• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Cinsi zəifliyi aradan necə qaldırmalı?

Əsəb, stress, yorğunluq, gərgin iş rejimi, gündəlik rastlaşdığımız sosial-məişət probləmləri, düzgün qidalanmama bir çox hallarda kişilərdə cinsi zəifliyə səbəb olur. Nəzərə alsaq ki, normal cinsi fəaliyyət kişi sağlamlığı üçün ən vacib şərtlərdəndir, onda bu problemin aradan qaldırılması üçün düşünməyə dəyər. Nə etməli?
1. Məlum olduğu kimi potensiyanın zəifləməsində insanın mənfi psixoloji durumu ilk sıralarda dayanır. Buna görə da çalışın özünüzü psixoloji baxımdan tərbiyələndirməyi bacarasınız. Nəzərə alın ki, həyatınızda baş vermiş xoşagəlməz hadisə haqqında saatlarla, günlərlə düşünmək zamanı geri qaytarıb həmin hadisəni başqa səmtə yönəltməyəcək. Ona görə də gələcəyinizi daha yaxşı qurmaq haqqında düşünün və özünüzü psixoloji yükdən azad edin.
2. Ən başlıca məsələlərdən biri düzgün qidalanma, cinsi fəaliyyəti artıran qida məhsullarına üstünlük verməkdir. Onlar hansılardır? Bal, qoz, darçın, zəncəfil, zeytun, xardal, xama, kəsmik, süd, yumurta, cəfəri, kök və apelsin şirəsi. Bu qida məhsullarını davamlı olaraq normasında gündəlik qida rasionunuza daxil etsəniz apteklərdə satılan və qəbulundan sonra orqanizmdə müxtəlif fəsadlar törədən dərmanlara ehtiyacınız olmayacaq.
3. Cinsi zəifliyə səbəb ola biləcək yağlı xörəklərdən, ət və kartof qızartmasından (fri), kofedən, koladan, kolbasadan, un məmulatlarından, mayonezdən, spirtli içkilərdən və ən əsası siqaretdən uzaq olun.
4. Normal cinsi fəaliyyətə malik olmaq istəyirsinizsə artıq çəki yığmağınıza imkan verməyin.
5. Dəfnə yarpağı ilə (lavrovı list) hazırlanmış suda vanna qəbul etmək cinsi zəifliyin aradan qaldırılmasına köməklik edir.
6. Gün rejiminizi müəyyənləşdirəndə axşam gəzintisinə vaxt ayırmağı mütləq sayın. Normal cinsi fəaliyyət üçün hərəkət, piyada gəzmək vacibdir.
7. Daha vacib amillərdən biri isə davamlı və mütəmadi olaraq cinsi aktda olmaqdır. Uzun müddət cinsi əlaqədən uzaq olmaq cinsi zəifliyə gətirib çıxarır.
8. Yuxu rejiminizə diqqət yetirin ki, bədəniniz gücünü itirməsin. Gücsüz bədən gücsüz potensiya deməkdir.
Bir kişi kimi parlaq və normal cinsi həyat yaşamaq istəyirsinizsə ən azı ildə bir-iki dəfə xəstə qismində olmasa da kişiliyinə biganə qalmayan bir insan kimi androloqlarla həmsöhbət olun. Həmsöhbət olun ki, kiminsə qarşısında acizlik və təəssüf hissləri keçirməyəsiniz.
medianews.az

Share:

İmmuniteti Artıran Qidalar

Bir çox məhsullar müntəzəm şəkildə qəbul olunduqları halda immuniteti gücləndirmək xüsusiyyətinə malikdirlər.
Bunlar əsasən aşağıdakı məhsullardır:
- Gündəlik olaraq süd məhsulları (kefir, yoqurt, təbii kəsmik) qəbul etmək lazımdır. Bu məhsulların az və ya orta dərəcəli yağlılığı olan növlərini seçmək daha arzuolunandır. Kərə yağından da tamamilə imtina etmək olmaz – misal üçün, hər gün səhərlər kərə yağı ilə olan buterburodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı bir üsul sayılır.
Süd məhsullardan kefir və bioyoqurtlar daha xeyirli hesab olunur. Son araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Bunun səbəbi isə ondan ibarətdir ki, bu məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun hazırlanması daha da artır.
- İnsanların çox az bir hissəsi bilir ki, onların o qədər də diqqət yetirmədikləri lobya - bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyatordur (immuniteti stimullaşdıran və möhkəmləndirən maddə). Məsələ burasındadır ki, həm qabıqlı həm də təmizlənmiş şəkildə olan maş bitkisinin tərkibi, insan orqanizmində interferonun yaranmasına kömək edən maddə ilə zəngindir.
- Brokkoli, gül kələm, baş kələm, brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindirlər. Betakarotin isə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvülərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.
- Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün çox xeyirli hesab olunur. Tərkibindəki vitamin A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir. Bundan savayı, onlar bədəndən radionukleidlərin xaric olunmasına da köməklik göstərir.
- Sarımsaq, soğan, qıtıqotu kökünün (xren) tərkibi xeyli miqdarda "fitonsid" adlanan maddələrlə zəngindir. Bu isə mikroblar və viruslara qarşı olan mübarizədə, orqanizmə hədsiz dərəcədə kömək edir. Bunlar, yəqin ki, immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur. Qrip epidemiyası zamanı bu məhsulların müntəzəm şəkildə qəbul olunması sizi bu xəstəliyə yoluxmadan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiya zamanı evin müxtəlif yerlərində nəlbəkilərdə xırda doğranılmış soğan və sarımsaq qoyması da yaxşı nəticə verir.
- Dəniz məhsulları (balıq, krevet və s.) da immunitetin gücləndirilməsində böyük rol oynayır. Qızılbalıq, tunes və s. balıqlarında orqanizm üçün çox xeyirli hesab edilən maddələr vardır (Omeqa-3 yağ turşuları və s.). Orqanizmdə bu maddələrdən immun reaksiyanın mediatorları (köməkçiləri) sintez olunur. Bu maddələr orqanizmdə ağ qan cisimciklərinin (leykositlərin) hazırlanmasında da tələb olunur! Onlar həmçinin, arteriyaların divarında olan xolesterin yığınlarının təmizlənməsində də iştirak edirlər ki, bu da gələcəkdə ürək xəstəlikləri riskini azaltmış olur. Bu maddələr balığı çiy şəkildə yedikdə (dünyanın ən uzun ömürlü milləti olan yaponlar kimi) öz xüsusiyyətlərini daha yaxşı saxlayırlar. Ancaq siz balığı mütləq kulinar hazırlığından keçirmək istəsəniz, yadda saxlayın ki, uzun müddət bişirilən halda onların tərkibində olan xeyirli maddələrin parçalanması baş verir. Balığı bütöv şəkildə, folqa kağızına bükməklə sobada bişirməyə çalışın. Bu halda onun tərkibindəki xeyirli qida maddələri daha yaxşı saxlanmış olur.
- Dəniz yosunları. Onlar qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və ümumi immuniteti yaxşılaşdırırlar. Dənis yosunları apteklərdə qurudulmuş şəkildə satılır. Onları tərəvəzlərdən və göyərtilərdən hazırlanan təzə salatlara da əlavə etmək olar.
- Badam – immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin turşularının və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir.
- Qəbul etdiyiniz qidaların tərkibində müntəzəm olaraq yarmaların da (qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s.) olması, orqanizmin təmizlənməsinə - zərərli kimyəvi, radioaktiv maddələrin, şlakların orqanizmdən xaric olunmasına, bu isə öz növbəsində bizim immunitetimizin möhkəmlənməsinə kömək edir.
- Emal olunmamış taxıl və dənli bitkilərin tərkibində qida maddələrinin miqdarı, emal olunanlarla müqayisədə qat-qat artıq olur.
- Bal, arı südü, arı tozu, propolis təbii immunostimulyatorlar sayılır. Onların müntəzəm şəkildə istifadə edilməsi yaxşı nəticələr verir.
- Limon, portağal, narıngi (mandarin), kivi, itburnu, cəfəri, şüyüd, duza qöyulmiş kələmin tərkibində çox miqdarda askorbin turşusu (vitamin S) vardır ki, o da orqanizmin infeksiyalardan, soyuqdəymədən və digər zərərli faktorlarının təsirindən qoruyur. Bundan başqa askorbin turşusu həmçinin, orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir./saglamolun

Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi