• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Yuxu

 Beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir.
Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.
  Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir.
Bu haqda alimlərin bir çox fikirləri vardır.
  • Bəziləri hesab edirlər ki, yuxu zamanı beyndəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır. Və onu fiziki amillərlə əlaqələndirirlər.
  • Bəziləri alimlər isə belə düşünürlər ki, cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəm olur ki, bu da əsəb sisteminə təsir göstərir və insanda yuxu halı meydana gətirir. Və bu hal o zamana qədər davam edir ki, həmin maddə bədən tərəfindən tamamilə sorulur. Buna görə də onu kimyəvi amil adlandırırlar.
  • Bəziləri isə yuxunu bir növ əsəb amili ilə əlaqələndirirlər və deyirlər ki, insan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir. Və çox yorğunluq nəticəsində yorularaq sönür. Bu da əsəb amilidir.
Bütün bu nəzəriyyələr yuxunu qanedici dərəcədə izah etmirdilər. Ancaq bütün bu amillərin də təsiredici olduğunu inkar etmək də mümkün deyildir.
Harvard Səhiyyə Məktəbi ilə Afina Universitetinin alimləri 6 ildən artıq müddətdə 26-86 yaş arasında olan 23 681 nəfər üzərində apardıqları təcrübə nəticəsində müəyyən etmişlər ki, gündüzlər iş arası qısa müddətli yatan adamlar ürək xəstəliklərinə daha az tutulurlar. Belə adamlarda ürək xəstəliklərin gündüzlər yatmayan şəxslərə nisbətən 37 faiz az müşahidə olunmuşdur. Alimlərin fikrincə, həyacan və narahatlıqlarla yüklənmiş gün ərzində qısa müddətli yuxu stres və yorğunluğu bədəndən çıxartmaq üçün ən yaxşı vasitədir..
Yuxusuzluq nəinki bizim üçün, hətta ətrafımızda olanlar üçün də pisdir. Hesablamalara əsasən hər il yuxulu sürücülərin səhvi ucbatından on minlərlə yol qəzası baş verir. 1920-ci illərlə müqayisədə indi Böyük Britaniyada insanlar gecə təxminən 8 saat yatırlar.[3]


Yuxu pozğunluğu deyildikdə ən çox qarşılaşılan vəziyyətlər: yata bilməmək, yuxuya getməmək, yuxu kəsilməsi ya da səhər erkən saatda oyanıb yenidən yuxuya getməmək nəzərdə tutulur. Lakin çox yatmaq ya da yastığı görər-görməz yuxuya getmək də yuxu pozğunluğudur. Yuxusuzluğun ən çox bilinən növü psixofizioloji olanıdır. Bütün yuxu xəstəliklərinin əlaməti olaraq ortaya çıxa bilir. Bundan başqa daxili, psixiatrik və dərmanlarla əlaqəli vəziyyət də yarana bilər. Psixofizioloji yuxusuzluq tipik olaraq stres kimi faktorlar baş verərkən əmələ gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yata bilməmək üzərində toplanır. İdiopatik yuxusuzluq vəziyyəti isə xroniki və ciddi yata bilməmək və yuxunu davam etdirə bilməməkdir. Yataqda olarkən yuxuya getmək vaxtı çox uzun ola bilir və yuxu qısa oyanmalara parçalanır. Buna səbəb olan nevroloji pozulma yüngül ilə şiddətli dərəcələrdə olduğu kimi yata bilməmək də yüngül və ya ağır və hətta dayanılmaz ola bilir. Daha kəskin hallarda xəstələr iş görə bilməyəcək vəziyyətə düşürlər. Bununla birlikdə, yuxuda gəzmək, yuxuda qorxu kimi yuxu pozuqluqları da geniş yayılmışdır. Yuxusuzluq tez-tez rast gəlinən və müalicə edilə bilən xəstəlikdir. Müalicə edilmədikdə, mühüm xəstəliklərə və hətta ölümə yol açır, depresiyanın inkişaf etməsində risk faktoru ola bilər.


Yuxu 2 mərhələdən ibarətdir. Ləng və Tez yuxu. Ləng yuxu mərhələsində əzələlər boşalır, tənəffüs sakitləşir, ürək döyüntüləri yavaşıyır, göz alması hərəkətsiz vəziyyətdə olur. Tez yuxu mərhələsində isə beynin bioelektrik fəaliyyətinin əyrisində kiçik və sürətli dalğalar gözə çarpır. Bu mərhələdə gözün hərəkəti baş verir, qan təzyiqi yüksəlir, nəbz və tənəffüs sürətlənir, maddələr mübadiləsi güclənir. Ləng və tez yuxu mərhələsi dövri olaraq bir-birini əvəz edir. İnsanın sutkalıq yuxusunun təxminən 1,5-2 saatı tez yuxunun payına düşür.
Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik.
Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir.
Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzində heç bir yuxu görmürük.
Normal gecə ərzində adamlar müxtəlif mərhələlərdən keçirlər. Problemlər, bu mərhələlərdə pozulma olarsa əmələ gəlir.[3]

Günorta yatmaq üçün vaxtı olmayanlar üçün günün bu vaxtı yuxulu olmaq normal haldır. Maraqlıdır ki, gecə yuxusunu artıran adamlar günorta yatmağa ehtiyac duymurlar.

Amma günorta 10 dəqiqəlik yuxu ala bilmək çox xeyirlidir.
Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqələdir. Bu əlaqə hələ indiyə kimi tam başa düşülməyib. Amma doyunca yemək kimi, doyunca yatmaq da adamı xoşbəxt edə bilər..[4]
Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam da aydınlaşdırılmayıb.
Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunun bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətn altı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.
İnsan ömrünün 3-də birini yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Məşhur qərbli fəlsəfəşunas Ziqmund Freydin yuxu haqqında fikirlərinə görə yuxu insanın şüurda gizlənmiş bəzi məqamların qısa metrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzəndə gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük.
Bəs maraqlıdır yuxu nə qədər davam edir? Maraqlı burasıdır ki, bu barədə də müxtəlif fikirlər və fərziyyələr irəli sürülmüşdür. Yuxuda zaman qavramının beyin tərəfindən qəbul oluna bilməməsi isə illər boyu yekun qərara gəlməyə imkan verməyib. Bəziləri bunun bir neçə saniyə sürdüyünü, bəziləri isə saatlarla davam etdiyini göstərmişdir. Bütün bu fərziyələrə isə son nöqtəni amerikalı alim Dr. B. Klein qoymuşdur. O təcrübə üçün könüllü seçilmiş insanları hipnoz edərək yatırmış və müəyyən bir müddət sonra onları oyadıb yuxuda nə gördüklərinə qulaq asmışdır. Araştırma gözlənilməz nəticələr verib. Sən demə bütün ömrümüzü, keçmişimizi gördüyümüz yuxular belə 20 saniyəni keçmir. Dr. B. Klein`nin araştırmaları göstərib ki, insanın gördüyü ən uzunmüddətli yuxu 90 saniyə davam edib.
Alimlərin araşdırmaları göstərib ki, yuxuların müəyyən növləri vardır. İnsan yatmaq üçün çarpayıya üzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır və insan yuxuya gedir. Alimlərin fikrincə yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görür. Yuxular isə ağ-qara və rəngli ola bilir. Amma insanların çoxu yuxularını ağ-qara görüklərini söyləyirlər.
Daim yorğun və başı hər hansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar yuxularında fikirləşdikləri məsələ barəsində görürlər. Belə yuxuları yozmaq mümkün deyil. Məsələn televizorda və ya başqa bir yerdə həyəcanlı bir filmə baxan insan gecə yatdığı zaman həmin filmdən hissələr görə bilər. Bu sadəcə filmin təsirində qalmaqdır və belə yuxuları yozmaq mümkün deyil.
Kabus və ya qarabasma adı verilən yuxular da vardır ki, belə yuxular adətən yaxşı başlayır. Yatan insan hər hansı xoş bir hadisəylə maraqlandığını görür və birdən-birə yuxuda qorxulu məqamlar başlayır. Yaxşı görüntülər bir anda dəhşət dolu anlarla əvəzlənir. Belə yuxuların açıqlamasını əsəb həkimləri və psixoloqlar verirlər. Kabusları, yuxuda bir dəfə görülən qorxulu səhnələrlə qarışdırmaq olmaz. Qarabasma görən insan qorxur. Hərdən yatdığını və yuxu gördüyü hiss edərək oyanmağa çalışır. Amma ya oyana bilmir, ya da oyandığını zənn edərək yatmağa davam edir və yenidən qarabasmalar davam edir. Hər insan ömründə bir neçə dəfə kabus görür.
Yuxuda görülən hadisələrin heç bir təhrif olmadan həyata keçməsi də mümkündür. Belə yuxuları yalnız yüksək həssaslığa malik insanlar görürlər. Məsələn, yuxuda hər hansı bir yaxınının başına gələcəkləri görmüş insanlar hadisə baş verdikdən sonra və ya öncə hadisəni olduğu kimi danışa bilər. Belə yuxular "Gerçək yuxular" (həqiqi yuxular) adlanırlar. Belə yuxuları görənlər daha diqqətli olmalıdırlar və yuxuda gördüklərini düzgün qiymətləndirməlidirlər.
Yatmış insan yuxuda bir çox şey görə bilər. Oyandığı zaman isə bunların bəzilərini xatırlayır. Məhz xatırlanan bu hissələri yozmaq mümkündür. Yuxuyozmalar da daha çox bu 4-cü tip yuxular üçündür.
Bəzən isə insanlar yuxuda daima eyni şeyləri görə bilir. Məsələn hər hansısa evi və ya insanı yuxuda daim təkrarən görə bilər. Halbuki həmin insanı və ya evi real həyatda tanımamaqdadır.
İngiltərədə edilən bir araşdırma qadınların kişilərdən daha çox kabus və romantik yuxular gördüyünü ortaya çıxarmışdır.170 nəfər könüllü üzərində aparılan araşdırma zamanı, yaxın zamanda gördükləri yuxuları izah etmələri tələb olunmuşdur. Kişilərin 30%-i kabus gördüyünü söyləmişdir. Başqa bir araşdırma kişiılərin qadınlara nəzərən daha rahat yuxu aldıqlarını göstərmişdir.Qadınlardan bu mənfiliklərə tək səbəb olaraq bədən istiliyindəki dəyişiklik göstərildi. Yuxuları hər kəs görür, hətta o kəslər ki,yuxu görmədiklərinə əmindirlər.Onlar yanılmırlar, çünki onlar yuxu gördüklərini unudurlar.Alimlər sübuta yetirmişlər ki, yuxuların 90%-ı unudulur. Xoruldayan zaman isə yuxu görülmür.Bunun elmi izahı yoxdur. Yuxu zamanı insan bədəni müəyyən qədər iflic olur. Ən çox yatma rekordu 18 gün 21 saat və 40 dəqiqə olmuşdur.Tibbi araşdırma olmadan birinin həqiqətən yatılı və ya oyaq olduğunu başa düşmək çətindir. İnsanlar bəzən özləri də hiss etmədən açıq gözlə yata bilərlər.
Share:

Dəm qazı bu dəfə tanınmış cərrahın CANINI ALDI


Bakıda məşhur cərrah-proktoloq Rasim Həbibov dünyasını dəyişib.

"Modern Tibb blogu" 1news.az-a istinadən xəbər verir ki, Həbibov yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, o, 2005-ci ildən 2015-ci ilədək Moskva Proktoloji Məkəzdə həkim-proktoloq kimi fəaliyyat göstərib, daha sonra Bakıdakı özəl klinikalardan birində çalışıb.
Share:

Keçmişdə tibb: O zamanlar insanları necə müalicə edirdilər?

Keçmişdə tibb: O zamanlar insanları necə müalicə edirdilər?
Bəzən bizə elə gəlir ki, tibb gücsüzdür və irəliləmədən elə yerdəcə addımlayır… amma bu belə deyil. Bu şəkillərə baxdıqdan sonra siz tibbin son 100 ildə nə qədər irəlilədiyini anlayacaqsınız.
1. Psixiatrik klinikalarda xəstələri sakitləşdirmək üçün yaş ədyallara bürüyürdülər.
2. Rentgen-kabinetdəki tibb bacısının kostyumu. Bu kostyum 1918-ci ildə rentgen şüalarından müdafiə üçün hazırlanmışdı.
3. Yetimlər Çikaqoda süni günəşin dozasını alırlar. 1925-ci ildə əfsanəvi qış zamanı, belə vasitə raxitliyə qarşı geniş istifadə olunurdu.
4. Doktor Lyuis Seyr skoliozu müalicə edir
5. "Doktor Klarkın bel aparatı" 1878-ci ildə belində problemi olan insanlara bir neçə dəqiqə və hətta bir neçə saat gəzə biləcəklərini vəd edilərək reklam olunurdu.
6. İlk defibrilyator
7. Fizioterapiya, təxminən 1920-ci il
8. On doqquzuncu əsrə qədər bütün əməliyyatlar anesteziyasız keçirilirdi. Pasiyentlərə əməliyyatdan əvvəl yalnız bir az efir verilirdi. Təxminən 1855-ci il
9. Hamilə qadının anatomik modeli. Tabut şəklində futlyar, anatomiyanı yalnız ölmüş insanların üzərində öyrənməyə icazə verildiyini xatırladırdı. Təxminən 1680-ci il.
10 .1750-ci ildə doğuş üçün nəzərdə tutulmuş stul.
11. Əlil arabası, təxminən 1915-ci il
12 . Bu 1928-ci ildə „Əbədi günaş" adı daşıyan dərman, müalicəvi sayılan radioaktiv su idi.
13. 1890-cı ildə ayaq protezi.
14. 1950-ci ildə hazırlanmış bu nəhəng maşın "Dəmir ağciyər" adlanırdı. Poliomielitə qarşı vaksin ixtira edilənə qədər pasiyentləri süni nəfəs verən "dəmir ağciyər" aparatına yerləşdirirdilər. Uşaqlar bu aparatın içində illərlə qalırdılar. Onlar yalnız belə sağ qala bilirdilər.
15. 1890-cı illərdə Bayer şirkəti tərəfindən satılan tibbi heroin.
16. On doqquzuncu əsrdə belə butulkalarda istənilən xəstəlikləri müalicə edən zəliləri saxlayırdılar.
17. Elektriklə nevroloji müayinə.
18. Amerika vətəndaş müharibəsi zamanı tibbi alətlər dəsti.
19. Tibbi simpozium, xəstədən dərslik kimi istifadə olunur.
20. Qan köçürülməsi üçün butulka.


Share:

Sevginin yaşatdığı hisslər...


Sevginin izahı çətindir. Ancaq elm sevgini daima araşdırır, onun haqqında faktları aşkarlayır. Aşağıda elmə əsaslanaraq sevən bədəndə baş verən prosesləri nəzərinizə çatdırırıq.
Sevdiyiniz insanın şəklinə baxmaq fiziki ağrını 40%-ə qədər azaldır.
İlk baxışdan sevgi həqiqətdir. Bu, zülalın beyində ani artımından yaranır.

Sevdiyiniz adama baxdıqda göz bəbəkləriniz böyüyür, bu sizi qarşı tərəfə daha cazibədar göstərir.

Aşiq olan zaman "eləbil mədəmdə kəpənəklər uçur” demək də təsadüfi deyil. Bu kimyəvi prosesin əlamətidir. Sevgi adrenalini artırır, bu isə mədəni vurur.

Sevən zaman kimyəvi dəyişikliklər ən çox 1 il davam edir. Sonra beyin normal vəziyyətinə qayıdır.

Bir ildən sonra daha çox bağlana bilirik. Əgər münasibətlət bir il davam etsə, sonra oksitosin, yəni "bağlanma hormonu" dövrəyə girir. Qadınlarda bu hormon orqazm olma miqdarı ilə də bağlıdır.

Oksitasin hormonu bizi sevdiyimiz insana bağlayır və eyni zamanda baş ağrılarını da azaldır.

Sevgi insan beynini zövq alma hormonu (dopamin) ilə doyurur. Münasibətlərdə asılılıq da tamamilə bu səbəbdən yaranır. Sevgi kokain və metamfetamin kimi narkotiklərlə eyni təsirə malikdir.

Aşiq olan zaman bədənin ifraz etdiyi hormonlardan biri də stress hormonu olan kortizoldur.

Sevdiyiniz insanın şəklinə baxmaq qan dövranınızı sürətləndirir və kiçik zövq yaşamağa səbəb olur.

Sevdiyiniz insanın şəklinə baxmaq fiziki ağrını 40%-ə qədər azaldır.

Onun əlini tutmaq isə həm gərginliyimizi, həm fiziki ağrımızı azaldır.

Sevgi xoşbəxtlik hormonunu (seratonin) o dərəcədə artırır ki, sinir pozuntusu olan bir xəstəylə bərabər səviyyəyə gəlir.

Tərk edildikdə hər kəs fiziki acı da çəkir. Həm fiziki, həm romantik acı çəkərkən beynin eyni nöqtəsi xəbərdar edilir.
azeritibb.com

Share:

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nı təsdiq edib.

Rezidenturaya yeni qəbul qaydaları təsdiqlənib

Rezidenturanı bitirən həkimlər 3 il müddətində Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində əmək fəaliyyəti ilə məşğul olacaqlar
Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nı təsdiq edib.

Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər (namizədlər) malikdirlər. Rezidentura təhsili dövlət sifarişi (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli  əsaslarla həyata keçirilir. Rezidenturaya qəbul namizədlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Rezidenturada təhsil alan rezidentlər rezidenturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə iştirak ödənişlidir. Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirmiş və ya cari tədris ilində bitirən bütün namizədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər namizədlər müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Başqa sözlə, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini, baza ali tibb təhsili haqqında sənədi və ona əlavəni, xarici ölkələrdə ali təhsil almış şəxslər Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri, xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları olan həkimlərə Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni SQK-yə şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ərizələrin qəbulu zamanı dövlət sifarişi əsasında rezidentura təhsili almaq istəyən namizədlər rezidenturanı bitirdikdən sonra Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində 3 il müddətində əmək fəaliyyəti ilə məşğul olacaqları barədə məlumatlandırılırlar. Bu namizədlər elektron ərizəni təsdiq etdikləri andan qeyd edilmiş öhdəliyə razılıq vermiş hesab olunurlar.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Bura baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı daxildir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq, imtahan aparılan baza və ixtisas fənləri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar. Namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini  10 gün müddətində qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Yeni Qaydaların təsdiqlənməsi ilə əlaqədar  “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın  təsdiq edilməsi haqqında” ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 15 may tarixli 4 nömrəli qərarı ləğv edilib.
Share:

Kişilər də doğuş həbi istifadə edəcək

İngiltərəli elm adamları cütlüklərin cinsi həyatı ilə bağlı yeniliyə imza atıblar. Onlar spermanın aktivliyini dayandırmağın çarəsini tapıblar. Bu isə tibbi inqilablardan biri hesab edilir. Artıq kişilər də doğuş həbləri istifadə edə biləcəklər.
 
Modern Tibb blogu lent.az-a istinadən kişi doğuş həbləri haqda yazını təqdim edir.
 
Araşdırma qrupuna başçılıq edən professor John Houel deyib ki, kişilər həbləri cinsi əlaqədən əvvəl qəbul edəcək. Nəticədə həb sayəsində qadın hamilə qalmayacaq: "Həb 5 dəqiqə ərzində dərhal təsirini göstərir. Hazırda həblərin yaradılması üzərində işlər davam edir. Kişi doğuş həblərinin 2021-ci ildə bazara çıxarılacağı gözlənilir. Bir çox ölkələrdə hər 4 qadından 1-i öz istəyi xaricində hamilə qalır. Bu üsul qadınları arzuolunmaz hamiləlikdən qoruyacaq".
 
Mütəxəssis bildirir ki, ümumiyyətlə, doğuş həbləri uşaq sahibi olmamaq mənasını vermir, üstəlik, ana-körpə sağlamlığı baxımından çox əhəmiyyətlidir. Doğuş həbləri plansız reallaşan hamiləliklərdə riskləri azaldır və ailənin xoşbəxtliyi üçün vacibdir. Yeni nəsil doğuş həbləri isə günü-gündən təkmilləşdirilir: "Qadınların doğuş həbləri ilə bağlı yanlış anlayışları olduğundan onu qəbul etmək istəmirlər. Yeni nəsil doğuş həblərində estrogen dozaları azaldılıb, sızanaq və tüklənməni aradan qaldırır, dərini gözəlləşdirən maddələrlə zənginləşdirilir. Çəki artırmayan, şiş azaldan yeni nəsil doğuş həbləri artıq bazara təqdim olunub. Bu həbi 28 gün davamlı istifadə edən qadın hamilə qalmır".
 
Mütəxəssislər daha da əhəmiyyətli məqama toxunublar. Onlar bildirirlər ki, qadın doğuş həbləri doğru və nizamlı istifadə edildikdə həyat keyfiyyətini və ömrü uzadır. Son aparılan araşdırmalar sübut edib ki, doğuş həbləri ümumi xərçəng riski və bütün səbəblərə bağlı ölümlərdə 10 faiz azalma təmin edir. İngiltərədə Oksford Universiteti tərəfindən həyata keçirilən və The Lancet Oncology tərəfindən aparılan tədqiqat isə doğuş həblərinin faydalarını bu cür sıralayıb:
 
* Yumurtalıq və uşaqlıq xərçəngi riskini 50-60 faiz azaldır
* Menstruasiya dövrünü tənzimləyir
* Menstruasiya qanaması miqdarını azaldır
* Menstruasiya əvvəli gərginliyi aradan qaldırır
* Menstruasiya ağrılarını azaldır
* Aknelərə yaxşı təsir edir
* Tüklənməni azaldır
* Dəri və saç gözəlliyini təmin edir
* Pelvik inflamatuar xəstəliyinə qarşı qoruyur
* Over kistaları və miomanı azaldır
* Xoşxassəli döş xərçəngi riskini azaldır
* Uşaqlıqdankənar hamiləliyə mane olur
* Şiş azaldıcı təsir göstərir
* Sümük möhkəmliyini artırır, sümük əriməsini azaldır
* Yumurtalıq kistaları və döşlərdəki fibrokistik xəstəliklərin qarşısını alır

Aydin Əkbər
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi