• sizin blog

    «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun».

  • dogru zaman dogru yer

    «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.»

  • tibbi blog

    «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.»

  • sizin məkan

    . Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir

  • hər sey sizin ucun

    Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.

Çatlayan Dodaqlar


Dodaq üçün masaj:
 Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.
Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb «uçuqlayan» dodaqlara əlavə müdafiəni xüsusi balzamla təmin edə bilərsiniz: 4 damcı şirin badam yağı və 1 damcı çayağacının efir yağından hazırlanmış məhlulu hər gün dodaqlarınıza sürtsəniz, effektini dərhal görəcəksiniz.
Dodaq üçün maska: Küçədə dodaqlarınızı yalamayın, bundan onlar daha çox çatlayır və qanayır. Əgər dodaqlarınızda çat əmələ gəlibsə, çalışın bir müddət pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.
Gigiyenik pomada: Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə makiyaj və gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.
Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.
Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.
Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar.
Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.
Üz üçün vannaƏgər üz dəriniz qabıq verirsə, quru otlarla 5-10 dəqiqəlik buxar vannası (2-3 xörək qaşığı çobanyastığı, nanə və ya dəvədabanı) qəbul edin. Quru otları 1-2 stəkan suya töküb 3-5 dəqiqə qaynadın, sonra üzünüzü buxara verin, sonra isə dəsmalla qurulayıb bir yumurtanın ağını bir çay qaşığı balla yaxşıca qarışdırıb üzünüzə çəkin. 5 dəqiqədən sonra barmaqlarınızın ucu ilə üzünüzü döyəcləyin. Çalışın dərinizi ora-bura tərpətmədən basma hərəkətləri edəsiniz. Sonra üzünüzü sərin su ilə yaxalayın və dəri tipinizə uyğun olan maskanı çəkin. Bu prosedur ölmüş hüjeyrələri təmizləməklə yanaşı, yorğunluq izlərini aradan qaldıracaq.
Share:

Tibbde Maraqlı bilmədiyimiz Məlumatlar

1. Bədənin ən yüksək hərarəti 1980-ci ildə ABŞ-da qeydə alınıb. Uilli Djons xəstəxanaya daxil olanda onun hərarəti 46.5C təşkil edirdi. Xəstənin müalicəsi 24 gün davam edib .

2. Bədənin hərarətinin ən aşağı həddi, rəsmi sürətdə, 23 fevral 1994-cü ildə qeydə alınıb.  Kanadanın 2 yaşlı sakini Karli Kozolofski, qapının bilmeden bağlaması nəticəsində evdə - 22 dırıcı şaxtanın içində 6 saat tək qalan balaca qızcığaz xəstəxanaya daxil olarkən 14.2C hərarəti olub.

3. Özündən asılı olmayaraq predmetleri udmaqdan əziyyət çəkən 42 yaşlı qadının mədəsindən 2533 ədəd yad cisim, həmçinin 947 sancaq çıxarılıb. 
Buna baxmayaraq qadın mədəsində cuzi agrılar olduğunu söyləyib.

4. İnsan mədəsindən çıxarılan ən ağır yad cisim 2.5 kq ağırlığında olan tük topası olub. Həyacanlananda tük yeyən xəstələr olduğunu bilirdinizmi?

5. Ən çox həbbi Zimbabve sakini K. Kilnir qəbul edib. O 21 il ərzində 564.939 həb içib.

6. Ən çox iynə Britaniya sakini Semoil Deivdsona vurulub. Həyatı ərzində ona 78.900 dəfə insulin vurulub.

7. Ən çox əməliyat Çarls Yensen üzərində aparılıb. 1954-1994-cü illər ərzində Amerika sakinin üzərində 970 cərrahi əməliyyat olunub.

8. Dünyada ən uzun sürən cərrahi əməliyyat yümürütalıqdan kistanın kəsilməsi olub. 96 saat sürən əməliyyatda sonra posientin çəkisi 280 kq-dan 140 kq-a enib.

9. Ən uzun sürən ürək dayanması Norveqiya balıqçısı Yan Revstal yaşayıb. Dekabr ayında dənizə yıxılan balıqçının bədən hərarəti 24 dərəcəyə düşüb və ürəyi 4 saat ərzində işləməyib. Onu həyata qaytarmaq üçün suni qan dövranı aparatına qoşmalı olublar.

10. Ən böyük yüklənməni 1977-ci ildə avtomobil yarışçısı Devid Perli yaşamalı olub. Yarış zamanı baş verən faci ilə əlaqədar Perli 173 km/saat sürətini cəmi 66 sm məsafədə kəskin azaltmalı olub. Nəticədə idmançı  29 yerdən sınığ və 3 oynaq çıxışı ila. Xəstəxanaya yatırılıb. Hadisə zamanı onun ürəyi 6 dəfə dayanıb. 

Share:

Alimlərdən daha bir yenilik - Yaddaş implantasiyası

Yaddaş implantasiyası. Yəqin ki, çoxunuza təəccüblü gələcək, lakin yaxın gələcəkdə bu da mümkün olacaq. Ən azaından alimlərin apardığı araşdırmanın nəticələri belə deməyə əsas verir
 
Artıq yaddaş implantasiyası da mümkün olacaq. Amerikalı alimlər apardıqları təcrübələr nəticəsində belə bir qənaətə gəliblər.
 
Təcrübə, laboratoriya siçanları üzərində aparılıb. Əməliyyat yuxuda olan siçanların üzərində xüsusi elektrodlar vasitəsilə həyata keçirilib. Siçanlar yatan zaman beynin yuxuya cavabdeh olan hissələrində məhz hansı neyronların fəallaşdığını aşkarlayan alimlər onları xüsusi elektrodlar vasitəsilə elektriklə yükləməklə canlandıra biliblər. Oyandıqdan sonra masanın başqa bir hissəsində olan siçanlar yuxuya getməzdən əvvəl olduqları yerə qayıdıblar. Kompyüter vasitəsilə siçanların beynində gedən prosesləri izləyən alimlər həmin neyronların aktivləşməsini də seyr ediblər.
 
Qeyd edək ki, yaxın gələcəkdə insanlar üzərində tətbiq edilməsi nəzərdə tutulan yaddaş implantasiyasının, xüsusilə alzeymer xəstələri üçün faydalı olacağı proqnozlaşdırılır.
Share:

Çoxlarının bilmədiyi qəribə xəstəliklər

1. Boantropi
Bu xəstəliyə tutulan kişilər özlərinin inək və ya öküz olduqlarına inanırlar.
2. Balıq iyi sindromu
"Trimethylaminuria" olaraq da adlandırılan bu genetik xəstəlik xəstədə çürümüş balıq ve zibil iyinə bənzəyən bir bədən iyinin yaranmasına səbəb olur. Bu narahatlığın bilinən bir müalicəsi yoxdur. Lakin dieta saxlamaq, antibiotik ve B2 vitamininin qəbulu simptomları azaldır.
3. Qida allergiyası
İmmunitet sisteminin hər cür qidaya qeyri-adi reaksiya verməsi ilə özünü göstərən xəstəlikdir. Əlamətləri arasında qaşıntı, dil şişməsi, qusma, ishal ve nəfəs darlığı yer alır.
4. Proteus Sindromu
Proteus Sindromu dəri, sümüklər, əzələlər, yağ toxumaları, qan və limfa damarlarının həddindən artıq böyüməsi ilə bədəndə fərqli şişlərin meydana gəlməsinə verilən addır. Adətən, üzvlərdəki sümüklər, kəllə və onurğa təsirlənir. Bu xəstəliyə tutulan insanlar damarlarında qüsur olmasıyla ortaya çıxan dərin vena trombozun və ağciyər ambolisi səbəbilə erkən ölümlə üzləşə bilirlər.
Əlamətlər arasında zehni əlillik, iflic və görmə itkisi olur. Bilinən halların sayı 200-dən çoxdur.
5. Hipertrikoz (Qurd adam Sindromu)
Bədəndə anormal tüklənmə ilə xarakterizə olunan xəstəlikdir. İki növü var: bütün bədəndə tüklənmə və sadəcə müəyyən bir bölgədə tüklənmə. Xəstəliyin bilinən müalicəsi yoxdur.
6. Progeria
Nadir görülən genetik pozğunluq olan bu xəstəlik uşaqlarda erkən yaşlanmaya verilən addır. Bu xəstələr ürək xəstəlikləri və iflic kimi səbəblərlə dünyalarını dəyişirlər. Ortalama yaşam müddəti 13 ildir. Amma bəzən 20, hətta daha çox yaşaya bilirlər. Bəzi xəstələr isə daha erkən həyatlarını itirirlər. Xəstəlik, dünya üzərində təxminən 4 milyon körpəyə təsir edir.
7.Davamlı Cinsi Xəbərdarlıq Sindromu
Bu xəstəlik spontan olaraq və davamlı ortaya çıxan genital xəbərdarlıq edilmələrlə özünü göstərir. Orqazm və ya ereksiya yaşanabilər, ancaq şərt deyil. Yaşanan vəziyyətin cinsi istəklə heç bir əlaqəsi yoxdur.
8. Lima Sindromu
Bu sindrom Stockholm sindromunun əksinə, girov alan adamın girovuna qarşı simpatiyası ilə ortaya çıxır.
9. Kloun Körpə Xəstəliyi (Harlequin Tipi İktiyozis)
Ağır genetik bir dəri xəstəliyi olan bu xəstəlik üst dərinin qalınlaşmasına səbəb olur. Doğulduğu zaman körpənin bütün bədəni dərin çatlarla bir-birindən ayrılmış ağ dəri təbəqəsi ilə örütülü olur. Xəstənin qulağı və ya burnu olmaya bilər.
davami digər məqaləmizdə
olke.az
Share:

Qəribə xəstəlik - bu qadının hamiləliyə allergiyası var

İngiltərədə yaşayan Fiona  Kerrigan adlı qadının hamiləliyə allergiyası var.
moderntibb.blogspot.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu xəstəliyi barədə 3 aylıq hamilə olarkən xəbər tutub
Qadının əvvəlcə qarın nahiyəsində yaranan qırmızı ləkələr daha sonra bədəninin digər yerlərinə də yayılıb. Onu ən çox narahat edən isə bu ləkələrin övladına zərər verməsi və  doğumdan sonra izlərin qalıb-qalmayacağı olub. Həkimi onu qorxutmamaq üçün təhlükəli bir şey olmadığını, hər şeyin qaydasında olduğunu  deyib.  Sonradan isə qadın hamiləliyə allergiyasının olduğunu öyrənib.

F.Kerrigenin övladı dünyaya gəlib və səhhətində heç bir problem yoxdur.  

Qeyd edək ki, bu cür allergiyalar bəzi hamiləliklərin son aylarında  müşahidə edilir. Lakin nadir hallarda bu allergiya ilk aylardan başlayır.
Share:

Cinsi zəifliyi aradan necə qaldırmalı?

Əsəb, stress, yorğunluq, gərgin iş rejimi, gündəlik rastlaşdığımız sosial-məişət probləmləri, düzgün qidalanmama bir çox hallarda kişilərdə cinsi zəifliyə səbəb olur. Nəzərə alsaq ki, normal cinsi fəaliyyət kişi sağlamlığı üçün ən vacib şərtlərdəndir, onda bu problemin aradan qaldırılması üçün düşünməyə dəyər. Nə etməli?
1. Məlum olduğu kimi potensiyanın zəifləməsində insanın mənfi psixoloji durumu ilk sıralarda dayanır. Buna görə da çalışın özünüzü psixoloji baxımdan tərbiyələndirməyi bacarasınız. Nəzərə alın ki, həyatınızda baş vermiş xoşagəlməz hadisə haqqında saatlarla, günlərlə düşünmək zamanı geri qaytarıb həmin hadisəni başqa səmtə yönəltməyəcək. Ona görə də gələcəyinizi daha yaxşı qurmaq haqqında düşünün və özünüzü psixoloji yükdən azad edin.
2. Ən başlıca məsələlərdən biri düzgün qidalanma, cinsi fəaliyyəti artıran qida məhsullarına üstünlük verməkdir. Onlar hansılardır? Bal, qoz, darçın, zəncəfil, zeytun, xardal, xama, kəsmik, süd, yumurta, cəfəri, kök və apelsin şirəsi. Bu qida məhsullarını davamlı olaraq normasında gündəlik qida rasionunuza daxil etsəniz apteklərdə satılan və qəbulundan sonra orqanizmdə müxtəlif fəsadlar törədən dərmanlara ehtiyacınız olmayacaq.
3. Cinsi zəifliyə səbəb ola biləcək yağlı xörəklərdən, ət və kartof qızartmasından (fri), kofedən, koladan, kolbasadan, un məmulatlarından, mayonezdən, spirtli içkilərdən və ən əsası siqaretdən uzaq olun.
4. Normal cinsi fəaliyyətə malik olmaq istəyirsinizsə artıq çəki yığmağınıza imkan verməyin.
5. Dəfnə yarpağı ilə (lavrovı list) hazırlanmış suda vanna qəbul etmək cinsi zəifliyin aradan qaldırılmasına köməklik edir.
6. Gün rejiminizi müəyyənləşdirəndə axşam gəzintisinə vaxt ayırmağı mütləq sayın. Normal cinsi fəaliyyət üçün hərəkət, piyada gəzmək vacibdir.
7. Daha vacib amillərdən biri isə davamlı və mütəmadi olaraq cinsi aktda olmaqdır. Uzun müddət cinsi əlaqədən uzaq olmaq cinsi zəifliyə gətirib çıxarır.
8. Yuxu rejiminizə diqqət yetirin ki, bədəniniz gücünü itirməsin. Gücsüz bədən gücsüz potensiya deməkdir.
Bir kişi kimi parlaq və normal cinsi həyat yaşamaq istəyirsinizsə ən azı ildə bir-iki dəfə xəstə qismində olmasa da kişiliyinə biganə qalmayan bir insan kimi androloqlarla həmsöhbət olun. Həmsöhbət olun ki, kiminsə qarşısında acizlik və təəssüf hissləri keçirməyəsiniz.
medianews.az

Share:

İmmuniteti Artıran Qidalar

Bir çox məhsullar müntəzəm şəkildə qəbul olunduqları halda immuniteti gücləndirmək xüsusiyyətinə malikdirlər.
Bunlar əsasən aşağıdakı məhsullardır:
- Gündəlik olaraq süd məhsulları (kefir, yoqurt, təbii kəsmik) qəbul etmək lazımdır. Bu məhsulların az və ya orta dərəcəli yağlılığı olan növlərini seçmək daha arzuolunandır. Kərə yağından da tamamilə imtina etmək olmaz – misal üçün, hər gün səhərlər kərə yağı ilə olan buterburodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı bir üsul sayılır.
Süd məhsullardan kefir və bioyoqurtlar daha xeyirli hesab olunur. Son araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Bunun səbəbi isə ondan ibarətdir ki, bu məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun hazırlanması daha da artır.
- İnsanların çox az bir hissəsi bilir ki, onların o qədər də diqqət yetirmədikləri lobya - bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyatordur (immuniteti stimullaşdıran və möhkəmləndirən maddə). Məsələ burasındadır ki, həm qabıqlı həm də təmizlənmiş şəkildə olan maş bitkisinin tərkibi, insan orqanizmində interferonun yaranmasına kömək edən maddə ilə zəngindir.
- Brokkoli, gül kələm, baş kələm, brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindirlər. Betakarotin isə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvülərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.
- Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün çox xeyirli hesab olunur. Tərkibindəki vitamin A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir. Bundan savayı, onlar bədəndən radionukleidlərin xaric olunmasına da köməklik göstərir.
- Sarımsaq, soğan, qıtıqotu kökünün (xren) tərkibi xeyli miqdarda "fitonsid" adlanan maddələrlə zəngindir. Bu isə mikroblar və viruslara qarşı olan mübarizədə, orqanizmə hədsiz dərəcədə kömək edir. Bunlar, yəqin ki, immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur. Qrip epidemiyası zamanı bu məhsulların müntəzəm şəkildə qəbul olunması sizi bu xəstəliyə yoluxmadan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiya zamanı evin müxtəlif yerlərində nəlbəkilərdə xırda doğranılmış soğan və sarımsaq qoyması da yaxşı nəticə verir.
- Dəniz məhsulları (balıq, krevet və s.) da immunitetin gücləndirilməsində böyük rol oynayır. Qızılbalıq, tunes və s. balıqlarında orqanizm üçün çox xeyirli hesab edilən maddələr vardır (Omeqa-3 yağ turşuları və s.). Orqanizmdə bu maddələrdən immun reaksiyanın mediatorları (köməkçiləri) sintez olunur. Bu maddələr orqanizmdə ağ qan cisimciklərinin (leykositlərin) hazırlanmasında da tələb olunur! Onlar həmçinin, arteriyaların divarında olan xolesterin yığınlarının təmizlənməsində də iştirak edirlər ki, bu da gələcəkdə ürək xəstəlikləri riskini azaltmış olur. Bu maddələr balığı çiy şəkildə yedikdə (dünyanın ən uzun ömürlü milləti olan yaponlar kimi) öz xüsusiyyətlərini daha yaxşı saxlayırlar. Ancaq siz balığı mütləq kulinar hazırlığından keçirmək istəsəniz, yadda saxlayın ki, uzun müddət bişirilən halda onların tərkibində olan xeyirli maddələrin parçalanması baş verir. Balığı bütöv şəkildə, folqa kağızına bükməklə sobada bişirməyə çalışın. Bu halda onun tərkibindəki xeyirli qida maddələri daha yaxşı saxlanmış olur.
- Dəniz yosunları. Onlar qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və ümumi immuniteti yaxşılaşdırırlar. Dənis yosunları apteklərdə qurudulmuş şəkildə satılır. Onları tərəvəzlərdən və göyərtilərdən hazırlanan təzə salatlara da əlavə etmək olar.
- Badam – immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin turşularının və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir.
- Qəbul etdiyiniz qidaların tərkibində müntəzəm olaraq yarmaların da (qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s.) olması, orqanizmin təmizlənməsinə - zərərli kimyəvi, radioaktiv maddələrin, şlakların orqanizmdən xaric olunmasına, bu isə öz növbəsində bizim immunitetimizin möhkəmlənməsinə kömək edir.
- Emal olunmamış taxıl və dənli bitkilərin tərkibində qida maddələrinin miqdarı, emal olunanlarla müqayisədə qat-qat artıq olur.
- Bal, arı südü, arı tozu, propolis təbii immunostimulyatorlar sayılır. Onların müntəzəm şəkildə istifadə edilməsi yaxşı nəticələr verir.
- Limon, portağal, narıngi (mandarin), kivi, itburnu, cəfəri, şüyüd, duza qöyulmiş kələmin tərkibində çox miqdarda askorbin turşusu (vitamin S) vardır ki, o da orqanizmin infeksiyalardan, soyuqdəymədən və digər zərərli faktorlarının təsirindən qoruyur. Bundan başqa askorbin turşusu həmçinin, orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir./saglamolun

Share:

Yalançı Hamiləlik Nədir?

Həddindən artıq uşaq arzusu ilə yaşayan və bunu ifrat dərəcədə beyninə salan qadınların başına gələn və nadir rast gəlinən yalançı hamiləlik, aktual psixoloji və fiziki problemə çevrilmişdir. Bu vəziyyət nəinki uşaq arzulayan, eləcə də uşaq sahibi olmaqdan qorxan qadinlarda da müşahidə ola bilər.
Tibbi dildə ”Pseudocyesis” olaraq adlandırılan bu xəstəlik əsasən qadınların depressiya vəziyyətində əmələ gəlir.
Yalançı hamiləlik yaşayan qadınlarda gerçək hamiləliyin bütün əlamətləri müşahidə olunur. Ürəkbulanma, qusma, qarnın hamiləlik tipdə böyüməsi, çəkinin artması, həssaslıq kimi hallar baş verir. Hətta bəzi hallarda qadınlar dölün hərəkətlərini hiss etdiklərini də söyləyirlər. Bu hərəkətlər əslində bağırsaqların yol açdığı reaksiyalar və əzələlərin qeyri-iradi olaraq səyriməsi ilə əlaqədardır. Stress səbəbindən hipofiz vəzi funksiyasını dəyişərək artıq miqdarda prolaktin ifraz etməyə başlayır və xəstədə hamilə olmadığı halda süd ifrazı müşahidə olunur. Aybaşının kəsilməsini görən qadın özünü hamilə olduğuna inandırır və 9 ay sonra uşağına qovuşmaq arzusu ilə yaşayır. Lakin hamiləlik testlərinin neqativ olması qadını dərin depressiyaya uğradır və nəticədə isə böyük psixoloji travma ilə üzləşdirir.
Bu xəstəlik psixiatrların nəzər mərkəzinə çevrilmişdir. Adəti düşüklər keçirmiş, həmçinin uşaqlığı amputasiya olunmuş qadınlarda da rast gəlinə bilər.
Bu xəstəlik ta qədim zamanlardan hətta Hippokratın dövründən məlumdur.16cı yüzillikdə yaşayan İngiltərə kraliçası Mary-nin başına bir neçə dəfə gəlmişdir. Statistikada hətta 8-ci ayına qədər hamilə olduğuna inanan qadınlar da olub.
Yalançı hamiləlik yaşayan qadınların bəziləri xəstəliyi özü dəf edə bilir. Lakin ağır hallarda belə xəstələrlə psixiatrlar məşğul olur. Həkim onlara qarşı son dərəcədə diqqətli yanaşmalıdır. Problemin psixoloji hal olduğunu və müalicə almalı olduğunu başa salmalıdır. Çünki hamilə olduğuna inanan qadın yanlış məlumatlar nəticəsində böyük travmalar yaşaya bilər. Bu müalicə dövründə qadına psixiatrla yanaşı ginekoloqların da nəzarəti labüddür.
haqqin.az
Share:

Hipokrat Andı


Hippokratın Həyatı:

Bir həkimin oğulu olan Hippokrat, atası tərəfindən yetişdirilib, Taşoz, Abdera, Larissa və Kyzikosda həkimlik etdi. Anadolunun şimal ellərini gəzdikdən sonra, İstanköy adasına dönərək həkimliyini davam etdirdi.

Ölümündən sonra, İstanköy Adası Həkimlik Məktəbinin bütün kəşfləri Hippokrata mal edilmişdir; amma bunlarının bütününün deyilsə belə, böyük bir hissəsinin həqiqətən onun kəşfi olduğuna şübhə yoxdur. Müalicəsi, orqanizmdəki qan, linfa, öd kimi suyukların pozuqluqlarına söykənər. Çağının bütün həkimlik məlumatlarıyla təchiz edilmiş olduğu və bunları ən yaxşı şəkildə tətbiq etdiyi əsərlərindən aydın olar. Klinika müşahidəsi ilk başladan adam olmasının yanında, həkimlərin peşəyə başlarkən insanlıq faydasına çalışacaqları mövzusunda etdikləri and (Hippokrat andı) onun qaydalarına söykənər.

Hippokrates (d. İÖ y. 377, Larissa, Teselya, Yunanıstan), ənənəvi olaraq tibbin atası sayılan köhnə Yunanlı həkim. İndiki vaxtda da tibb şagirdlərinin diplom alarkən bəzi dəyişikliklərlə oxuduğu peşə andının (Hipokrat andı) adıyla xatırlanmasına qarşı, onun tərəfindən yazıldığı qətilik qazanmamışdır.

Hippokrat Andı:

“Həkim Apollon Aesculapions, hygia panacea və bütün Tanrı və Tanrı tərəfindənlər adına. And içərəm, onları şahid və şahid məbləğim ki, bu andımı və verdiyim sözü gücüm qüvvətim çatdığı qədər yerinə yetirəcəyəm. Bu sənətdə müəllimmi, atam kimi tanıyacağam, ruzimi onunla paylaşacağam. Pula ehtiyacı olsa kisəmi onunla bölüşəcəyəm. Öyrənmək istədikləri təqdirdə onun uşaqlarına bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm. Reseptlərin nümunələrini, ağızdan məlumatları şifahi məlumatı və başqa dərsləri övladlarıma, müəllimimin uşaqlarına və həkim andı içənlərə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil kömək üçün istifadə edəcəyəm. Məndən istifadəsi ( zəhər ) istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün dərman verməyəcəyəm. Lakin həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Bıçaqımı mesanesinde daş olan döyüşənlərdə belə istifadə etməyəcəyəm. Bunun üçün yerimi əhlinə tərk edəcəyəm. Hansı evə girsəm girim, xəstəyə kömək üçün girəcəyəm. Qəsdli olan bütün pisliklərdən qaçınacağam. İstər azad istər kölə olsun kişi və qadınların bədənini sui-istifadə etməkdən mazarattan çəkinəcəyəm. Gərək sənətimin icrası əsnasında, gərək sənətimin xaricində insanlarla münasibətdə ikən ətrafımda olub bitənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlıyacağam və kimsəyə açmayacağam. “
Share:

Dalaq Haqda Bilmediklerimiz

Dalaq insan orqanizmində olan ən sirrli orqanlardan biridin.
Bu vaxtacan dalağın orqanizmdə olan funksiyaları sona kimi araşdırılmayıb. Dalaq qarın boşluğunun sol tərəfində, 9-11-ci qabırğalar səviyyəsində yerləşir.
Normada böyüklərdə dalağın uzunluğu - 11-12, eni - 6-8 sm, çəkisi - 200-300 qr olur. İnsan yaşlaşdıqca dalağın ölçüləri kiçilir. Müxtəlif xəstəliklər və pozulmalar nəticəsində dalağın ölçüləri böyüyə bilər.
Qara ciyərdə olduğu kimi, dalağın da ağrı reseptorları yoxdur. Məhz bu səbəbdən dalaqda olan pozulmalar bir çox hallarda təsadüfən USM zamanı təyin edilir. Müxtəlif səbəblərə görə (bəzi infeksion xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər və s.) dalaq böyüyə bilər (buna "splenomeqaliya" deyilir). Böyümüş dalaq öz kapsulunu dartmağa başlayır ki, bunun nəticəsində bu nahiyyədə ağrılar əmələ gəlir. (Kapsulun ağrı reseptorları var.)
Əvvəllər dalağı endokrin, hətta həzm sistemlərinə aid edirdilər. Hal hazırda belə hesab olunur ki, dalaq immun sisteminin orqanıdır. Dalaqda bəzi immun sisteminin hüceyrələri, immunoqlobulinlər (xüsusi immun sisteminin zülalları) hazırlanır.
Dalaq orqanizmdə filtr funksiyanı yerinə yetirir. Dalaq çox güclü filtrdir. Dalaqdan keçən qan əsaslı şəkildə viruslar, bakteriyalar, infeksiyalardan təmizlənir. Bundan əlavə dalaq orqanizmin mutasiyaya uğramış hüceyrələri də tutmaq və zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bu isə orqanizmi onkoloji xəstəliklərin inkişafından qoruyur. Nəzərinizə çatdıraq ki, hər gün insan orqanizmində çoxlu miqdarda belə mutant-hüceyrələr yaranır ki, bu hüceyrələr məhv olunmazsa, insanda xərçəng xəstəliyi inkişaf edə bilər. Məhz bu səbəbdən immun sisteminin zəifləməsi xərçəng xəstəliklərinin əsas risk faktoru sayılır.
Keçmiş əsrin əvvəlinə kimi belə hesab olunurdu ki, dalaq (kör bağırsaq kimi) artıq orqandır və onun xaric olunması orqanizmə heç bir mənfi təsir etmir. Bu səbəbdən  dalaq yerli-yersiz xaric olunurdu. Daha sonra məlum oldu ki, dalağın xaric olunması (tibbdə - "splenektomiya") insanın immun sisteminin zəiflənməsinə səbəb olur.
Bundan əlavə dalaq qanda köhnə, xəstə, "keyfiyyətsiz" eritrositləri (qırmızı qan hüceyrələri) tutur və onları məhv edir.
Eritrositlərdən başqa dalaq köhnə leykositlərin və trombositlərin məhv olunmasında da  iştirak edir.
Dalaq orqanizmdə trombositlərin deposudur. Bu qan hüceyrələri qanın laxtalanmasını və qanaxmanın dayandırılmasını təmin edir. Dalaq trombositlərin müəyyən hissəsini (30-50%-ə kimi) özündə saxlayır və lazım olduqda onları qana buraxır. Məhz bu səbəbdən dalağın müxtəlif səbəblərə görə (dalağın yırtılması, bəzi xəstəlikləri və s.) xaric olunması (tibbdə - "splenektomiya")  qanda trombositlərin artmasına (trombositoza) səbəb olur. Trombositoz isə damarlarda trombların (qan laxtası) əmələ gəlməsinin riskini artırır. Damarlarda trombların əmələ gəlməsi isə öz növbəsində infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.
Dalaq həmçinin dəmirin, zülalların mübadiləsində iştirak edir.
Share:

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi