• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Gülümbahar çiçəyi

Gülümbahar çiçəyi

İstifadəsinə göstəriş:
İltihab əleyhinə, yarasağaldıcı və antiseptik vasitə kimi sızanaqlarda (islatma şəklində), 
uşaqlarda ağızgəlmə zamanı, gingivitdə, pioreyada, parodontozda, diş çəkildikdən sonra, anginalarda (qarqara şəklində), uşaqlıq boynunun eroziyasında, trixomonad kolpitində (şırınqa şəklində), qastritdə, xora xəstəliyində, kolitlərdə, enterokolitlərdə, ödqovucu kimi hepatitlərdə, xolesistitdə, xolangitdə, ürəyin fəaliyyətini normallaşdırmaq üçün sakitləşdirici 
və yüngül hipotenziv vasitə kimi ürəkdöyünmədə, təngnəfəslik və ödemlərdə (daxilə) tətbiq edilir.

İstifadə qaydası:
10 qr (1 x. q.) xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, qaynayan su hamamında tez-tez qarışdıraraq 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1-2 xörək qaşığı ilıq şəkildə daxilə qəbul edilir.
Share:

Cökə

Cökə - Cökə ağacının çiçəklərindən əldə edilir.
Cökənin faydaları: Sinirləri sakitləşdirir və rahatlaşdırır. Qan dövranını tənzimləməyə köməkçi olur. Yuxusuzluğu və daxili gərginliyi aradan qaldırmağa yardımçı olur. Aybaşı ağrılarını yüngülləşdirərək daha asan keçməsini təmin edir. Həzmə kömək edir. Sidik qovucudur. Bağırsaq və böyrəkləri təmizləyir. Böyrək daşlarını və qumlarını tökməyə kömək edir. Qan azlığını aradan qaldırır. Saç tökülməsini azaldır. Bədəni tərlədərək bədəndəki zərərli maddələrin uzaqlaşdırılmasını təmin edir. Soyuqdəymə və qripə yaxşı təsir göstərir. Sinəni yumşaldır, bronxları açır və bəlğəmdən azad edir. Revmatizm xəstəliyinə müsbət təsir edir.
Cökədən necə istifadə etməli: Cökə əsasən çay şəklində qəbul edilir. Bunun xaricində dəri baxımı üçün də istifadə edilə bilər. Cökə çiçəyinin qaynadılmış suyu duş suyuna əlavə olunsa sinirləri sakitləşdirər və dərini yumşaldar. Cökə dəriyə parlaqlıq verir, gücləndirir və dərinin yenilənməsinə kömək olur.
Share:

Çobanyastığı

Çobanyastığını dəmləmək çox asandır. 2 çay qaşığı qurudulmuş çobanyastığını bir fincan suda dəmləyirik. Onu isti içmək lazımdır. Bəzən çobanyastığı çayına digər bitkilər də əlavə edirlər.

Çobanyastığı güclü sakitləşdirici effektə malikdir, sinir sisteminə yaxşı təsir edir, yuxusuzluqla mübarizədə kömək edir. Gərginlik və narahatlıq bəzən mədə-bağırsaq sisteminin xəstəlikləri ilə əlaqədar olur.

Çobanyastığı çayı mədənin selikli qişasının iltihabını götürür və ağrıları azaldır, ona görə də mədə və onikibarmaq bağırsağın xoralarında tövsiyyə edilir. Bağırsaq mikroflorasının pozulmasından əziyyət çəkənlər üçün də çobanyastığı çayı faydalıdır. O həmçinin böyrək və öd kisəsi daşlarında əla profilaktik vasitədir.

* Tərlədici, ağrıkəsici və mikrobəleyhinə vasitə kimi çobanyastığı çayı soyuqdəymələrdə faydalıdır. Ağzın və boğazın selikli qişasının iltihabında onu qarqara üçün istifadə edirlər.

* Göz infeksiyalarında çobanyastığı çayının paketindən istifadə edilir. Paketi qaynar suya saldıqdan sonra gözün üzərinə qoyulur. Bu, konyuktivitin müalicəsində effektivdir.

* O həmçinin üz dərisinə də xeyirlidir. Gündəlik səhər yeməyindən əvvəl 1 qaşıq balla çobanyastığı çayı içmək üz dərinizə sağlam və tərəvətli görünüş verəcək.

★ Əks təsirlərə gəldikdə isə çobanyastığı ən zərərsiz bitkilərdən biridir. Lakin burda da ehtiyyatlı olmaq lazımdır. Hamilə qadınlara çox miqdarda çobanyastığı çayı içmək məsləhət deyil. Onu sedativ vasitələrlə eyni vaxtda istifadə etmək də olmaz. Çobanyastığını aspirin və digər qan durulaşdırıci vasitələrlə içməyin.

★ Əgər göstəriş varsa, 2 həftə çobanyastığı çayı içə bilərsiniz. Sonra 2 həftə fasilə verin. Daha sonra yenidən içə bilərsiniz. Unutmayın ki, istənilən halda bu 
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi