• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Vasvası adamlar depressiv olur

Alimlər belə qənaətə gəliblər ki, ifrat vasvasılıq depressiyaya gətirib çıxara bilər.
Həm evdə, həm də ofisdə daim təmizlik işləri aparan insan zərərli bakteriyalarla yanaşı, orqanizmin fəaliyyəti üçün faydalı olan virusları da məhv edir.
Daha əvvəl sübuta yetirilibdir ki, bəzi bakteriyalar insanın immun sisteminin möhkəmlənməsi, orqanizmin müxtəlif iltihab proseslərinə və allergik reaksiyalara müqavimətinin artması üçün zəruridir. Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, lazımi bakteriyaların çatışmazlığı insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Beyin əhvalı yüksəldən, “xoşbəxtlik hormonu” deyilən bioloji aktiv maddə – serotonin hasil etmir.
Tədqiqatın müəllifi Endryu Millerin fikrincə, ruh düşkünlüyü immun sisteminin fəaliyyətindən asılıdır. Yaşa dolduqca insanın immun sistemi inkişaf edir və möhkəmlənir. Külli miqdarda bakteriyaların və parazitlərin müqavimətinə məruz qalan immun sisteminin onların təsirini məhdudlaşdırmaq imkanları artır. Hazırda ətraf mühit çox təmiz olduğu üçün immunitetimiz infeksiyalarla səmərəli mübarizə apara bilmir.
Alimlərin fikrincə, Qərbdə insanlar depressiyadan inkişafda olan ölkələrə nisbətən daha çox əziyyət çəkirlər, çünki onların immun sistemi zərərli bakteriyalara qarşı mübarizəyə uyğunlaşmamışdır. Məsələn, Böyük Britaniyanın hər on saki
 nindən biri depressiyadan əziyyət çəkir, halbuki Nigeriyada bu xəstəliyin əlamətlərinə hər yüz adamdan birində təsadüf edilir.
Share:

Ürək bu beş şeyi sevir

Ürəyin “sevdiyi” qida məhsulları hansılardır?

İnsan ürəyi cəmi 300 qram olub, kişilərdə qadınlardan bir qədər ağır olur. Öz sahibinin yaşaması üçün bu kiçik, lakin dahi orqan sutka ərzində 170 l qan qovur. Əlbəttə işləyən orqana möhkəmlənmək də lazımdır. Ürəyin “sevdiyi” qida məhsulları hansılardır?

Qaragilə (“çernika”)

Qaragilə “ürək ərzaq məhsulları” siyahısına başçılıq edir. O ürək xəstəlikləri ilə mübarizədə ən faydalı meyvə hesab olunur. Bu meyvə çoxlu miqdarda antosianinlər-antioksidantlar saxlayır, hansılar ki, qaragiləyə tünd-göy rəng verir. Bu qiymətli giləmeyvə eyni zamanda liflə (selluloza), vitamin C ilə də zəngindir. Həm təzə, həm də dondurulmuş vəziyyətdə faydalı xassələrini itirmir. Qaragilə ürək üçün əvəzedilməz produktdur.

Qızılbalıq

Bu soyuq su balığı əla zülal mənbəyi olmaqla bərabər, həmçinin ürək üçün əvəzedilməz olan omega-3 yağ turşuları ilə də zəngindir. Dietoloqlar qızılbalığı həftədə 2 dəfə yeməyi məsləhət görürlər. Bu balıq təkcə ürək üçün deyil, bütün orqanizm üçün çox faydalı qida məhsuludur. Bunlarla yanaşı onun əla dadı da var.

Soya (paxlalılar fəsiləsinin bir nümayəndəsi)

Soyanı bitki zülalının xəzinəsi hesab edirlər. Bundan başqa o, kalsium, dəmir, maqnezium, sink, liflər və vitaminlərlə də zəngindir. Bütün bunlar sağlamlıq üçün, xüsusən ürək üçün çox faydalıdır. Soya zülalı ilə zəngin dieta qanda triqliseridlərin, xolesterinin miqdarını azaltmaqla stenokardiya, ürək infarktı, insult kimi xəstəliklərinin qarşısını alır.

Yulaf (“ovsyanka”,”qerkules”)

Yulaf kaşası uşaqların sağlam inkişaf etməsi üçün çox vacib ərzaqdır. Yulaf- minerallar, vitaminlər və liflə zəngindir. Yulaf kaşası ilə saxlanılan dieta ürək xəstəliklərinin profilaktikasında əvəzedilməz rola malikdir. Bu bir qrup alimlər tərəfindən aparılan tədqiqatlarla da təsdiqlənib. Yulaf həmçinin həzm sisteminin işini yaxşılaşdırmaqla, bir neçə növ xərçəngin əmələgəlməsinin qarşısını da almağa qadirdir.

İspanaq (“şpinat”)

İlk dəfə ispanağın orqanizmə faydası haqqında məlumat Moryak Popaya məxsusdur. O ispanağı tərəvəzlər “krallığında” “elektrostansitya” adlandırmışdır. O minerallar, vitaminlər( xüsusilə fol turşusu və dəmir) və ürək üçün faydalı fitokimyəvi birləşmələrlə zəngin olub, ürəklə yanaşı göz üçün də çox qiymətlidir.

Ürəyinizi qoruyun, içində sevdikləriniz var.


 Aytən Rza
Share:

Qrip və soyuqdəymə müalicəsi.

Qrip və soyuqdəymə müalicə olunmalıdırmı? Əlbəttə ki, olunmalıdır. Xüsusən də bu qripə aiddir ki, bu xəstəlik yüksək hərarətlə müşahidə olunur və ağır fəsadlar verə bilər.
Deyirlər ki, soyuqdəymə müalicə etdiyi halda 7 günə, etmədiyi halda - 1 həftəyə keçir. Bu, təbii ki, bir zarafatdır. "Adi" soyuqdəyməyə məsuliyyətsiz yanaşdıqda soyuqdəymə sinusit, otit və s. xəstəliklərlə fəsadlaşa bilər.
Soyuqdəymə və qrip olan xəstənin rejimi
Xəstəliyə fikir verməyərək işə çıxmaq çox təhlükəlidir. Bundan əlavə siz bu halda yalnız özünüzü yox, digər insanları da təhlükə altına salmış olursunuz. Xəstəliyin birinci günlərdən başlayaraq xəstəlik vərəqəsi almaq və evdə qalmaq lazımdır. Bu halda siz özünüzü xəstəliyin fəsadlarından qoruyacaqsınız, ətrafdakılar üçün isə infeksiya mənbəyi olmayacaqsınız.
Yataq rejimi
Hərarət yüksək olduqda xəstə mütləq yataq rejiminə əməl etməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha isə adi rejimə keçmək olar.
Bol maye qəbulu
Şirə, çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 l-dən az olmayaraq maye qəbul etməlidir.
Qida
Xəstənin iştahası kəskin azalmış olur. Heç bir halda xəstə insanı zorla yedizdirməyin! Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə xəstəyə təzə toyuq bulyonu verin. Toyuğun dərisində çoxlu miqdarda "sistein" maddəsi vardır ki, o bəlhəmçıxaran təsirə malikdir.
Simptomatik müalicə
Bu müalicə xəstəliyi törədən viruslara təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngünləşdirir. Qrip və soyuqdəymənin simptomları müxtəlif olduğuna görə xəstələr bir neçə dərman preparatlarından istifadə etməyə məcbur olurlar - hərarət salan prepartlar, öskürək, boğaz ağrısı, zökəm əleyhinə dərmanlar və s.
Hərarət salan dərmanlar
Bu qrup dərmanlar xəstənin vəziyyətini yaxşılaşdırır. Xüsusən bu uşaqlar, xroniki ürək və ağciyər xəstəlikləri olan və yaşlı insanlar üçün vacibdir. Hərarəti tam normaya salmağa cəhd etməyin, onun 1-1,5 C düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir.
Hərarət salan dərmanların arasında - parasetamolu, ibuprofeni, aspirini, analgini qeyd etmək olar. Diqqət! Parasetamol tərkibli preparatlar heç bir halda alkoqol içkilərlə eyni zaman qəbul etmək olmaz! 
Aspirin yalnız böyüklərdə istifadə oluna bilər. Onun uşaqlarda qrip və soyuqdəymə zamanı istifadə edilməsi çox ağır xəstəlik olan Rey sindromunun (qaraciyər və sinir sisteminin zədələnməsi) inkişaf etməsinə səbəb ola bilər.
Analgin yalnız digər hərarət salan preparatların istifadəsi nəticə vermədiyi halda əzələdaxili inyeksiya şəklində istifadə oluna bilər.
Hərarət salan dərmanlar yalnız hərarət 38,5 C yuxarı qalxdıqda qəbul etmək lazımdır. Əgər xəstə körpə uşaq, yaşlı və ya xroniki ürək, sinir, endokrin və ağciyər xəstəliyi olan insandırsa, hərarəti 38 C çatdıqda salmaq lazımdır.
Yüksək hərarət zamanı xardal kağızlardan, tibbi bankalardan və s. qan dövranı sürətləndirən vasitələrdən istifadə etmək olmaz! Hərarəti olan insanı isti bürüməyin! Bu hərarətin daha da qalxmasına gətirib çıxarır.
Boğaz ağrısı
Boğaz ağrısı zamanı mürəbbəli və ya ballı çay, soda qatılmış isti süd istifadə etmək olar. Boğazı kalendula, çobanyastığı, sürvə dəmləmələri ilə, duzlu (1/2 su + duz bıcağın ucunda) soda qatılmış su ilə qarqara edin. Apteklərdə boğaz ağrısı üçün çoxlu sayda spreylər, sorulma dərmanlar və s. satılır.   
Zökəmin müalicəsi
Xəstələrin əksəriyyəti onların fikirincə tam "təhlükəsiz" olan damardaraldan damcılardan istifadəyə üstünlük verirlər. Lakin bu damcılar heç də tam təhlükəsiz deyirlər. Təbii vasitələrindən burunu təmizləmək üçün duzlu sudan (1/2 stəkan su + bıcağın ucunda duz) və ya apteklərdə satılan tərkibində dəniz suyu olan damcılardan istifadə etmək lazımdır.
Öskürəyin müalicəsi
Soyuqdəymə zamanı öskürəyin müalicəsi üçün bal və limon əlavə olunmuş çaydan, soda əlavə olunmuş süddən istifadə etməyi çox yaxşı nəticə verir.
Soyuqdəymə, qrip və antibiotiklər
Soyuqdəymə və qrip xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə etmirlər. Məsələ ondadır ki, bu xəstəlikləri viruslar törədir. Antibiotiklər isə viruslara yox, yalnız bakteriyalara təsir edir. Bəzən soyuqdəymə və qrip zamanı ağırlaşmalar (ağ ciyərin, orta qulağın və s. iltihabı) inkişaf edir. Bu zaman antibiotiklər təyin olunur.
Virus əleyhinə preparatlar
Bu preparatlar həkim tərəfindən təyin olunur. Bu preparatların xəstəliyin ilk 24-36 saat ərzində istifadəsi yaxşı effekt verir - xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır. Bundal əlavə virus əleyhinə praparatları sağlam ailə üzvləri ekstremal profilaktik tədbir kimi istifadə edə bilərlər.

Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi