• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Mahmudov Rəşid kimdir?


Mahmudov Rəşid Mahmud oğlu 1938-ci il noyabr ayının 28-də Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1945-ci ildə Qaraməmmədli kənd 7-illik kənd məktəbinədaxil olmuş, həmin məktəbin VII sinfini əla qiymətlərlə bitirmişdir. 1952-ci ildə Fizuli adına Böyük Qaramurad kənd orta məktəbinin VIII sinfinə daxil olmuş və 1955-ci ildə həmin məktəbin Х sinfini əla qiymətlərlə qurtarmışdır. Həmin ildə (1955) Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tələbəlik illərində elmə böyük maraq göstərmiş və 2 elmi məqaləsi çap olunmuşdur. Tələbə elmi cəmiyyəti xətti ilə elmi konfranslarda çıxışlar etmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirərək, Səhiyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilmişdir.
R.M.Mahmudovun səyi nəticəsində buradakı 15 çarpayılıq xəstəxana genişləndirilmiş, çarpayıların sayı artırılaraq 25-ə çatdarılmışdır. 1961-1963-cü illərdə Rəsullu kənd xəstəxanasında baş həkim işlədikdən sonra, elmə olan marağı onu elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna çəkib gətirdi (indiki Azərbaycan Tibb Universiteti). Burada normal fiziologiya kafedrasının aspirantı olmuş və 1966-cı ildə aspiranturanı bitirmişdir. 1966-cı ildən 1971-ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında müəllim (assistent) kimi çalışmışdır. 1971-ci ildə normal fiziologiya kafedrasında baş müəllim seçilmişdir. Hələ aspirant dövründə institutda fiziologiya fənnindən tələbələrə mühazirələr oxumuşdur. 1983-cü ildə elmi araşdırmalarını Moskva şəhərində kardioloji mərkəzdə aparmış və həmin ildə «Aterosklerozun yarananmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu» mğvzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1991 -ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda dosent seçilmişdir.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır. 50-dən çox elmi əsərin müəllifidir.
1985-ci ildə dünyanın ən aparıcı jurnalı olan «Cor et Vaza» (Ürək və damar) jurnalında 9 səhifədən ibarət elmi məqaləsi çap olunmuşdur.
R.M.Mahmudov Azərbaycan dilində nəşr olunan «Normal fiziologiya» adlə dərsliyin müəllfidir. Əsərləri Çexoslovakiyada, Moskvada, İsveçdə, Türkiyədə çap olunmuş və bir çox elmi konfranslarda çıxışlar etmişdir.
Mahmudov Rəşid in ozuylə musahibəmiz olacaq. ardı var.......
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi