• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Çiban.

Tibbi dildə "furunkul" adlanan çiban əslində tük kisəciyinin dərin iltihabıdır. O, iltihab prosesinin tük kisəciyi ağzından dərinliklərə və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir.
   
İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.
   
Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irin əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır.

Furunkul deşildikdən sonra əmələ gəlmiş xoranın qıraqları girintili-çıxıntılı, dibi isə kələ-kötür və göyümtül rəngdə nekroz kütləsi (furunkulun özəyi) ilə örtülü olur. Sonralar xora tədricən böyüyür, irinaxma artır. Nəhayət, furunkulun özəyi xaric olur, qısa müddətdə çapıqlaşma ilə qurtarır.
   
Furunkulun inkişaf dövrü 10-12 gündür. Bəzi hallarda isə sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ gəlir, bəzən də çibantökmə baş verir. Belə hallarda xəstəliyin müddəti aylarla uzana bilər.
   
Furunkulu sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində çapıq qala da bilər, qalmaya da.
   
Müalicəsi
   
Çiban sizdən əl çəkmirsə, ümumi müalicə üsulu sadədir: penisillin, biomisin, oksimetilpenisillin.
   
Bioloji vasitələrdən stafilokoklu anatoksin, autohemoterapiya, laktoterapiya, prednizolon, triamsinolon və s. məsləhət görülür. Xarici müalicə üsullarından təmiz ixtiol, 10 faizli ixtiol məlhəmi, 10 faizli sintomisin emulsiyası, civə kvars lampası ilə şüalandırma tətbiq edilir. Ətraf sağlam dəri isə arabir 50 faizli spirtlə, yaxud odekolonla təmizlənir.
   
Xalq təbabəti çibana qarşı

2 hissə bişmiş soğan və 1 hissə sabunu sürtkəcdən keçirərək yaxşıca isladırsan və plastır şəklində ağrayan yerə gündə bir neçə dəfə qoyursan.

Xalq təbabətində çibanı olanlar əvvəlcə abqora aşı yemək məsləhət görülür. Bundan sonra çibanın yetişməsi və çirkin təmizlənməsi üçün aşağıdakı tədbirləri görürlər: arpa unundan xəmir düzəldib çiban üzərinə qoyduqda təpitmə çibanın açılmasına və çirkin çıxmasına kömək göstərir.

Cüddə bişirilmiş təzə və ya quru ənciri ilıq halda təpitmə kimi çiban üzərinə qoyduqda, bu əməliyyat ağrıları sakitləşdirməklə yanaşı, onun tez açılmasına kömək edir.

Başqa faydalı vasitələrdən biri yaranın tez sağalmasına kömək edən paxla unu təpitməsidir. Çibana qarşı ən sadə və olduqca faydalı vasitələrdən biri soğandır. Onu isti küldə bişirib, yarıya bölərək çibanın üzərinə bağlayırlar. Bu çibanı tez yetişdirir, onun müalicəsini sürətləndirir.  Müxtəlif çibanları müalicə etmək, şişini çəkmək üçün şalğamdan istifadə etmək olar. Bu zaman bişmiş şalğamı xırda-xırda doğrayaraq, təpitmə şəklində çiban üzərinə qoyurlar.

Çibanı, başqa xırda və çirkli yaraları müalicə etmək üçün, meyvəni yandırıb külünü su ilə qatışdırır, 1 saat ərzində mülayim od üzərində bişirir, sonra isə süzüb kompres şəklində işlədirlər.

Limon qanın tərkibini tənzimləyib saflaşdırdığından, yara, çiban, dəridə sızanaq çıxaran adamlar limon işlətməlidirlər.

Bağa yarpağını təzə çibanın üzərində iki-üç saat saxladıqda on tez yetişdirir.
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi