Qanazlığı zamanı nə yemək lazımdır? - Həkimin tövsiyələri



Qanazlığı (anemiya) çox yayılmış pozulmadır.
 Əksər hallarda qanazlığının səbəbi orqanizmdə dəmirin çatışmamazlığıdır.Modern Tibb blogu 
xəbər verir ki, anemiyanın müalicəsində
 həb və ya inyeksiya şəklində olan dəmir
 preparatları və müalicəvi qidalanma
 istifadə olunur. Anemiya zamanı düzgün
 qidalanma çox vacibdir.

Həkimlər anemiyadan əziyyət çəkən 

insanlara hər gün ət və qaraciyər yeməyi
 tövsiyə edirlər. Ət məhsulları dəmirin əsas mənbələridir. Bundan əlavə ətdə olan dəmir orqanizm tərəfindən daha asan və tez 
mənimsənilir.
Həmçinin anemiyadan əziyyət çəkən 

insanların qidalanmasında bu kimi məhsullar olmalıdır:
- göbələk
- qarabaşaq, yulaf yarması ("gerkules")
- albalı, nar, alma, qara qarağat, itburnu
- ispanaq, turşəng, cəfəri
- bal
- yumurta
- qoz, badam
- xurma
- kakao
- mərci, lobya
Çay, qəhvə, cola kimi içkilər dəmirin 

qidalardan mənimsənilməsinə mane olur ki, 
bu səbəbdən müalicə zamanı bu içkilərin 
qəbulunu minimuma çatdırmaq lazımdır.
Həmçinin kalsiumla zəngin olan qidaların

 (əsasən süd məhsulları) dəmirlə zəngin olan qidalarla birlikdə qəbulu dəmirin
 mənimsənilməsini çətinləşdirir. Bu
 səbəbdən ət xörəkləri ilə qatıq, pendir, 
xama və s. bu kimi məhsulların birlikdə
 qəbulu tövsiyə edilmir.
Gunay Axundova
Share:

0 şərh:

Yorum Gönder

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi