Siqarät cäkmäyi atsan!!!! Mutläq oxu...

Siqaret insan orqanizmi üçün ən təhlükəli vərdişlərdən biridir. Bu gün yüzlərlə insan bu ziyanı anlasa da, siqaret çəkmək vərdişindən əl çəkə bilmir. Bunun üçün aşağıdakı məsləhətlərə əməl etsəniz, buna daha tez nail ola bilərsiniz. 

Özünüzə güvənin. Əsas odur ki, siqareti tərk edə biləcəyinizə inanın. İlk olaraq siqareti atmaq səbəblərini və əldə edəcəyiniz qazancları yazın. Məsələn, daha uzun yaşamaq, özünüzü daha yaxşı hiss etmək, pul yığmaq, pis qoxumamaq. Yazdığınız qeydləri hər gün oxuyun. 

Ailənizdən və dostlarınızdan sizin qərarınızı dəstəkləmələrini və kömək etmələrini istəyin. Siqareti atdığınız ilk günlərdə müəyyən çətinliklərlə üzləşəcəksiniz. Onlardan sizə qarşı daha səbrli olmalarını istəyin. 

Siqareti atmaq üçün dəqiq bir gün təyin edin. Bu günün yeni həyatınızın başlanğıcı olduğunu düşünün. 

Özünüz üçün xüsusi idman proqramı hazırlayın. İdman siqareti unutmaq üçün yaxşı vasitədir. Bundan əlavə idman stressi azaldır, siqaretin bədəninizə vurduğu ziyanları aradan qaldırmağa yardım edir. Daha yaxşı olar ki, həftədə 3-4 dəfə 30-40 dəqiqə idmanla məşğul olun. 
Share:

0 şərh:

Yorum Gönder

axtar

moderntibb.blogspot.com.tibbi blogdur. bütün məxfiliklər qorunur.istinad mutleqdir. Blogger tarafından desteklenmektedir.

Blog Arşivi