməmişdən qabaq, sınaq məqsədi ilə, qulağın arxa tərəfi və ya dirsək büküşünün az bir sahəsinə həmin vasitədən sürtmək lazımdır. Sonrakı 1-2 saat ərzində dəridə qızartı, qaşınma, yandırma hissiyyatı olmazsa, həmin krem və ya maskanı işlətmək olar.
Axşamlar quru dərini bu tip dəri üçün nəzərdə tutulmuş tərkibində sakitləşdirici və qidalandırıcı maddələr olan kosmetik süd ilə təmizləmək olar. Quru və həssas dəri üçün nəzərdə tutulmuş təmizləyici krem və yağlardan da istifadə etmək olar. Kosmetik südün qalıqlarını nəm tamponla yaxşı sildikdən sonra, dəriyə quru dəri üçün nəzərdə tutulmuş gecə kremi çəkmək lazımdır. Səhər və axşam göz qapaqları dərisinə və dodaqlara da məhz onlar üçün nəzərdə tutulan xüsusi kremlər çəkmək tövsiyə olunur.
Sizin dəriniz yuyulmaq üçün nəzərdə tutulan istənilən kosmetik vasitələrə pis reaksiya verərsa, onu kefir, xama, asidofilin, qatıq və s. ağartılardan biri ilə təmizləmək olar. Bu məhsullardan birini bolluca dərinizə sürtün, daha sonra onu içməli və ya mineral su ilə yuyun.
Bəzi hallarda çox quru və həssas dəri, ümumiyyətlə, su ilə yuyulmasına çox pis “cavab verir” – dəri həddən artıq dartılır, qabıq verir. Bu halda belə dəri bir qədər qızdırılmış rafinəedilmiş günəbaxan və ya zeytun yağında, maye şəkilli kremdə və ya tərkibində spirt olmayan və quru dəri üçün nəzərdə tutulan tualet suyunda isladılmış tampon ilə təmizlənir. Müəyyən müddət keçdikdən sonra yağ və ya krem qalıqları yumşaq kağız salfet ilə silinir.
Quru və həssas dərinin təmizlənməsi üçün ev şəraitində hazırlanmış yumşaq lasyonlardan da istifadə etmək olar:
- 2 xörək qaşığı qızıl gül, jasmin, çobanyastığı, cökə ləçəkləri qarışığına 200 ml qaynar su əlavə edilir. 1 saat saxladıqdan sonra alınan dəmləmə süzğəcdən keçirilir. Təmiz pambıq diski bu mayenin içində islatmaqla, dərinizi tədricən, masaj xəttləri üzrə təmizləyin. Alınan lasyon eyni miqdarda süd ilə də qarışdırıla bilər.
- 2 xörək qaşığı yulaf yarması (“herkules”) üzərinə 1 litr qaynar su əlavə edilərək dəmlənir və soyuduqdan sonra tənzifdən süzülür. Alınan dəmləmə quru dərini təmizləmək üçün istifadə olunur.
- 1 çay qaşığı nişastanı (kraxmal) 1litr su ilə dəmlədikdən sonra onunla üzün dərisini yumaq məsləhət görülür.
Quru dəriyə çox nadir hallarda skrablanma tələb oluna bilər. Bu tələbat yarandıqda isə məhz quru dəri üçün nəzərdə tutulan və tərkibində kobud hissəciklər (onlar dərini zədələyə bilər) olmayan xüsusi skrablardan istifadə etmək lazımdır. Quru dərilər üçün dəridəki ölü hüceyrələri zərif şəkildə əridə bilən xüsusi yumşaq vasitələrdən – qommajlardan – istifadə etmək daha məqsədəuyğun hesab edilir.
Vaxtaşırı quru dərini də kosmetik salonda dərin təmizləmək lazımdır. Belə dəri üçün, adətən, ən zərif və qoruyucu üsuldan istifadə olunur.
Quru dəri üçün istənilən xarici təsirlər təhlükəli hesab edilir. Ona görə də belə dərini maksimal şəkildə qorumaq tövsiyə edilir. İstənilən su proseduralardan (vannada, duş altında, hamamda, dənizdə çimərkən və s.) qabaq üzün dərisinə məhz quru dəri üçün nəzərdə tutulmuş krem, bitki yağı və ya xama çəkmək, proseduradan sonra isə yağlı nəmləndirici krem və ya maskadan (qidalandırıcı və ya nəmləndirici) istifadə etmək məsləhət görülür. Quru dərisi olan insanlara sauna və xlorlaşdırılmış suyu olan hovuzlara getməkdən çəkinmək lazımdır.
Qış aylarında, küləkli və şaxtalı günlərdə çölə çıxmamışdan qabaq üzün dərisinə yağlı qidalandırıcı krem çəkmək tövsiyə edilir. Qış aylarında çölə çıxmamışdan qabaq dəriyə duru və nəmləndirici kremlər və lasyonlar çəkmək olmaz!
Quru dəri üçün günəş şüaları zərərli hesab edilir. Buna görə də günəşli günlərdə çölə çıxmamışdan qabaq dərinizə mütləq günəşdənqoruyucu krem sürtmək lazımdır. Dərisi quru olanların günəş altında dərilərinin qaraldılması ancaq səhər saatlarında (11-ə qədər) olmalıdır. Qabaqcadan üz dərisinə günəşdən qoruyucu krem sürtmək lazımdır.
Otaqların mərkəzi qızdırıcı sistemlər və ya kondisionerlə qızdırılması otaqdakı havanın qurudulmasına səbəb olduğu üçün, quru dərisi olanlar üçün çox zərərli hesab edilir. Otaqdakı havanın nəmliyini normada saxlamaq üçün xüsusi nəmləndirici cihazlardan və ya otaqda saxlanan bitkilərdən istifadə etmək olar. Dərinizi qurumadan qorumaq üçün gün ərzində üzünüzə pulverizator vasitəsi ilə mineral su və ya xüsusi termal su çiləmək də olar.
Quru dərisi olanlara siqaret çəkilməsi və spirtli içkilərin qəbul edilməsi kəskin əks-göstəriş hesab edilir. Onlar dərinin daha artıq dərəcədə qurumasına səbəb olurlar.
Quru dəriyə həftədə 2-3 dəfə qidalandırıcı və nəmləndirici maskalar etmək məsləhət görülür.
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi