Alimlər belə qənaətə gəliblər ki, ifrat vasvasılıq
depressiyaya gətirib çıxara bilər.
Həm evdə, həm də ofisdə daim təmizlik işləri aparan
insan zərərli bakteriyalarla yanaşı, orqanizmin fəaliyyəti üçün faydalı olan
virusları da məhv edir.
Daha əvvəl sübuta yetirilibdir ki, bəzi bakteriyalar
insanın immun sisteminin möhkəmlənməsi, orqanizmin müxtəlif iltihab
proseslərinə və allergik reaksiyalara müqavimətinin artması üçün zəruridir.
Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, lazımi bakteriyaların
çatışmazlığı insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Beyin əhvalı
yüksəldən, “xoşbəxtlik hormonu” deyilən bioloji aktiv maddə – serotonin hasil
etmir.
Tədqiqatın müəllifi Endryu Millerin fikrincə, ruh
düşkünlüyü immun sisteminin fəaliyyətindən asılıdır. Yaşa dolduqca insanın
immun sistemi inkişaf edir və möhkəmlənir. Külli miqdarda bakteriyaların və
parazitlərin müqavimətinə məruz qalan immun sisteminin onların təsirini
məhdudlaşdırmaq imkanları artır. Hazırda ətraf mühit çox təmiz olduğu üçün
immunitetimiz infeksiyalarla səmərəli mübarizə apara bilmir.
Alimlərin fikrincə, Qərbdə insanlar depressiyadan
inkişafda olan ölkələrə nisbətən daha çox əziyyət çəkirlər, çünki onların immun
sistemi zərərli bakteriyalara qarşı mübarizəyə uyğunlaşmamışdır. Məsələn, Böyük
Britaniyanın hər on saki
nindən biri depressiyadan əziyyət çəkir, halbuki
Nigeriyada bu xəstəliyin əlamətlərinə hər yüz adamdan birində təsadüf
edilir.
0 şərh:
Yorum Gönder